Paşinyanın partiyadaşı Türkiyə ilə sərhədin tezliklə açılacağı anonsunu verdi: “Sülh artıq bərqərar olub”


Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəri, hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvü Sarkis Xandanyan Türkiyə ilə münasibətlərin yaxşılaşdırılması istiqamətində qaçılmaz irəliləyişin olduğunu açıqlayıb.

Sozcu.info xəbər verir ki, bu barədə o, ATƏT Parlament Assambleyasının İstanbulda keçirilən iclasında danışıb.

“Bu gün Türkiyədə olarkən Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesinin tezliklə müsbət nəticələr verəcəyinə dair nikbinliyi ifadə etməyə bilmərəm”, - Xandanyan bildirib.

Onun sözlərinə görə, hazırda aparılan konstruktiv və fəal siyasi dialoq ümid verir ki, bu dialoq tezliklə əlaqələrimizin institusionallaşmasına, sərhədlərin açılmasına və daha geniş əməkdaşlığa çevriləcək”.

Xandanyan bəyan edib ki, Ermənistanla Azərbaycan arasında sülh artıq bərqərar olub.

Xatırladaq ki, bu yaxınlarda Türkiyə parlamentinin keçmiş üzvü Karo Palyan gələn il yanvar-fevral aylarında Ermənistan-Türkiyə sərhədinin açılacağını bildirib.



Oxşar Xəbərlər

Xəbər lenti