11-11-2025, 20:04
31-10-2025, 14:12
30-10-2025, 23:05
30-10-2025, 16:39
17-10-2025, 18:29
İcra nümayəndəsi olaraq, hər gün fəaliyyətimizdə Konstitusiyanın qanunun aliliyi və dövlət suverenliyi prinsiplərini rəhbər tuturuq. Azərbaycan Respublikasının suverenliyi bizim üçün toxunulmaz bir dəyərdir, çünki bu, xalqımızın müstəqil yaşamaq hüququdur. Bu dəyər Ulu Öndər Heydər Əliyevin 1995-ci ildə qəbul edilmiş Konstitusiyada təsbit etdiyi və ərazi bütövlüyü ilə bağlı milli məqsədlərimizi özündə ehtiva edən ən mühüm nailiyyətdir. Ulu Öndər Konstitusiya ilə gələcək qələbəmizin təməlini atmışdı.
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfərin və 2023-cü ildə suverenliyin tam bərpası ilə Konstitusiyanın aliliyinin bütün ölkə ərazisində bərqərar olmasının məntiqi davamıdır. Məhz Ali Baş Komandan İlham Əliyevin güclü iradəsi və qətiyyətli siyasəti nəticəsində Konstitusiyanın ən fundamental prinsipi – Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi – tam şəkildə bərpa olundu. Dövlət Suverenliyi Gününün təsis edilməsi bu qələbənin əbədiləşdirilməsinin rəmzidir. Prezidentimizin bu uğurları Konstitusiyanın “Azərbaycan Respublikası öz ərazisinin daxili sularının, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan sektorunun, Azərbaycan Respublikasının üzərindəki hava məkanının bir hissəsi ilə birlikdə vahid və bölünməz ərazisi üzərində suveren hüquqlarını həyata keçirir” müddəasının tam gerçəkləşməsi deməkdir.
Bu suverenlik zəfəri sayəsində Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri geniş vüsət almışdır. Bu işlər Prezident İlham Əliyevin Konstitusiya prinsiplərini – hər bir vətəndaşın doğma torpağına qayıtmaq, təhlükəsiz yaşamaq, mülkiyyət hüququnu – həyata keçirmək əzminin göstəricisidir. Böyük Qayıdış Proqramı Konstitusiyanın sosial-iqtisadi müddəalarının icra mexanizmidir.
Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusilə məcburi köçkünlərin, şəhid ailələrinin və qazilərin sosial müdafiəsinə yönələn həssas fəaliyyəti dövlətin bu qrup vətəndaşlara olan Konstitusiya borcunun vicdanla yerinə yetirilməsinin təminatıdır. Onun rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən genişmiqyaslı sosial layihələr Konstitusiyanın humanist ruhunu yaşadır. İcra hakimiyyəti nümayəndəsi olaraq biz, Konstitusiyanın aliliyini rəhbər tutaraq, Prezident cənab İlham Əliyevin siyasətinin yerlərdə qeyd-şərtsiz icrasını təmin edir və suveren, demokratik, hüquqi Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə xidmət edirik.
Suraxanı RİHB-nın Zığ Qəsəbə İnzibati Ərazi Dairə Üzrə Nümayəndəsi Rəşad Mürşüdov
Sozcu.info