"Müəllimin əmək haqqı millət vəkilinin maaşından az olmamalıdır" - XAQANİ CƏFƏRLİ


"Nə qədər ki, "Qarabağ"ın Avropa Liqasındakı taleyi bizi BDU-nun dünya universitetlərinin reytinq cədvəlindəki yerindən daha çox narahat edəcəksə, ikinci əl alman avtomobilinin xəyalı ilə yaşayan toplum olaraq qalacağıq"

"Bəşəriyyət elə bir mərhələyə qədəm qoyub ki, bu mərhələdə bilik və ondan istifadə etmək bacarığı təbii ehtiyatlardan müqayisə olunmayacaq dərəcədə əhəmiyyətli hala gəlib. Əgər bunu başa düşməsək və dövlətin strategiyasını dəyişməsək, inkişaf etmiş toplumlardan həmişə geri qalacağıq". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli bildirib.

Politoloq hesab edir ki, bu aqibəti yalnız təhsili inkişaf etdirməklə və onu əsas sosial liftə çevirmək strategiyasını tətbiq etməklə nail olmaq olar: "Çağdaş toplum quruculuğu yüksək səviyyəli universitetlərin mövcudluğu ilə birbaşa bağlıdır. Yüksək səviyyəli universitetlər olmadan çağdaş cəmiyyət qurmaq mümkün deyil. Yüksək səviyyəli universitetlərə nail olmaq üçün müəllim ən yüksək maaş alan peşələrdən biri olmalıdır. Bir universitet müəlliminin əmək haqqı millət vəkilinin maaşından az olmamalıdır. Orta məktəb müəlliminin əmək haqqı isə millət vəkilinin maaaşının 80 faizindən az olmamalıdır. Ancaq nə qədər ki, "Qarabağ"ın Avropa Liqasındakı taleyi bizi Bakı Dövlət Universitetinin (BDU) dünya universitetlərinin reytinq cədvəlindəki yerindən daha çox narahat edəcəksə Qazaxıstandan geri qalan, ikinci əl alman avtomobilinin xəyalı ilə yaşayan toplum olaraq qalacağıq".

Hurriyyet.az



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}