Torpaq, uğrunda ölən varsa vətəndir

27 sentyabr Azərbaycan xalqının tarixində çox önəmli bir yer tutur. Belə ki Arbaycan xalqı bu günüşəhidlərimizin anım günü–milli qürur günü kimi qeyd edir.44 günlük Vətən müharisi zamanı igid əsgər vəzabitlərimiz ölkəmizin ərazi bütovlüyü və suverenliyi uğrunda canlarından keçərək, 28 ildən çox düşmən tapdağı altında qalan torpaqlarımızın işğaldan azad edilməsində qəhrəmancasına Şəhid oldular. Üçrəngli bayrağımızla məsud yaşamağımız üçün əsgər və zabitlərimiz səndən ötrü can verməyə cümlə hazırız”, səndən ötrü qan tökməyə cümlə qadiriz” deyək öz canlarını Vətən uğrunda fəda etdilər.
Azərbaycan ordusu əlverişli strateji yüksəkliklərin və mövqelərin düşmən tərəfində olmasına baxmayaraq duşmənin minalanmış müdafiə-istehkam xətlərini canı və qanı bahasına yararaq ərazilərimizi işğaldan azad etdi.Əsgər və zabitlərimiz 44 günlük vətən müharibəsi zamanı hər gün böyük zəfərə doğru addımlayır, kəndlərimiz və şəhərlərimizi işğaldan azad edirdilər. Çətin tapşırıq olmasına baxmayaraq, ordumuzun əsas hədəfi Şuşaşəhərinin erməni işğalından azad edilməsi idi. Müzzəffər Ali baş Komandan İlham Əliyevin də dediyi kimi Şuşasız işimiz yarimcıq qala bilərdiŞuşanın böyük strateji əhəmiyyəti var idi. Şuşa şəhəri mühasirədə olarkən, erməni məmurları deyirdilər ki, “kim Şuşaya nəzarət edirsə, bütün Dağlıq Qarabağa da nəzarət edir”. Şuşanın işğaldan azad edilməsi müharibənin taleyini həll etdi. Şuşa azad edildikdən sonra ermənistan ordusu cəmi bir gün döyüşə bildi və təslim oldu. Ermənistan kapitulyasia aktına imza atdı Çünki Ermənistanın başqa şansı yox idi. Ermənistan Şuşanı itirməklə müharibəni uduzduğunu başa düşdü.

Bugün Şəhidlərimizin qanı və canı hesabınŞuşada və işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli bayrağımız qürurla dalğalanır və əbədi dalğalanacaq. Ordumuzun sayəsində itirilmiş qürurumuzu və ləyaqətimizi geri qaytardıq. Azərbaycan ordusu bugün də düşmənin təxribatlarının qarşısını layiqincə alır və alacaq. Azəbaycan xalqının milli həmrəyliyi 44 günlük Vətən müharibəsində şanlı qələbənin qazanılmasında xüsusi rol oynamışdır. Belə kibu müddətdə Azərbaycan xalqı güclü iradəsini, əzmini, birlik və bərabərliyini bütün dünyayagöstərmiş oldu.
Vətən müharibəsi zamanı şəhid olmuş əsgər və zabitlərimiz dövlətimiz tərəfindən müxtəlif medal və ordenlərlə təltif olunmuşdur. Onların ailələrinə və yaxınlarına daima dövlətimiz diqqət və qayğı göstərilmişdir. Şəhidlərimizin xatirəsi əbədiləşmişdir.

27 sentyabr 2022 – ci il tarixində - Anım günü ilə əlaqədar ölkə Prezidenti cənab İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Füzuli şəhərinə səfər etmişlər. Səfər çərçivəsində rayondakı yenidənqurma işləri ilə yaxından tanış olmuş, Qaraxanbəyli kəndi yaxınlığında Şəhidlərimizin xatirəsinə ucadılmış xatirə lövhəsinin açılışında iştirak etmişdir. Beynəlxalq ictimaiyyətə 44 günlük Vətən müharibəsinin gedişatı və nəticələri ilə bağlı mühüm və əsaslı mesajlar vermişdir.
Bu gün ölkəmizin qarşısında duran əsas hədəf işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq-bərpa,yenidənqurma işlərinin sürətlə davam etdirilməsi, nəqliyyat ifrastrukturunun və kommunikasiya xəttlərinin yenidən qurulmasıdır. Bütün bu kimi görülən işlər ağıllı kənd və ağıllı şəhər konsepsiyası əsasında həyata keçirilir.

Biz Azərbaycan xalqı olaraq ümid edirik ki, yaxın gələcəkdə Qarabağımız öz əvvəlki qüdrətini bərpa edəcək və insanlar orda xöşbəxt və firavan yaşayacaqlar.
Səriyyə Cəfərova
Suraxanı rayonu, 172 №-li tam orta məktəbin psixoloqu

 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}