YENİ SAZİŞ GÖZLƏNİLİR

“İmzalanan Memorandum gələcək əməkdaşlığımızın yol xəritəsidir”.
                     İlham Əliyev

Rusiya-Ukrayna müharibəsi fonunda kəskinləşən iqtisadi böhran özünü enerji qıtlığında daha da qabarıq göstərir. Ölkə və qurumların Rusiyaya tətbiq etdikləriiqtisadi sanksiyalar bu ölkələrin özlərini yeni enerji tərəfdaşları axtarmağa, mövcud olanları isə daha da güvənli hala gətirməyə məcbur edir.
Belə qarışıq bir dövrdə Cənubi Qafqaz regionunda balanslaşdırılmış siyasət yürüdən Azərbaycan beynəlxalqhüquq və normalara əsaslanaraq müxtəlif dövlət və təşkilatlarla bərabər hüquqlu və qarşılıqlı hörmətə əsaslanan əlaqələrə üstünlük verir. Onlardan biri də Avropa İttifaqıdır.
Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycanın beynəlxalq miqyasda Avropa İttifaqına üzv dövlətlərlə siyasi və iqtisadi münasibətləri inkişaf etdirməsivacib məsələlərdən biridir. Bu gün 1993-cü ildə Avropa İttifaqı ilə əsası qoyulmuş diplomatik münasibətlər yüksələn xətt ilə inkişaf edir.

1996-cı ildə Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış “Tərəfdaşlıq və əməkdaşlıq” sazişi çərçivəsində Avropa İttifaqı Azərbaycanda bazar münasibətlərinin inkişaf etdirilməsi məqsədilə bir sıra struktur islahatlarının aparılmasına, özəlləşmə proqramına, infrastruktur layihələrinin gerçəkləşməsinə maddi və texniki yardımlar nəzərdə tutmuş və İttifaqtərəfindən ölkəmizə o vaxtlar 100 milyondan çox vəsait ayrılmışdır…

Bu il iyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenlə birlikdə mətbuata bəyanatla çıxış etmişdir. Dövlətimizin başçısı İlham Əliyev öz bəyanatında Azərbaycanın enerji sahəsində Avropa Komissiyası ilə on beş ildən artıq əməkdaşlıq etdiyini2006-cı ildə Avropa İttifaqı ilə Azərbaycan arasında Anlaşma Memorandumunun və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamə imzalandığını xatırladaraq qeyd etmişdir ki, Azərbaycanın başlatdığı və Avropa İttifaqının dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişdirirNeft hasilatı, ardınca qaz hasilatı böyük layihələrə yol açmış, Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəməriçəkilmişdir3500 km uzunluğu olan Cənub Qaz Dəhlizi boru kəməri sistemlərini inteqrasiya etmiş və bununla Azərbaycanın təbii qazı Avropa qitəsinə çatdırılır.

Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq əlaqələrinin mövcudluğu Avropa ölkələrinin ölkəmizə etibarını, güvənini artırır. Azərbaycanın yüksək bərpaolunan enerji mənbələrinə verilən dəstək nəticəsində ixrac üçün daha çox qaz ehtiyatı təmin olunacaq.
Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasına münasibətini bildirən dövlət başçımız İmzalanan Memorandum gələcək əməkdaşlığımızın yol xəritəsidir” – deyərək Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş üzərində iş aparıldığını və yaxın bir ayda hazırlıq işlərinin başa çatacağını qeyd etmiş, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyinin olduğunu vurğulamışdır. Güllü Yoloğlu 

tarix elmləri doktoru



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}