Giriş QADAĞAN edilən Bakı metrosu ilə bağlı
SON DƏQİQƏ
Bağlanan Bakı metrosundan ƏN SON GÖRÜNTÜLƏR -
FOTOLAR
Xameneidən gözlənilməz QƏRAR: ABŞ-la bağlı TƏLİMAT VERDİ
"Müğənnilik qadın sənəti deyil"
“İran təslim olmayacaq”
Milyardlıq dərmanlar işə yaramadı —
Tibbdə qalmaqal
Sürücülər cərimədən yayınmaq üçün yeni üsul tapıb –
“telefon üçün çətirlər”
Azərbaycanlı iş adamı yenidən gündəmdə:
Qod Nisanov üçün tarixi qərar
Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
Tramp:
İranla saziş bu axşam imzalanacaq
Şəhid ailələrinə laqeyd yanaşdığı üçün işdən çıxarılan Rəşad Əhmədəliyevin yerinə
TƏYİNAT
“ChatGPT”də problem yarandı
Əvvəlki
Sonrakı
Tramp İsrailin Livanı bombalamasını QADAĞAN ETDİ
17-04-2026, 19:33
AZƏRBAYCAN VƏ RUSİYA RAZILIĞA GƏLDİ
- Moskva kompensasiya ödəyəcək
15-04-2026, 23:31
İran nümayəndə heyəti belə qorunacaq
- Pakistan qırıcıları artıq bölgəyə yerləşdirilib
10-04-2026, 16:52
İsrail ABŞ-a QARŞI- Atəşkəs planı BÖHRAN YARATDI
9-04-2026, 17:32
“HƏR DƏFƏ EPŞTEYN İŞİ QALXANDA DÜNYADA BOMBALAR PARTLAYIR”
-Fransa Senatının üzvündən ŞOK İTTİHAMLAR
28-03-2026, 23:18
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
İsa İsmayılzadə, yaxud “sözün rəsmi”
70 il cismən yaşamağa hövsələsi çatmadı, 57 yaşında bu dünyadan köçünü çəkib getdi, amma ruhən bundan yüz illər sonra da yaşayacaq –onu heç vaxt solmayan bənzərsiz poeziyası yaşadacaq.....
Ola bilsin, İsa İsmayılzadə bioqrafiyasının faktlarına görə kiməsə oxşasın, SÖZƏ, insanlara, yaradıcılığa münasibəti sarıdansa həmişə özü kimi qalacaq...
60-cı illərdə – şair, yığını, şeir axını içində boy vermək, görünmək, öz üslubunu yaratmaq nə qədər çətin idi – bunu o vaxtın əbədi mühitindən xəbərdar olanlar yaxşı bilirlər. Hər bir yenilikçiliyə görə “əzişdirilmək”, arzuolunmazlar siyahısına salınmaq, “xunveybinçi” adlandırılmaq qorxusu, şeirlərinin, kitablarının çapına qadağa qoyulmaq təhlükəsi, ideoloji və inzibati basqıların gününü göy əsgiyə bükməyi vardı. İsa İsmayılzadə o dönəmlərdən salamat çıxa, poetik nəfəsini, sözün urvatını saxlaya bildi, təkcə elə buna görə poeziyasının yaşarlılığına bel bağlamaq olar.
İndi deyirlər İsa İsmayılzadə özünün publisistikaya, tərcüməyə, redaktorluğa, uşaqlar üçün əsərlərə parçalamasaydı, poetik yaradıcılığı daha zəngin olardı. Mən buna inanmıram, çünki SÖZƏ həddən artıq qısqanclıqla yanaşan, hətta ifrat xəsis və vasvası olan İsanın həcm dalınca qaçacağına inanmamışam – yazacağını iki daşın arasında da yazıb, ondan ötrü şeir, həcm yox, poetik tapıntı olub. “Hərdən sözün-şeirin sıxıntısından, qələmə gəlməyən sözün, əlimə gəlməyən sözün ağrısından ürəyim sızıldayır; dünyada hər şeyin məndən ötrü qurtardığı belə anlarda harasa baş götürüb qaçmaq, uzaqlarda, əl çatmayan, ün yetməyən bir yerdə yolumu gözləyən itgin sözlərin dalınca düşmək, doğma, əziz adam kimi sözə sığınmaq, o sözün boyunu oxşamaq istəyirəm; “Hər şeir ömrümü uzadır bir gün, amma... ikicə gün alır ömrümdən,” – demək istəyirəm...” Bu, sözə şair münasibətidi...
