28-01-2026, 11:19
23-01-2026, 21:08
15-01-2026, 21:37
14-01-2026, 11:52
7-01-2026, 21:19
Müraciətdə qeyd olunur ki, hərbi xidmətdən sonra da dövlətə xidmətini davam etdirən Əlişir Süleymanov 2021–2024-cü illərdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışıb və bu dövrdə xüsusilə müharibə iştirakçılarına, qazilərə və şəhid ailələrinə dəstək göstərib.Veteranların müraciətində vurğulanır ki, 2024-cü ildə Əlişir Süleymanov barəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi açılıb və hazırda işə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılır.Müraciətdə onun ailəli olduğu, üç qız övladının olduğu, səhhətində ciddi problemlərin mövcudluğu da diqqətə çatdırılır.Qarabağ müharibəsi veteranları bildiriblər ki, müraciət hər hansı hüquqi prosesə təsir göstərmək məqsədi daşımır. Onlar qanunun aliliyinə və məhkəmələrin müstəqilliyinə hörmət etdiklərini qeyd edərək, məsələyə humanizm və mərhəmət prinsipləri çərçivəsində diqqət yetirilməsini xahiş ediblər.Müraciətin surətləri Birinci vitse-prezident Mehriban Əliyevaya, Ali Məhkəmənin sədri İnam Kərimova və Baş prokuror Kamran Əliyevə də göndərilib.