Məhəmmədəli Qəribli:”Jurnalisti tədbirə yalnız şəkil çəkdirib, paylaşmaq üçün çağırmırlar”

Ötən gün Medianın İnkişafı Agentliyinin təşəbbüsü ilə hazırlanan və ölkəmizdə ilk milli sayğac platforması sayılan “Metrix.az” layihəsinin təqdimat mərasimi olub. 
Əslində çox maraqlı layihədir, ancaq tədbirə dəvət olunan jurnalistlərdən kiminsə həmin təqdimatdan geniş reportaj yazıb paylaşdığını görmədim. Dəyərli həmkarlar, bilin ki, jurnalisti tədbirə yalnız şəkil çəkdirib, paylaşmaq üçün çağırmırlar. 
Sozcu.info xəbər verir ki, bu sözləri tanınmış jurnalist Məhəmmədəli Qəribli söyləyib.
Jurnalist haqlı olaraq irad bildirir ki, texnologiyaların inkişafı imkan verir ki, əlinizdəki telefonla elə tədbirdə ola-ola layihə barədə yaxşı reportaj və ya maarifləndirmə  xarakterli kiçik yazı paylaşasınız. 
Bu köpoyoğlunun müasir  telefonunun  yalnız foto çəkmək deyil, həm də yazmaq funksiyası var axı! Çəkdirdiyiniz şəkilə qonaq olduğunuz layihənin mahiyyəti ilə  bağlı qısa mətn əlavə etsəydiniz,  daha maraqlı alınardı. Xahiş edirəm, gələn dəfə mütləq nəzərə alın!
Sozcu.info


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}