lll
İsa İsmayılzadənin poeziyası barədə Osman Sarıvəlli, Bəxtiyar Vahabzadə Asif Əfəndiyev, Qabil, Əliağa Kürçaylı, Məmməd İsmayıl, Tofiq Abdin, Vaqif Yusifli... yazıb, bununla belə nə sağlığında, nə Haqqa qovuşduqdan sonra onun poetik yükünü yerli-yataqlı araşdıran bir kimsə tapılıb. T.Abdinin təbirincə desək, “...İsa İsmayılzadə axır günlərinə qədər həmin o tənqidçini həmin o söz deyəcək adamı gözlədi. Amma o adam gəlib çıxmadı...” Həmin heç İsanın cismani yoxluğundan sonrada üzə çıxmadı, bundan sonra üzə çıxacağına yalnız ümid etmək qalır.
İsa İsmayılzadənin poeziyası barədə yazanlar daha çox onun “Yağış gölməçəsi”, “Oyuncaqsız uşaqlığım”, “Gülələr demədi”, “Mən bir termos şüşəsiyəm”, “Qatar gedir Araz boyu”, “Ömürdən keçən qatar”... şeirlərini xatırlayırlar. Onun “Vaxtla uzlaşmağı bacarmayanda” şeiri də var.
Vaxtla dil tapmağı bacarmayanda
ilbizllər kimi,
Çəkilib könlümə susmaq istərəm
Bax, belə
Saatınız necədir
Vaxtla uzlaşmağı bacarmayanda
Elə bil az qala iyirmi il qabaq öz taleyini hiss eləyibmiş; vaxtla uzlaşmağı bacarmadı, saatını 1997-ci il iyunun 12-də dayandırdı.
Bir şeirını də “Gözləyin, dünyaya qayıtmağım var” adlandırıb:
Bu dünyaya bir də qayıtmağım var...
Qəbrimin üstündə bu ötən günləri,
Uyulmuş, soyulmuş torpağı-daşı
Ölüm sükutundan oyatmağım var
.
Bilmirəm çiçəklə, bilmirəm otla,
Bilmirəm ocaqla, yoxsa buludla,
Dağları yerindən oynadıb gələn
Dəli qışqırıqla, yoxsa sükutla-
deyə bilmərəm...
Bu da öncəgörmədi: gec-tez İsa İsmayılzadə şair kimi təzədən doğulacaq – poeziyasını araşdıracaq, kitablarını dönə-dönə nəşr edəcəklər. Bu onun haqqıdır...
lll
Sağlığında İsa İsmayılzadənin son kitabı az iyirmi il əvvəl – 1991-ci ildə çap olunub. Bir kitabını da bundan 15 il sonra, 2006-cı ildə qədir bilən övladı Araz İsmayılzadəylə 65 yaşını yad elədik. O topluda İsa təkcə şair deyil, həm də vətəndaşdı, torpaq ağrılarını canında gəzdirən insandı, “Haran ağrayır Vətən?..” soruşur, “Əmr versin – hücum əmri komandan Vətən”, “Hər şəhidin yaşıdı –Qarabağ”, “Bu da sənin yazın deyil, Qarabağ...” deyir, Tanrı ucalığına çatır:
...Yaxşı ki cən varsan başımın üstə,
Sən mənim ən böyük ucalığımsan
Xəyalından tuta-tuta,
Bu dünyaya qəzəbimi uda-uda
Hərdən ucalığa qalxıram mən də...
O illərdə İsa İsmayılzadə zamanın acılarını yaşayırdı, həyatının böyük bir dövrünü verdiyi “Azərbaycan” jurnalının maddi sıxıntılarından ağrıya-ağrıya publisistikayla məşğul olmaq məcburiyyətinə dözürdü, Vətənin doğma bir parçasının – Borçalının başının üstünü almış qara buludları dağıtmaq naminə səy göstərirdi, bütün bunlarla yanaşı, sözün dəyərdən düşməsinə korun-korun tüstülənirdi:
Qurumuş qan qoxusundan,
Qarımış qan qoxusundan
Diksinəndə, səksənəndə
kəpənəklər- yaz neyləsin?
