25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Bu hadisə əminlik yaradır ki, 9 noyabrda imzalanmış, 10 noyabr 2020-ci ildə qüvvəyə minmiş razılaşmanın bir sıra prinsipləri də həllini tapacaq. Yəni, əminlikdən irəli gələn bir şəkildə gözlənilir ki, qarşıdakı aylarda Naxçıvanın 1, Qazaxın işğalda qalan 7 kəndi də azad ediləcək. Zamanla vətəndaşlarımız Xankəndi və digər tarixi torpaqlarımıza qayıdacaqlar.
Göründüyü kimi, ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunun prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi beynəlxalq qüvvələr nisbətini Azərbaycanın xeyrinə dəyişir. Ermənistanın başlıca havadarının beynəlxalq nəzarətə ehtiyacı olduğu bir zamanda bütün məsələlər Ermənistanda məyusluq hissi ilə dilə gətirilir. Azərbaycanın hazırkı iqtisadi durumunun uzun müddətli hərbi əməliyyatların aparılmasına təminat verməsi, ordunun bütün zəruri təminatının həyata keçirilməsi, qardaş Türkiyə dövlətinin dünyada nüfuzunun artması, Rusiya-Türkiyə iqtisadi, siyasi əlaqələrinin dərinləşməsi Azərbaycanın ədalətli mübarizəsində imkanlar yaradır.
Digər tərəfdən, bu əlamətdar hadisə - Avqustun 26-da Azərbaycan ordusunun Laçın şəhərinə yerləşməsi, Zabux və Sus kəndlərinin işğaldan azad olunması erməni cəmiyyətində sülhün qaçılmaz olduğunu, onların havadarlarına isə suni şəkildə yaratdıqları Qarabağ münaqişəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yüksək siyasi qətiyyət nümayiş etdirdiyini bir daha sezdirdi. Başlıcası erməni cəmiyyətində şüurlarda özünə yer edən bir informasiya da önəmli oldu.Yəni düşünməmiş deyillər-Azərbaycan ordusu Laçın şəhərinə yerləşdisə,eyni vəziyyət bir gün Xankəndi üçün də aktualdır.Siyasi rəhbərlik isə Azərbaycan xalqının öz ordusuna inamını, bir tarixi xalq kimi azərbaycanlıların prezidentlərinə inandıqlarını və İlham Əliyevin ətrafında sıx birləşdiklərini müəyyənləşdirməklə siyasi dilemma qarşısında qaldılar.
Eyni zamanda,Azərbaycanın yeridilən xarici siyasətinin təqdirə layiq olduğunu, 100 illər boyu ermənilərin toplamış olduğu süni ideoloji inhisarın puça məhkumluğunu, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə əbədi təminat olaraq, İlham Əliyevin qarat durduğunu, hər hansı güzəştdən söhbət belə gedə bilməyəcəyini də qətiləşdirdilər.
Eləcə də, bir zamanlar Azərbaycanı xaosa, anarxiyaya sürükləməklə Qarabağ probleminin həllinin ləngidilməsini istəyən xarici dairələr artıq siyasi "konseptin" Azərbaycan cəmiyyətində keçərsiz olduğunu bildiklərindən, Laçının ona bitişik Zabux və Sus kəndlərinin azad olunmasını eşidər-eşitməz bu dəfə "insan haqlarından", "demokratiya"dan deyil, ATƏT-in Minsk qrupuna yeni həmsədr təyin edilməsindən danışdılar.
Bununla ABŞ-ın beynəlxalq münaqişələrin həllində münsif rolunu üzərinə götürmək istəyərkən heç də həmişə ədalətli olmadığını bir daha isbatlamış oldular.
FUAD İSGƏNDƏROV