Azərbaycanlı və erməni "qanuni oğru"lar saxlanıldı
Prezident:
“Odur ki, yenidən borc götürməyə başladıq”
Prezidentdən ŞAD XƏBƏR -
Tezliklə.....
Ölkədə doğulanların sayı azalıb, ölənlər isə artıb - RƏSMİ RƏQƏMLƏR
Prezident Sammit iştirakçılarına müraciət ünvanladı
Kərim Vəliyev təltif edildi
Prezident:
Azərbaycanda işsizlik aşağı həddə saxlanılır
Avro və rubl ucuzlaşdı, dollar isə... –
YENİ MƏZƏNNƏ
SON DƏQİQƏ!
Prezident onları TƏLTİF ETDİ
65 yaşı tamam olan həkimlərə şad xəbər
Rusiya və İran arasında böyük RAZILAŞMA:
2 aydan sonra BAŞLAYIR
Bu məhsullar vergidən azad olundu
Əvvəlki
Sonrakı
İrandan sonra növbəti hədəfini açıqladı
16-06-2026, 09:32
Milli Qurtuluşdan tarixi zəfərə
15-06-2026, 11:07
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
12-06-2026, 21:58
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
11-06-2026, 21:19
Xameneinin harada dəfn olunacağı açıqlandı
8-06-2026, 22:05
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
HƏR MƏMURUN ÖZ QURBANI... – Əslində kimlər həbs olunmalı idi, əvəzində kimlər cəzalandırılır?
Bugünlərdə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbəri Rasim Quliyev məhkəmənin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edildi. Bu məhkəmə qərarı Azərbaycandakı hakimiyyət strukturlarında son illər ərzində müşahidə olunan bir maraqlı tendensiyanın özünə birdəfəlik yer etməsindən xəbər verir.
Artıq uzun illərin təcrübəsi göstərir ki, Azərbaycanda iri ranqlı məmurlar öz ətraflarında müavin, aparat rəhbəri, baş memar, baş mühasib və s. adlar altında müxtəlif çəkili
“qurbanlıqlar”
saxlayırlar. Vaxtı gələndə, özləri də az-çox çirkaba bulaşmış və “yağlanmış” həmin bu “qurbanlıq”lar
asanlıqla güdaza verilir, nazir, komitə sədri və s. isə “süddən çıxan ağ qaşıq” kimi, çəkilb durur bir kənarda.
Bunu təsdiq edən saysız-hesabsız nümunələr göstərmək olar.
Məsələn,
Prezidentin sabiq köməkçisi Əli Həsənov.
Digər korrupsiya əməllərini kənara qoysaq, təkcə onun kurasiyasında olan jurnalistlər binasının tikintisində yol verilən
18 milyonluq
yeyinti faktı, bu işdə onun iştirakına dair məhkəmədə və istintaqda danılmaz sübutların və dəlillərin ortaya qoyulması bəs edirdi ki, bu şəxs cinayət məsuliyyətinə cəlb edilsin.
Lakin bu, baş vermədi. Əvəzində, onun yaxın “dostu və qardaşı”, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli qurban verildi – 10 il 6 ay!
Baxmayaraq ki, hamı çox yaxşı bilir, jurnalist binalarındakı yeyintidə Səfərlinin rolu yox kimidir, ona bəlkə heç qəpik-quruş da çatmayıb.
Eləcə də Həsənovun yaxın qohumu və tanışları da daxil olmaqla, bu işdə formal iştirakçı olan və mənimsənilən milyonlardan yalnız aylıq maaş alan bir neçə kiçik “qurbancıq” da məhkəmə tərəfindən cəzalandırıldı...
Bakının sabiq meri Hacıbala Abutalıbov.
Adamın dövründə Bakı qarış-qarış satıldı. Tikintiyə icazədən tutmuş iri təmir və tikinti layihələrinin icrasına qədər elə bir sahə olmadı ki, orada
korrupsiya, yeyinti, rüşvət faktları
olmasın. Hamı da yaxşı bilirdi ki, bütün bu əməllər şəxsən Abutalıbovun iştirakı və payı olmadan reallaşa bilməzdi. Sonda nə oldu? Hansısa anlaşılmaz, müəmmalı və Azərbaycan reallıqları baxımından gülünc bir cinayət işi ilə Abutalıbovun
Aparat rəhbəri Rasim Quliyev
“qurbanlıq” verildi. V.Səfərli ilə müqayisədə R.Quliyevə qarşı daha insaflı davranıldı -
cəmi 3 il!