Qan qoxulu ləçəkləri
Necə ovutsun bahar?...
Bu ağrıyla yaşayan şairin cismən 70 bir yana, heç 60-ı haqlayacağına inanmaq olardımı?...
Dünyaya müharibə başlanan il göz açmış, uşaqlığı müharibə və müharibədən sonrakı sıxıntılı illərə düşmüş Söz adamı torpağı yağmalana-yağmalana rahatca oturub aşiqanə şeirlər yaza bilərdimi?
Yazanlar oldu, amma o yazanların da, yazdıqlarının da yaşarılılığı da böyük sual altındadı.
İsa İsmayılzadə başqa ölçülərlə yaşayırdı, ona görə əsl yazıçının “...içində gözəgörünməz bir hüceyrə vardır ki, o torpaq ağrısını tez duyur...”
lll
Səksəninci illərin ortalarında qadağalar götürüləndə ədəbiyyatımızin “rəflərində “ yatıb qalan əsərlərdən biri də İsa İsmayılzadənin “37” poeması oldu. O poemanı 37-nin unutdurulduğu, xatırlanması yasaqlandığı çağlarda qələmə almışdı. Sonra “Tanrım bağışla məni” poeması, şeirləri, publisistik yazıları, efirdən dövrün ağrılarına qarşı narahat, qəzəbli, ağrılı səsi eşidildi.
Ardınca 1967-ci ildə 26 yaşında yazdığı, üzə çıxarmadığı “Mənim qəribə dünyam” povestini arxivdən tapıb “Azərbaycan” jurnalında çap etdirdik. O lirik-fantastik melodram nədənsə yadıma Əli Kərimin “Pillələr” romanını saldı: görünür, dövrün ədəbi ölçülərinə uyğun gəlmədiyindən İsa İsmayılzadə povesti şap etdirməyə cəhd göstərməyib. Ona görə ki, şəxsiyyət kimi bütövlüyünü qoruyan insan idi. Öz ədəbi abrını saxlayan adam idi. “Məndən ötrü xarakter bütövlüyü, hər şey deməkdir. Xaraktersiz, şəxsiyyətsiz həqiqi yazı-pozu adamı təsəvvür eləmirəm... Zamanın küləkləri min bir səmtdən əsə bilər, başlıcası odur ki, küləklərin yedəyinə düşüb getməsin. Çayın axarına üzməyə nə var ki?! Bütün bunlarla zamanla döşə-döşə gəlmək üçün yaradıcı adamın şəxsiyyəti bütöv olmalıdı...”
Əlbəttə, İsa İsmayılzadə bu bütovlüyün cismən də, mənən də hansı əzablar bahasına başa gəldiyini gözəl bilirdi, amma başqa cür yaşamağı da bacarmırdı. Elə buna görə də respublika komsomolu mükafatından başqa bir rütbə, mükafat, sanballı vəzifə sahibi olmamışdı, çünki bundan ötrü nələrdənsə imtina etmək lazım gəlirdi. Ən böyük qazancı 50 yaşında bircildlik “Seçilmiş əsərləri”nin çapdan çıxması idi, o da düz sistemin dağıldığı vaxta düşmüşdü.
Tofiq Abdin deyir: “İsa İsmayılzadənin xasiyyətindəki ciddilik şeirlərinə də keçmişdi, onu nə də desək, aldatmaq olardı, amma şeirdə yox. ”Şeirlə aldatmağı özünə rəva görməyən adamı şeirdə aldatmaq da çətindir...
lll
İsa İmayılzadənin şeirləri haqqında cürbəcür obrazlı ifadələr işlədiblər, “şeirın rəsm elədiyini”, ”sözlərin assosiasiya imkanlarından yararlandığını”... yazıblar. Bunlara etiraz eləmək fikrim yoxdu, çünki o, “Çaylar çiçəkləyər yazı yazanda”, Bahar qorxa-qorxa gəlir şəhərə”, “Hardasa bir dolu yağır hələ də”, “Yelkənli gəmiyə bənzər ürəyim”, “Sevinə bilmirəm gözüm dolusu” yazanda sözlərlə mənzərə yaradan rəssama oxşayır, o rəsmdəki duyğuların səmimiliyinə inanmamaq olmur. “Bir şeir ömründə yaşamaq” istəyən İsa İsmayılzadənin arzusunu gerçəkləşdirmək silqətində olan onlarca şeri var. Çünki o, heç vaxt körpə misranı, yarımçıq şeri oxucuya sırımaq istəməyib:
Yarımçıq körpələr kimi
Bu dünyaya gəlmək bəlkə onlara
Qismət olmayıb,
Bəlkə də mənimlə köçüb getdilər...
