Xalq bir yumruq olaraq, hər zaman cənab Prezidentimizin ətrafında olacaq


“Azərbaycanda siyasi islahatlar çox cəsarətlə aparılır. Bu, bizim prinsipial və düşünülmüş seçimimizdir. İqtisadi islahatlar və siyasi islahatlar ölkəmizin inkişafı üçün çox möhkəm zəmin yaradır. Biz bu iki amili bərabər, paralel şəkildə həyata keçiririk və bu gözəl zəmin əsasında güclü dövlət quruculuğu prosesi gedir.” - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yorulmaz və gərgin əməyi sayəsində, Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edən, uzaqgörən dövlət xadimi və yüksək səviyyəli siyasətçi olan, Azərbaycan xalqının iradəsini ifadə edən - İlham Əliyev - müstəqil Azərbaycanın Prezidenti və dünya azərbaycanlılarının Lideridir.

Bu günlərdə, 2021-ci il 20 aprel tarixində, Prezident İlham Əliyevin Hacıqabul rayonuna səfər etmiş, bir sıra sosial obyektlərin açılışında iştirak etmiş və Azərbaycan Televiziyasına verdiyi müsahibədəsəfərin təəssüratları çox müsbət olduğunu bildirmişdir.

 

Bu müsahibədə cənab Prezident Hacıqabul rayonunda həyata keçirilən işlərdən, qəbul olunmuş regionların sosial-iqtisadi inkişafı proqramı uğurlu icrasından, o cümlədən Hacıqabul rayonunda böyük işlərin görüldüyündən, insanlar və biznesin qurulmağı üçün gözəl şəraitin yaradılmasından, yaşayış səviyyəsinin yaxşılaşmasından danışdı və açılışında iştirak etdiyi obyektlərin rayonun gələcək iqtisadi potensialını böyük dərəcədə gücləndirəcəyini, avtomobil sənayesinin Azərbaycanda inkişafındanvənövbəti mərhələdə lokallaşmanı daha da artırmaq gündəlikdə duran məsələlərdən biri olduğunu vurğuladı.Bundan əlavə, Cənab Prezident özəl sektorların əhəmiyyətindən- işləri özəl sektorla birlikdə görülməsi, bu investisiyaların Dövlət üçün nə qədər vacib olduğunu; Dövlət həm güzəştli şərtlərlə müəyyən məbləğdə kreditlər verdiyini, eyni zamanda, infrastruktur layihələri həyata keçirdiyini və özəl sektor üçün şəraitin yaradılması;özəl sektorları idarə edən şəxslərəazad olunmuş torpaqlarda, Qarabağda buna oxşar təsərrüfatlar yaradılması haqqda tövsiyələr verdiyini bildirdi, bununla yanaşı“İsgəndər-M” raketləri ilə bağlı məsələlərə mütləq aydınlıq gətirilməsinin vacibliyini qeyd etmişdir.

 

Bu gün yeni yarımstansiyanın açılışı,Hacıqabulda qazlaşdırmanın səviyyəsi yüz faizə çatmağı,bununla rayonunartıq tam qazlaşdırılması,elektrik enerjisi ilə təchizatın yaxşılaşdırılması və bu kimiönəmli işlərin həyata keçirilməsi dövlət proqramının icra olunmasının göstəricisidir. 

 

Eləcə də, şəhərin içməli su ilə təmin olunması,kənd yolların 75 faizi yenidən çəkilməsi, rayonda bir çox sosial layihələr icra olunması,xəstəxana, mədəniyyət obyektləri, 22 məktəbin tikilməsi və əsaslı şəkildə təmir olunması, iki böyük aqroparkların yaradılması, yüzlərlə yerli sakinlərin bu aqroparklarda işlə təmin olunması, məhz Hacıqabulda bu aqroparkların yaradılması,həm sənaye, həm kənd təsərrüfatı müasir üsullarla inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyi məsələləri ilə bağlı işlərin görülməsi, minatəmizləmə işlərinin aparılması, bununla paralel olaraq əsas infrastruktur layihələrinə start verilməsi - bütün bunlar, Hacıqabul şəhərinin inkişafındanvə əlbəttə ki, cənab Prezidentinuzaqgörən siyasətinin uğurlu gedişatından xəbər verir.

 

Xatırlatmaq istəyirəm ki, Ulu Öndər Heydər Əliyevin bu sözləriAzərbaycan xalqına ən böyük töhfəsi olmuşdur:

 

“Biz bundan sonra da Azərbaycan Xalq Cümhuriyyətinin sədaqətli varisləri olacağıq, xalqımızın milli azadlığını qoruyacağıq, saxlayacağıq. Biz  Azərbaycanın dövlət müstəqilliyini göz bəbəyimiz kimi qoruyacağıq və günü-gündən möhkəmləndirəcəyik, daha da yüksəklərə qaldıracağıq!” 

 

Ümummilli Liderimiz Heydər Əliyevin Respublikamıza rəhbərlik etdiyi bütün dövrlər xalqımızın milli mənlik şüurunun оyanması, müstəqilliyə qоvuşmaq arzularının çiçəklənməsi, ictimai həyatımızın, iqtisadiyyatımızın bütün sahələrində, elm və mədəniyyətimizin inkişafında böyük nailiyyətlərin əldə edilməsi ilə əlamətdar оlmuşdur.

 

Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Ulu Öndər Heydər Əliyevin adı bu gün bölgədə və dünyada layiqli mövqe qazanmış Azərbaycan dövlətinin rəmzi kimi səslənir.

 

Bu gün müasir Azərbaycan dövləti özünəməxsus inkişaf yоlu ilə gedir. Bu inkişafın təməl daşları Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qоyulmuşdur. Heydər Əliyev məktəbinin yetirməsi, оnun siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirlər, imzaladığı fərman və sərəncamlar, xalqla birbaşa ünsiyyətdə оlması, Ümummilli liderimiz tərəfindən başlanılmış işlərin məntiqi davamıdır.

 

Cənab Prezident İlham Əliyev, ata vəsiyyətini, Ümummilli Lider Heydər Əliyevin, eyni zamanda doğma xalqının, ən böyük arzusunu – Qarabağın mənfur düşmənlərdən, işğalçı ermənilərdən azad olunmasını gerçəkləşdirdi.Bu günkü reallığı yaradan dahi Lider, görkəmli dövlət xadimi cənab Prezident İlham Əliyev tarixdə öz adını və izini qoydu!

 

Müharibə başa çatandan dərhal sonra işğaldan azad olunmuş rayonlarımızda cənab Prezidentimizin tapşırığı ilə başlanmış bütün bu kimi işlər çox böyük həcmli bir işlərdir və azad edilmiş torpaqların ərazisi 4 Lüksemburqa bərabər olduğu halda, bu boyda ərazinin sıfırdan tikilməyi və qurulmağı, sözsüz ki, vaxt və hər birimizin üzərinə düşən dəstəyimizi  tələb edir. 

 

Cənab Prezident, Müzəffər Ali Baş Komandanın bütün işlərində, fəaliyyətində uğurlar arzulayır, möhkəm can sağlığı diləyirik. Hər dediyi sözünün təsdiqini tapan, fəaliyyətinin nəticəsini görən, Xalq,bir yumruq olaraq, hər zaman cənab Prezidentimizin ətrafında olacaq!

 Natavan Rüstəmova,

“Suraxanı Gənclər Evi” Sosial Xidmət  Müəssisəsinin direktoru 



Oxşar Xəbərlər

Xəbər lenti