11-11-2025, 20:04
31-10-2025, 14:12
30-10-2025, 23:05
30-10-2025, 16:39
17-10-2025, 18:29
Təhsil işçisi olaraq bizim üçün Konstitusiya, ilk növbədə, uşaqların təhlükəsizliyinin, qayğısının və parlaq gələcəyinin yazılı təminatıdır. Konstitusiyamızın ailə, uşaq və sosial müdafiəyə dair müddəaları (xüsusilə Maddə 14, 17, 34) Azərbaycanın sosial dövlət quruculuğunda nə qədər həssas olduğunu göstərir. Dövlət hər bir uşağın həyat və sağlamlığını qorumağa borcludur.
Bu humanist siyasətin təməli Ulu Öndər Heydər Əliyevin yaratdığı Konstitusiya dəyərlərindən başlayır. O, hər zaman ailəni və uşaqları cəmiyyətin ən mühüm sərvəti hesab edirdi. O, Konstitusiyamızın sosial dövlət prinsipini beynəlxalq standartlara uyğun şəkildə formalaşdırmışdır. Bu ənənə Prezident cənab İlham Əliyev tərəfindən böyük sevgi, qətiyyət və geniş islahatlarla davam etdirilir. Cənab Prezidentin pensiyaların, sosial müavinətlərin artırılması, aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımlarının verilməsi, şəhid ailələrinin və qazilərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsindəki islahatları məhz Konstitusiyanın sosial dövlət prinsipini gerçəkləşdirir. Bu islahatlar cəmiyyətdə sosial ədalətin güclənməsinə xidmət edir.
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi, Vətən müharibəsində tam bərpa olunan suverenliyimizlə birlikdə bu uşaqların doğma Qarabağda, Xankəndidə və digər azad edilmiş ərazilərdə gələcəyə inamla böyüməsinin hüquqi təminatıdır. Şagirdlərimiz artıq suveren Azərbaycanın vətəndaşları kimi Vətənin hər qarışında Konstitusiyanın qoruması altında yaşayırlar. Bu, Prezidentimizin misilsiz uğurudur.
Mən xüsusi olaraq Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyətini qeyd etmək istərdim. Onun Heydər Əliyev Fondu çərçivəsində həyata keçirdiyi saysız-hesabsız xeyriyyəçilik və humanist layihələr – talassemiyalı uşaqların müalicəsi, valideyn himayəsindən məhrum uşaqlara göstərilən diqqət, yeni təhsil müəssisələrinin tikintisi – Konstitusiyanın sosial bərabərlik və insanpərvərlik ideallarının necə həyata keçirilməsinin ən gözəl nümunəsidir. Mehriban xanım Əliyevanın şəhid övladlarına və qazilərə olan həssas münasibəti dövlətin sosial siyasətinin humanizm üzərində qurulduğunu sübut edir. Hər gün məktəbə gələn uşaqların gülən üzü, təhlükəsizliyi və sağlamlığı Konstitusiyamızın və cənab Prezidentin yürütdüyü sosial siyasətin ən böyük nailiyyətidir.
Suraxanı rayonu, Əmi Məmmədov adına 101 nömrəli tam orta ümumtəhsil məktəbi publik hüquqi şəxsin direktoru- Xəyalə Əzizova
Sozcu.info