O körpə misraya yarımçıq şeirə
Bəlkə də hər zaman ad qoyulmadı
Belə olmasaydı İsa İsmayılzadənin sağlığında cəmi 8 (uşaq və tərcümə kitablarını saymırıq) kitabı çıxmazdı, arxivdə çap olunmamış şeirləri qalmazdı. Bəlkə buna görə də o, “Yaltaqlıq” adında şer də yazmazdı, şairin və sözün alçalmağına nifrətini ifadə eləməzdi:
Şöhrət zirehini geyinmək üçün
Yeri düşdü-düşmədi
Şair əl çalanda,
Şer əl çalanda,
Şair alçalanda, söz alçalanda
Qələm, kağız qəbrə qoyulsun gərək
Şerin günahını yumaqdan ötrü...
Özü də ömrünün axırınadək SÖZÜN abrını gözlədi...
lll
İsa İsmayılzadə böyük vəziflərdə işləməsə də, geniş imkanlara malik olmasa da, həmişə imkanı daxilində istedadlı adamların qolundan tutub, uğurlarına sevinib, amma səhvlərini güzəştsiz-filansız üzlərinə söyləyib. Ondan inciyənlər, hətta küsənlər də olub, son məqamdasa İsanın haqlı iradlarını qəbul ediblər.
O, həm də yaddaş adamı idi, qələm dostlarının könlünü sevindirməyi, tale qəzasına uğrayanları həmişə anmağı özünə borc sayırdı. Belə yazılarını yığıb- yığışdırsaq, sanballı kitab olar. Yarımçıq ömründə itkiləri çox olduğundan itkilərə qarşı biganə ola bilmirdi, İsa İsmayılzadə ömrünün son 6-7 illində torpaq və insan itkisindən olmazın əziyyət çəkirdi. Doxsanıncı illərdəki şerləri, publisistikası, müsahibələri, radioverilişləri onun qətrə-qətrə necə yanıb külə döndüyünü göstərir.
Amma İsa İsmayılzadənin cismani yoxluğundan ağrıyanların sayı o qədər də çox olmadı. Hər kəsin başının özünə qarışdığı dünyada onun poeziyası da gözdən-könüldən uzaq düşüb, elə bil, dünyanın durulmağını, bir də qayıtmaq üçün məqamın yetişməsini gözləyir. Mən də əminəm ki, çox keçməyəcək, Əli Kərim kimi, İsa İsmayılzadə də poeziyamızda ana südü kimi halal olan yerini tutacaq...
İsa İsmayılzadə yurduna, ocağına, təbiətə çox bağlıydı, şerlərinin böyük bir qismi Vətən, torpaq, Borçalı, Qarayazı haqqındadı, ən böyük dincliyini də elə o yerlərdə tapırdı...
Ömrü tükənəndə də göz açdığı yerə, doğma Qarayazıya üz tutmuşdu...
Əbədi dincliyini də orda tapdı...
70 yaşında qədəm qoyduğunusa indi özü də bilmir...
