17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
9-04-2026, 17:32
28-03-2026, 23:18
İranın yeni Ali Rəhbəri Müctəba Xamenei ölkədəki hərbi gərginliyi azaltmaq məqsədilə ABŞ-dan gələn atəşkəs təklifini qəti şəkildə geri çevirib.Sozcu.info xəbər verir ki, "Reuters" agentliyinin iki vasitəçi tərəfindən ötürülən məlumata istinadən yaydığı xəbərə görə, Tehran Vaşinqtonun münaqişəni dayandırmaq cəhdlərinə "yox" cavabını verib.Mənbələr bildirir ki, Müctəba Xameneinin vəzifəyə gəldikdən sonra keçirdiyi ilk yüksək səviyyəli hərbi müşavirədə ABŞ və İsrailə qarşı qisas məsələsində mövqeyi çox sərt və ciddi olub. Yeni lider diplomatik yollarla gərginliyi azaltmaq əvəzinə, atasına qarşı həyata keçirilən sui-qəsdə və ölkənin hərbi infrastrukturuna vurulan zərbələrə görə "layiqli cavab" verilməsinin tərəfdarı olduğunu nümayiş etdirib.Agentlik yazır ki, Müctəbanın bu qətiyyətli imtinası regionda hərbi əməliyyatların daha da genişlənəcəyindən və İranın yaxın günlərdə yeni raket zərbələri endirə biləcəyindən xəbər verir. Musavat.com