Sabiq mədəniyyət naziri Əbülfəs Qarayev.
Onun rəhbərlik etdiyi qurumda ötən il keçirilən əməliyyatda tenderlərdə baş verən aşıq-aşkar,
10 milyonlarla
manatla hesablanan mənimsəmələrdən tutmuş musiqi məktəblərində yığılan nisbətən xırda rüşvətə qədər saysız-hesabsız cinayət faktları üzə çıxarıldı və sübuta yetirildi.
Nəticədə, kim həbs olundu? Əbülfəs Qarayevin müavini Rafiq Bayramov
. 8 il müddətinə azadlıqdan məhrum edilən Bayramov məhkəmədəki ifadəsində deyib:
“Mən saxlanılanda vəzifə səlahiyyətlərimi aşma, mənimsəmədə ittiham olunmuşam. Qeyd etməliyəm ki, mən nazir müavini olsam da, imza səlahiyyətim olmayıb, maddi-məsuliyyətli şəxs olmamışam.”
Bunun açması o deməkdir ki, hər şey nazirin səlahiyyətində, nəzarətində və onun imzası ilə olub. Ancaq məlum olduğu kimi, Ə.Qarayevə “gözün üstə qaşın var” deyən yoxdur. R.Bayramov da daxil omaqla onun bir neçə “qurbanlıq”ları isə məhbus həyatı yaşayır...
Sabiq xarici işlər naziri Elmar Məmmədyarov.
Hüquq-mühafizə orqanlarının XİN-də keçirilən əməliyyatı ortaya çoxsaylı korrupsiya və vəzifə cinayətlərinə dair faktlar çıxardı. Bununla yanaşı, mətbuatda nazirin ABŞ-da
4.2 milyon
dollara mənzil aldığı faktlarla ortaya qoyuldu və sonradan Məmmədyarovun özü də bunu inkar etmədi. XİN-də aparılan araşdırmalar isə hər şeyin nazirin bilgisi, razılığı və iştirakı ilə baş verdiyini təsdiqlədi. Lakin Məmmədyarov da hazırda digər həmkarları kimi, öz kefindədir.
Əvəzində, nazirliyin bir neçə yüksək rütbəli təmsilçisinə cinayət işi açıldı. Ancaq maraqlıdır ki, məhkəmə bu şəxslərə yalnız şərti iş kəsməklə və vurulmuş bir neçə milyonluq ziyanı ödətməklə kifayətləndi...
Sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudov.
Azərbaycanın ən yeni tarixində bəlkə də “MTN işi” qədər səs-küylü, böyük rezonans doğuran, saysız-hesabsız ağır cinayətlərin, qətl və işgəncələrin, üst-üstə yüz milyonlarla ölçülən rüşvət, reketlik və s. kimi əməllərin yer aldığı və dövlətin adına, nüfuzuna xələl gətirən ikinci iş olmayıb.
Ancaq buna baxmayaraq, bu rüsvayçılığın qarşısında böyük cinayətkar dəstənin başında duran nazir Eldar Mahmudov azadlıqdadır və özünün Bakıdakı saysız-hesabsız malikanələrinin birində kef-damaq içərisində yaşayır.
Ancaq bu işin gətirdiyimiz digər nümunələrdən fərqi ondadır ki, burada məsuliyyətə cəlb olunanlardan kimisə “qurbanlıq” adlandırmağa insanın dili dönmür. Çünki bu işdəki adi əməliyyatçıdan generala qədər hər kəs qurbandan daha çox yırtıcı canavar obrazına uyğun gəlir. Məsələn,
Akif Çovdarova
necə “qurbanlıq” demək olar? Adam “qurbanlıq” dərisinə sığmadığını sübuta yetirdi - qısa müddətdə həbsdən çıxdı və bu gün də iddialı şəkildə bəraət, hətta üzərinə həbs qoyulan milyonluq əmlaklarının geri qaytarılmasını tələb edir. Və məhkəmənin onunla bağlı son qərarı da göstərir ki, bu tələbləri yerinə yetirilmək üzrədir...