Nəriman ƏBDÜLRƏHMANLI
Oxşar Xəbərlər
İlham Əliyev: "
“Bəzi hallarda sevinc göz yaşlarımı saxlaya bilmirəm”
Düşmən təcavüzü nəticəsində 8 məktəbli həlak olub
Gəncədə raket atəşi nəticəsində yaralananlardan daha biri vəfat etdi
Xəbər lenti
Giriş QADAĞAN edilən Bakı metrosu ilə bağlı
SON DƏQİQƏ
Qeyri-sabit hava şəraiti BU TARİXƏDƏK davam edəcək
Bağlanan Bakı metrosundan ƏN SON GÖRÜNTÜLƏR -
FOTOLAR
Azərbaycanda bu ərazilərə qar yağır
Xameneidən gözlənilməz QƏRAR: ABŞ-la bağlı TƏLİMAT VERDİ
Piyada keçidində qəza ölümlə nəticələndi
"Müğənnilik qadın sənəti deyil"
“İran təslim olmayacaq”
Həkim yaddaşı "yeyən" ədviyyat barədə xəbərdarlıq etdi
Bu ərazilərdə su kəsildi
Milyardlıq dərmanlar işə yaramadı —
Tibbdə qalmaqal
Sürücülər cərimədən yayınmaq üçün yeni üsul tapıb –
“telefon üçün çətirlər”
Azərbaycanlı iş adamı yenidən gündəmdə:
Qod Nisanov üçün tarixi qərar
Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
Aprelin pensiyasını gözləyənlərin NƏZƏRİNƏ
Tramp:
İranla saziş bu axşam imzalanacaq
Şəhid ailələrinə laqeyd yanaşdığı üçün işdən çıxarılan Rəşad Əhmədəliyevin yerinə
TƏYİNAT
Trampa qarşı sui-qəsd cəhdi saxta olduğu iddiaları artır
“ChatGPT”də problem yarandı
Balayevin qəbirüstü abidəsinin xərclərini dövlət ÖDƏYƏCƏK
İcra başçısı iki nəfəri müdir təyin etdi -
ADLAR
TƏCİLİ!
Prezident fərman imzaladı
Məktəbdə yandırılan şagirdin VƏZİYYƏTİ AĞIRDIR
TƏCİLİ:
2 ölkənin səfirləri XİN-ə çağırıldı
Lənkəranda qazi vəfat edib -
FOTO
"Azərpoçt"un yeni rəhbəri bu şəxs OLDU
"Azərpoçt"un rəhbəri işdən çıxıb
İlham Əliyev BMT komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciət edib
Azərbaycanlı müğənni arıqlayıb tanınmaz hala düşdü -
FOTOLAR
Azərbaycanda məşhur sığorta şirkəti ləğv OLUNUR
Bakı və bölgələr üçün
Təcili Xəbərdarlıq
Ceyhun Bayramov Baş nazirlə görüşüb -
FOTO
İlham Əliyev:
Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir
Bu şəxslərin NƏZƏRİNƏ:
Aprelin 20-də...
SAHİBKARLAR BAŞÇIDAN NİYƏ NARAZIDIRLAR?
Roma-Bakı xəttində yeni təmas:
Meloni Azərbaycana gəlir
Paytaxtda 100 minə yaxın bina SÖKÜLƏCƏK
“Hamı başıma vururdu” -
Vəfa Şərifovadan ETİRAF
SON DƏQİQƏ! DTX əməliyyat keçirdi -
FOTO
Ceyhun Bayramov albaniyalı həmkarı ilə görüşdü
FOTO
Şirvanda narkotiklərin qanunsuz dövriyyəsində təqsirləndirilən 5 nəfər həbs olunub
Xameneidən TƏCİLİ AÇIQLAMA:
İran donanması döyüşə hazırdır!
Bazar günü Bakıda 24 dərəcə isti olacaq
Bunu “Sea Breeze”də elan etdilər
Hündür ağacların altında dayanmayın -Əhaliyə ÇAĞIRIŞ
Səfərbərlik Xidmətindən bu şəxslərə XƏBƏRDARLIQ
19 aprel ilə bağlı XƏBƏRDARLIQ
General Müşfiq Məmmədov vəzifəsindən azad edildi
DYP sürücülərə müraciət etdi
Hava ilə bağlı XƏBƏRDARLIQ
PRİZMA
Türküstanın maraqlarına xidmət edən müharibə
MÜSAHİBƏ
1
2
3
4
5
6
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
Himnimizin müəllifi kimdir?
-MÜSAHİBƏ
TƏHLİL
Azərbaycan hüququnda mirasın faktiki qəbulu institutunun transformasiyası
SOSİAL
1
2
3
4
5
6
Qeyri-sabit hava şəraiti BU TARİXƏDƏK davam edəcək
Azərbaycanda bu ərazilərə qar yağır
Həkim yaddaşı "yeyən" ədviyyat barədə xəbərdarlıq etdi
Bu ərazilərdə su kəsildi
Aprelin pensiyasını gözləyənlərin NƏZƏRİNƏ
Bakı və bölgələr üçün
Təcili Xəbərdarlıq