Rəsmi İrəvan dünyada hərbi cinayətkar və terrorçu ölkəkimi tanıdılmalıdır

Ermənistan dövlətinin beynəlxalq hüququn əsas norma və prinsiplərinin, Azərbaycan, Ermənistan və Rusiya dövlətləri arasında imzalanmış üçtərəfli bəyanatlarımüddəalarının, eyni zamanda dövlətlər arasında əldə olunmuş digər razılaşmaların həyata keçirilməsiistiqamətindəki dekonstruktiv fəaliyyəti kəskin şəkildə davam edir.
Sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələri ölkəmizin Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində genişmiqyaslı təxribatlar törətmişdir. Ermənistan silahlı qüvvələrinin diversiya qrupları gecə saatlarında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib. Bu təxribatın qarşısının alınması istiqamətində bölmələrimiz tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş vermiş və dafiə Nazirliyinin son rəsmi məlumatına görə bu adekvat cavab tədbirləri zamanı Azərbaycan Silahlı Qüvvələrinin 71 üzvü həlak olmuşdurErmənistan dövlətinin təxribatlara cəlb olunmuş canlı qüvvələri arasında və döyüş texnikasında itkiləri vardır və bu itkilərə görə qarşı tərəfin hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır.
Bu ilin sentyabrında Ermənistanın həyata keçirdiyi təxribat 2020-ci ilin iyul ayının 12-də Ermənistan-Azərbaycan sərhədində baş vermiş Tovuz döyüşlərini xatırladır.Ermənistan silahlı qüvvələri Azərbaycan Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən mövqelərini artilleriya qurğularından atəşə tutmuş, Azərbaycan Silahlı Qüvvələri qarşı tərəfə adekvat cavab vermişdirHəmin hadisələr sentyabrın 27-də Azərbaycanın əks-həmlə əməliyyatı ilə 44 gün davam etmiş və 8 noyabr Şuşanın azad olunması, 10 noyabr üçtərəfli bəyanatın imzalanması nəticəsindəAzərbaycanın qələbəsi iə başa çatmışdır.
Ümumiyyətlə, son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın, Gədəbəy, Daşkəsən və Kəlbəcər rayonları istiqamətində təxribatları, Azərbaycan Ordusunun həmin rayonların ərazisindəki mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması halları intensiv və sistemli xarakter daşıyırdı. Eyni zamanda, Ermənistan tərəfindən Azərbaycan sərhədləri boyunca hücum təyinatlı silahları, ağır artilleriya vasitələrini və şəxsi heyəti cəmləşdirməsi müşahidə olunmaqda idi. Bütün bu faktlar Ermənistanın genişmiqyaslı hərbi təxribata hazırlaşmasını sübut edir.
Ermənistanın bu kimi əməlləri, həmçinin Azərbaycanın işğaldan azad edilmiş sərhədyanı rayonlarda həyata keçirdiyi irimiqyaslı mülki infrastruktur layihələrinin icrasını ləngitmək və Azərbaycan sərhədləri yaxınlığında gərginlik mühitini saxlamaq məqsədini güdür. Bütün bunlar qarşı tərəfin cinayətkar və terrorçu fəaliyyətini açıq aydın əks etdirir və beynəlxalq arenada Ermənistanın bu fəaliyyəti ilə bağlı sanksiyalar həyata keçirilməlidir.
Şəhid olan hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılarımıza Allahdan şəfa diləyirik.

Könül Məmmədli

Suraxanı rayon Gənclər və İdman İdarəsi yanında fəaliyyət göstərən könüllülərdən ibarət qrupun rəhbəri



Oxşar Xəbərlər

Xəbər lenti