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev
. DTX-nın keçirdiyi məlum əməliyyatlar zamanı ard-arda həbs olunan icra başçılarının hamısı
Ramiz Mehdiyevin “komandası”nın nümayəndələri
hesab olunurdu. Mehdiyevin dövründə başçıların hansı prinsiplər əsasında işlədikləri, onların kimin əmrlərinə tabe olduqları, rayonlardan yığdıqları milyonların hara çatdığı, necə bölüşdürüldüyü barədə istər mətbuatda, istərsə də cəmiyyətdə dolğun və real təsəvvür mövcuddur. Buna baxmayaraq, başçılardan kiminsə Mehdiyevin adını çəkdiyinə dair rəsmi məlumat yoxdur...
Nəticədə, Mehdiyev azadlıqda və AMEA rəhbərliyindədir.
Onun “qurbanlıq”larına gəlincə, onların arasında hazırda həbsdə olanlarla yanaşı, hətta həbsxanada həyatını itirənlər də var. Mehdiyev isə sağ-salamat, vəzifə başında, parıltılı, hökumət nömrəli maşınında gəzir və əvvəlki lüks həyatını davam etdirir...
İş o yerə çatıb ki, bəzi hallarda özləri “qurbanlıq” statusunda olanlar belə öz ətrafında “qurbanlıq” saxlayır. Məsələn,
Abşeronun hazırkı icra başçısı İradə Gülməmmədova
. Bu xanım başçının da “kontorunda” keçirilən əməliyyat zamanı danılmaz korrupsiya və rüşvət cinayətlərinə aid sübutlar üzə çıxarıldı. Lakin Gülməmmədova hansı yollasa bu “yaş” işdən “quru” çıxdı. Əvəzində rayonun
baş memarı Akif Əliyev
“qurbanlıq” verildi. İndi A.Əliyev 10 il 6 aylıq cəzasını çəkməkdə, İ.Gülməmmədova isə əvvəlki postunda və əvvəlki əməllərini davam etdirməkdədir...
Əlbəttə ki, bu siyahını uzatdıqca uzatmaq olar. Ancaq burada maraqlı olan həm də “qurbanlıq”ların fərqli taleyi, fərqli cəzalar almasıdır. Belə görünür ki, “qurbanlıq”ların yaşadığı aqibətin ağırlıq dərəcəsi onların hər birinin azadlıqda qalan sabiq şefinin çəkisindən, hələ də hakimiyyət daxilində mövcud olan əlaqələrindən və bir də həmin şefin şəxsi mənəvi keyfiyyətlərindən, öz “qurbanlıq”larına mərhəmətindən, sədaqətindən, daha dərinə getsək, kişiliyindən asılıdır.
Bu sarıdan məsələn, Vüqar Səfərlinin bəxti qətiyyən digərləri qədər gətirməyib...
Maraqlıdır, bəs, bu “qurbanlıq” oyunu nə vaxta qədər davam edəcək və bundan sonra da oxşar
işlərin şahidi olacağıqmı?
İlk baxışdan hakimiyyətdə aparıldığı elan olunan yeni kadr siyasəti, gəncləşdirmə, şəffaflıq və s. yuxarıda gətirilən nümunələrin təkrarlanmasını istisna etməlidir. Lakin təəssüf ki, hələlik bunu istisna etmək mümkün deyil, hətta bəlkə də sadəlövhlükdür. Məsələn,
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Mədəniyyət Nazirliyi
də daxil olmaqla əksər nazirliklər, komitələr, eləcə də rayon icra hakimiyyətləri və digər icra orqanları tender korrupsiyasını özündə əks etdirən və buna dair ciddi şübhələrə yol açan fəaliyyətləri davam etdirirlər.
Bu qurumlarda baş verənlər göstərir ki, bəzi yeni “gənc və Avropa təhsilli” kadrlar da bir çox cəhətlərinə görə öz sələflərindən ciddi şəkildə fərqlənmirlər və onların özləri də bir növ “qarmaqdan asılı” vəziyyətdədirlər.
Bu isə o deməkdir ki, belə davam etsə, növbəti korrupsiya ilə mübarizə dalğalarının birində onların da üzərini “qara buludlar” ala bilər və deməli, əgər sələfləri kimi “kəfəni yırta” bilsələr, onların da özlərinə aid “qurbanlıq”ları, yaxud “palanlar”ı olacaq...
