“Qlobal dünya nizamına Azərbaycan baxışı”

Dünya dövlətləri son bir neçə ildə sanki illərdən bəri davam edən daimi yüksəlişin qürub çağını yaşayır. Varlığını və dayanıqlığını sınayırmış kimi çox ciddi iqtisadi, siyasi, qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması, enerji təhlükəsizliyi, həssas bölgələrdə sülh, ədalətsizliklər, yoxsulluq kimi ciddi nəzarət olunmalı, həlli yolları təcili tapılmalı və bu yolda bütün dünyanın mühüm rol oynamalı olduğu problemlərlə üzləşir. Məhz bu səbəbdəndir ki, son dövrlər ölkələrin gündəmini dünyanın gələcəyini maraqlandıran, təxirəsalınmaz addımların atılmalı olduğu mövzular əhatə edir. Problemlərin yaranma səbəbləri araşdırılarkən kompleks yanaşma vacibdir. Ümumiyyətlə cəmiyyətin sosial-iqtisadi sabitliyinin pozulması, onunla mübarizə yollarının axtarılması, nəticələri və gələcəyə dair baxışların müəyyənləşdirilməsi, həmçinin dünya iqtisadi böhranının dünya ölkələrinin qeyri - bərabər inkişafına təsir istiqamətlərinin araşdırılması və eyni zamanda Azərbaycan Respublikasına təsiri, ölkəmizdə ona qarşı aparılan tədbirlər bizi dünyanın diqqətində saxlayır və siyasi gücümüzü isbat edir. Belə ki, müasir iqtisadiyyatın ən əhəmiyyətli xüsusiyyəti qloballaşma prosesidir. Sırf bu qloballaşma prosesi və problemlərinə Azərbaycanın, Prezidentimiz İlham Əliyevin öz baxışı, əməyi və siyasi cəhdləri var. İyunun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun işə başlaması, qlobal problemlərin həlli yollarını araşdırmaqda və bu barədə dünya ictimaiyyətini məlumatlandırmaqda mühüm addımlardan biridir. Məhz bunun nəticəsidir ki, Azərbaycana, Prezidentimiz İlham Əliyevin siyasətinə maraq ildən-ilə artmaqdadır. Dövlətimizin dünya əhəmiyyətli problemlərin qarşısındakı gücünün  mənbəyi, səbəbi Azərbaycanın əvəzsiz siyasətçisi, dahisi, dövründə və sonrakı gələcək tarixdə siyasi aktuallığını qoruyan Ümummilli liderimiz Heydər Əliyevin təməlini qoyduğu siyasi miras və bu siyasətin, dəyərli irsin layiqincə davam etdirilməsidir.

Dərin və gələcəkyönümlü siyasətimizin formlar vasitəsi ilə dünya ictimaiyyətinə təqdim olunması, yaxın keçmişdən bu gunə, bu gündən isə gələcəyə çatdırmanın və dünya qloballaşmasında, həmçinin qarşısında duran təhdidlərin həlli yollarının tapılmasında Azərbaycanın baxış bucağını müəyyən edir və tarixə yazır. Bir çox problemlərin sadalandığı, haqqında danışıldığı IX Qlobal Bakı Forumu “Ukrayna müharibəsi, müqavimət, qaçqınlar və yenidənqurma”, “Qlobal təhlükəsizlik strukuruna və sülh perspektivlərinə təkrar baxış”, “Yaxın Şərq, ərəb və müsəlman dünyasında sülh, sabitlik və inkişaf axtarışında”, “Qloballaşma və artan bərabərsizliklər”, “XXI əsrdə insan hüquqları, demokratiya və yeni çağırışlar”, “Yoxsulluq, aclıq, ərzaq və kənd təsərrüfatı sektorunun dəyişməsi” və “Gənclər danışsın, biz dinləyək” və s. mövzularında panellərin keçirilməsini də nəzərdə tutmuşdur. Ümumilikdə 53 ölkədən 400-ə qədər nümayəndə, o cümlədən dövlət və hökumət başçıları, sabiq dövlət və hökumət başçıları, gənc liderlər iştirak etdiyi formda Dövlətimizin başçısının söylədiyi nitq xüsusi ilə  mühüm əhəmiyyətə malik olmuşdur. Preizdent İlham Əliyevin müzakirələr və fikir mübadiləsinin qlobal gündəlikdə əsas yer alan məsələlərin həllində yeni yanaşmaların işlənib hazırlanmasına kömək edəcəyini vurğulaması, öz fəaliyyəti ərzində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qlobal məsələləri müzakirə edən və geniş beynəlxalq birliyi öz sıralarına qata bilən aparıcı beynəlxalq institutlardan birinə çevrilməsindən danışmışdır. Bu platformaya ehtiyacın olduğundan, müzakirələrin faydasını nümayiş etdirməyin vacibliyindən və çox mühüm praktiki təsirlərdən danışan Preizdent İlham Əliyev təhlükəsizlik məsələləri beynəlxalq arenada, beynəlxalq gündəlikdə duran əsas məsələlərdən birinə çevrilməsindən danışarkən eyni zamanda, Avropadakı cari vəziyyət barədə açıq müzakirələrin aparılmasının labüd olmasını qeyd etmişdir. Müxtəlif tərəflərin fikirlərini toplayan inklüziv bir Forum olan Qlobal Bakı Forumu dünyanı daha da təhlükəsiz etmək üçün dövlətləri bir-birinə daha yaxın edir və işbirliyinin faydasını artırır.
Ölkəmizin təhlükəsizliyi ilə bağlı məsələlərin üzərində çalışmasından və Qarabağ münaqişəsinin həllinin regionda təhlükəsizlik və sülh üçün bir fürsət olmasınından danışan ölkə Prezidenti işğaldan azad edilmiş ərazilərin vəziyyətinin, erməni işğalından sonra hansı dağıntıların qaldığının dünya ictimaiyyətinin nəzərində olmasının gələcək qərarlarda rolunun olacağından və Azərbaycanın dünyadakı vəziyyətlə əlaqəli durmadan siyasi fəaliyyətdə olmasından danışmışdır. “Biz 30 il itirdik və erməni işğalı olmasa idi, düşünürəm ki, Cənubi Qafqaz bu gün daha müasir, dinamik və daha geniş iqtisadi potensiala malik region ola bilərdi” - deyən İlham Əliyev daha sonra Qarabağla bağlı, Azərbaycanın, Avropanın və dünyanın gələcəyi ilə bağlı ciddi səylər göstərdiyindən, aparılan müzakirələrdən danışmaqla Azərbaycan siyasəti və ictimaiyyətinin diqqətini hər kəsə bir daha göstərmiş oldu.

Qlobal dünya nizamında təhdidlərin aradan qaldırılması, gündəlikdə duran digər məsəsələrlə bağlı yekun nəticəyə gəlmək və dünyamızı daha sağlam gələcəyə çıxarmaq üçün bu cür toplantıların əhəmiyyətini vurğulayan, müzakirələrin nəticəsiz qalmayacağından, tarixə və dövlətlərə faydasının olacağından əminliyini bildirən Prezident İlham Əliyev bir daha sübüt etdi ki, O, böyük Liderdir, xalqını və dünyamızı düşünən, bunun üçün yorulmadan çalışan, ağıllı və uzaqgörən siyasətçidir.
Suraxanı rayon Heydər ƏliyevMərkəzinin direktor səlahiyyətlərini icra edən Firəngiz Məlikbəyli



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}