Hakimiyyətə söyənlər indi iqtidar sevdalısı olublar... – ELDAR SABİROĞLU YAZIR


Dosta necə inanasan, çoxluğun içərisindən onu necə seçə biləsən ki, sonradan peşimançılıq çəkməyəsən?! Problemli məsələdir və etiraf edim ki, bu işdə mənim bəxtim gətirmədi. Dosta qarşı qətiyyən xəyanət etmədim. Lakin dost kimi qəbul etdiyim bəzi insanlardan nəinki dözüləsi pisliklər gördüm, əksinə, elə satqınçılıqlar etdilər ki, onları sözlə ifadə etməyə tərbiyə və ədəb qaydaları yol vermir.

Halal haqqımı müdafiə etməkləri bir yana qalsın, hətta qorxudan Allahın salamını belə kəsərək gedib yuxarılara uydurma, yalan məlumatlar çatdıranların sırasında dayandılar.

Artıq 66 yaşım bu gün-sabah tamam olur. Bundan sonra dost axtarışının dalınca yürüməyin mənası yoxdur. 4 nəvə dostum var, ən balacaları Adnan və Sabirdir. Bütün günümü onlarla keçirməkdən xüsusi zövq alıram. Nəhayət, əhəmiyyət və dəyərini qoruya bilməyən dost anlayışı yerini düşmən anlayışı ilə dəyişik salmaq üzrədir. Keşkə yanılmış olaydım.

Elə dostlar da oldu ki, zamanında etdiyi yaxşılıqları başıma qaxınc kimi taxaraq xeyirdə-şərdə camaata haqqımda “satqın” olduğum barədə boşboğazlıq edirdilər.  Yerin də qulağı var, dostlarım...

Hakimiyyətə söyənlər indi dönüb olublar iqtidar sevdalısı!!! Allah bu sevdanızı sonuna qədər qorusun!!! Axı o söyüşlərin, o təhqirlərin səsi bu günün özündə qulaqlarımda cingildəyir... Bunları mən yox, sizlər etmisiniz!!!

Eldar SABİROĞLU



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}