11-11-2025, 20:04
31-10-2025, 14:12
30-10-2025, 23:05
30-10-2025, 16:39
17-10-2025, 18:29
Fukuşima fəlakətindən 14 il sonra Yaponiya Kaşivazaki-Kariva Atom Elektrik Stansiyasını yenidən işə salmağa hazırlaşır. Hökumət bu həftə stansiyanın fəaliyyətinə icazə verəcək.
Sozcu.info xəbər verir ki, Niigata prefekturasının qubernatoru Hideyo Hanazumi qərarı cümə günü mətbuat konfransında açıqlayacaq.
Kompleksdə yeddi reaktordan yalnız biri ilkin mərhələdə fəaliyyətə başlayacaq.
2011-ci ildən sonra ölkədə 14 reaktor gücləndirilmiş təhlükəsizlik standartlarını keçərək, yenidən işə düşüb. Kaşivazaki-Kariva stansiyasının açılması isə Tokio Elektrik Enerji Şirkəti (Tepco) üçün 2011-ci ildən bəri ilk reaktor açılışı olacaq.
Yaponiya karbon neytrallığı hədəfinə çatmaq və qalıq yanacaqlara asılılığı azaltmaq üçün nüvə enerjisini strateji rol kimi görür.
Fukuşima AES-in sökülməsi isə hələ onilliklər çəkəcək; yüksək radiasiya səviyyəsi səbəbindən ərimiş yanacağın və digər tullantıların təmizlənməsi layihənin ən çətin mərhələsi hesab olunur.
Qafqazinfo.az