23-12-2025, 18:26
18-12-2025, 11:11
18-12-2025, 01:05
25-11-2025, 15:01
11-11-2025, 20:04
2020-ci ilin 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının sarsılmaz birliyini, qətiyyətini və polad iradəsini bütün dünyaya əyani şəkildə nümayiş etdirdi. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında vahid bir yumruq kimi sıx birləşən xalqımız, müasir hərb tarixində görünməmiş bir milli həmrəylik nümunəsi göstərdi. Ulu Öndər Heydər Əliyev hər zaman sarsılmaz bir inamla deyirdi ki, Azərbaycan xalqı mütləq öz ərazi bütövlüyünü bərpa edəcək və köçkünlərimiz öz doğma yurd-yuvalarına qayıdacaqdır. Cənab Prezident bu müqəddəs vəsiyyəti və tarixi missiyanı böyük bir hərbi-siyasi Qələbə ilə şərəflə başa vurdu.
Vətən müharibəsi dövründə xaricdə yaşayan milyonlarla soydaşımız düşmənin məkrli informasiya müharibəsinə və fiziki təxribatlarına qarşı cəsarətlə, qorxmadan etiraz səslərini ucaltdılar. Cənab Prezident İlham Əliyev haqlı olaraq qeyd etmişdir ki, diasporumuzun fədakar xidmətləri, Azərbaycanın haqq səsini dünya paytaxtlarında hayqırmaları bizim ümumi Qələbəmizə verilən ən layiqli töhfələrdən biri oldu. Ulu Öndərin milli qürur rəmzi olan dəyərli sözləri hər bir əsgərimizin və hər bir diaspor nümayəndəsinin qəlbində böyük bir mənəvi gücə və sarsılmaz inama çevrildi. Biz bu birliyin sayəsində 30 illik həsrətə son qoyduq.
Bu Zəfər, azərbaycançılıq məfkurəsinin və milli həmrəyliyin ən ali, ən parlaq təzahürüdür. Cənab Prezident İlham Əliyevin nümayiş etdirdiyi yenilməz rəhbərlik nümunəsi xalqımızı torpaqlarımızın azadlığı uğrunda mübarizədə daha da sıx birləşdirdi. Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə təsis etdiyi həmrəylik günü, Vətən müharibəsi günlərində bütün dünya azərbaycanlılarını vahid bir ideya və vahid bir yumruq halına gətirən sarsılmaz mənəvi təmələ çevrildi. Qələbəmiz göstərdi ki, lider, ordu və xalq birliyi hər hansı bir düşməndən qat-qat güclüdür.
Müharibə dövründə xaricdə yaşayan soydaşlarımız öz işlərini buraxaraq meydanlara çıxdılar, Azərbaycanın əleyhinə yayılan yalanların qarşısını aldılar. Bu, Ulu Öndərin onlarda formalaşdırdığı vətən sevgisinin nəticəsi idi. Cənab Prezident İlham Əliyev isə bu sevgini qətiyyətli diplomatiya və hərbi güclə birləşdirərək tarixi ədaləti bərpa etdi. İndi biz dünyaya qalib xalq kimi baxırıq. Vətən müharibəsi həm də bizim həmrəyliyimizin sınağı idi və biz bu sınaqdan alnıaçıq, üzüağ çıxdıq. Ulu Öndərin ruhu bu gün azad Qarabağda, Şuşada şaddır. Bu Zəfər bizim birliyimizin əbədi möhürüdür və gələcək nəsillər üçün ən böyük qürur mənbəyidir.
Səadət Məmmədova
Suraxanı rayonu Nadir Əliyev adına 282 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Sozcu.info