Oxşar Xəbərlər
Bakı Şəhər İcra Hakimiyyətinin sabiq Aparat rəhbərinə hökm oxunub
Rasim Quliyevin məhkəməsində şahid: “
Ramiz Mehdiyev və Hacıbala Abutalıbovun məhkəmədə dindirilməsi istənilib
"ABUTALIBOVUN SƏRƏNCAMI MƏNDƏN QABAQ OLUB " - Sabiq Aparat rəhbəri məhkəməsi
Xəbər lenti
Azərbaycanlı və erməni "qanuni oğru"lar saxlanıldı
Prezident:
“Odur ki, yenidən borc götürməyə başladıq”
Bu kəndlər qazsız qalacaq
Müğənnilərin fantastik toy qiyməti - Yarım saatı…
Prezidentdən ŞAD XƏBƏR -
Tezliklə.....
Ölkədə doğulanların sayı azalıb, ölənlər isə artıb - RƏSMİ RƏQƏMLƏR
Prezident Sammit iştirakçılarına müraciət ünvanladı
Kərim Vəliyev təltif edildi
Prezident:
Azərbaycanda işsizlik aşağı həddə saxlanılır
Avro və rubl ucuzlaşdı, dollar isə... –
YENİ MƏZƏNNƏ
SON DƏQİQƏ!
Prezident onları TƏLTİF ETDİ
65 yaşı tamam olan həkimlərə şad xəbər
Qadınların pensiya yaşı ilə bağlı SON XƏBƏR:
İyulun 1-dən etibarən ...
"Arvadım telefona gec cavab verdi deyə onu döydüm"
Bu ərazilərdə qaz olmayacaq
Kürdəmirdə qəza: xəsarət alanlar var
Rusiya və İran arasında böyük RAZILAŞMA:
2 aydan sonra BAŞLAYIR
Rəvan Qarayev:
“Həyat yoldaşım buna icazə vermir”
Bu məhsullar vergidən azad olundu
G7 liderlərindən Ukraynaya böyük dəstək:
Rusiyaya qarşı sərt sanksiyalar gəlir
Magistratura imtahanlarında ölkə birincisi məlum oldu
Toydan əvvəl bu sənədi imzalayanlar sonradan məhkəmə yollarında qalmır
Bu sürücülər kəmər taxmaya bilər
Əməkdar artist canlı yayımda ölüm xəbəri aldı
Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib
-Fotolar
Nazirlər Kabinetindən aqrar sektorla bağlı QƏRAR
Əli Əsədov bu qərarı TƏSDİQLƏDİ
Prezident Administrasiyasında Asim Mollazadə ilə görüş keçirildi
Sələmə pul verən qadını öldürən qazi imiş... -
Qumarda 50 min manat uduzub
Leyla Əliyeva Almaniyada UNFCCC-in icraçı katibi ilə görüşdü
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
Moskva ətrafında təxminən 60 PUA zərərsizləşdirilib
Məhərrəm ayı başladı
İrandan sonra növbəti hədəfini açıqladı
Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına
- Müraciət ünvanladı
Sumqayıtda iş adamınıa qarşı 600 min manatlıq şantaj əməliyyatı...
- Təfərrüat
AÇIQLAMA – Tarix də açıqlandı
“İranla saziş əldə edildi, hamını təbrik edirəm!”
Koçaryanın saxlanılma anı sosial şəbəkədə yayıldı
-VİDEO+FOTO
Milli Qurtuluşdan tarixi zəfərə
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
Zəngəzurda yeni savaş: Rus ordusu məşhur kəndə girişi bağlayıb
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
1 həftə sonra məzun olacaqdı...
-Foto
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
Trampın İran siyasətinə etirazlar artır
SOSİAL
1
2
3
4
5
6
Bu kəndlər qazsız qalacaq
Müğənnilərin fantastik toy qiyməti - Yarım saatı…
Qadınların pensiya yaşı ilə bağlı SON XƏBƏR:
İyulun 1-dən etibarən ...
Bu ərazilərdə qaz olmayacaq
Rəvan Qarayev:
“Həyat yoldaşım buna icazə vermir”
Toydan əvvəl bu sənədi imzalayanlar sonradan məhkəmə yollarında qalmır