23-12-2025, 18:26
18-12-2025, 11:11
18-12-2025, 01:05
25-11-2025, 15:01
11-11-2025, 20:04
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi və müstəqil dövlətçilik yolunda atılmış ən mühüm addımlardan biridir. Bu bayramın rəsmi status alması birbaşa Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti və milli birliyə verdiyi ali önəmlə bağlıdır. 1991-ci il dekabrın 16-da Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi bayramı kimi qeyd olunması barədə tarixi qərar qəbul edilmişdir. Bu qərar, Sovet imperiyasının hələ tam süqut etmədiyi və ideoloji boşluqların olduğu bir dövrdə parçalanmış xalqın mənəvi bütövləşməsinə xidmət edən misilsiz bir addım idi. Ulu Öndər yaxşı bilirdi ki, dövlətin gücü onun vətəndaşlarının və dünyadakı soydaşlarının birliyindədir.
Naxçıvan Ali Məclisi bu qərarın ölkə miqyasında tanınması üçün Azərbaycan Respublikasının Ali Sovetinə müraciət etmişdir. Həmin ilin 25 dekabrında Ali Sovetin Milli Şurası bu müraciəti nəzərə alaraq 31 dekabrı rəsmən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Bu bayram qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən müqəddəs bir gündür. Cənab Prezident İlham Əliyev bu tarixi irsi uğurla davam etdirərək həmrəylik gününü bütün dünya azərbaycanlıları üçün sarsılmaz inam və böyük ümid anına çevirmişdir. Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan dövləti hər il bu bayramı daha böyük nailiyyətlərlə qarşılayır.
Müasir dövrdə bu gün dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq soydaşımızı vahid bir məqsəd ətrafında birləşdirir. Bayramın əsas mahiyyəti milli-mənəvi varlığımızı yaşadan yeganə müstəqil dövlətimiz olan Azərbaycan Respublikasına mənəvi bağlılıqdadır. Ulu Öndər Heydər Əliyevin həmrəylik gününü təsis etməklə xalqın ideoloji bütövlüyünə nail olması, bu gün cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycanın dünya miqyasında nüfuzunun artırılması ilə daha da möhkəmlənir. Hər bir azərbaycanlı üçün bu gün vətənə məhəbbət, milli dəyərlərə sadiqlik və dövlətçilik rəmzidir. Ulu Öndərin "Biz bir millətik" fəlsəfəsi bu gün hər bir soydaşımızın qəlbində yaşayır və onları ortaq hədəflərə doğru yönəldir.
Maqsud Əhmədov
Suraxanı rayonu 85 nömrəli tam orta məktəbin direktoru
Sozcu.info