"Artıq İrana qarşı koalisiyanın yaradılmasına start verilib" - XAQANİ CƏFƏRLİ


NATO-nun İrana qarşı koalisiyada yer alması üçün ABŞ-ın bu prosesə qoşulması lazımdır"

"ABŞ-da rəsmi səfərdə olan İsrail prezidenti İsxak Hersoq Ağ Evdə prezident Co Baydenlə görüşü zamanı bəyan edib ki, "İran bütün azad dünya üçün ən ciddi təhlükədir. Onun qarşısını biz birlikdə almalıyıq". İsrail prezidenti İsxak Hersoqun bu bəyanatının açması bundan ibarətdir ki, İsrail İrana qarşı ABŞ-ın öncüllük edəcəyi koalisiyanın qurulmasını təklif edir". Hurriyyet.az xəbər verir ki, bu fikirlər politoloq Xaqani Cəfərliyə məxsusdur.

Politoloq qeyd edib ki, artıq İrana qarşı koalisiyanın yaradılmasına start verilib: "NATO-nun İrana qarşı koalisiyada yer alması üçün ABŞ-ın bu prosesə qoşulması lazımdır. Digər tərəfdən, bu proses beynəlxalq hüquq çərçivəsində olmalıdır. Buna görə də İsrail prezidenti İsxak Hersoq İranın Ukraynaya qarşı təcavüzdə iştirakını təsdiq edən sübutları ABŞ preizdentinə verib. İsrail bu məlumatları Ukraynaya da verib. Bu sübutlar İranın BMT Təhlükəsizlik Şurasının sanksiyalarını pozduğunu təsdiq edir. Sanksiyaları pozması isə İrana qarşı hərbi əməliyyatlar üçün hüquqi əsasdır. İsrail prezidenti İsxak Hersoq Co Baydenin diqqətinə çatdırıb ki, oktyabrın 26-ı "hicabı səhv geyindiyi" üçün İran polisi tərəfindən öldürülən Məhsa Əmininin ölümünün 40-cı günüdür. İsrail prezidenti deyib ki, Məhsa Əminiyə qarşı baş verən sui-qəsd İran rejiminin cinayətkar mahiyyətinin növbəti sübutudur".

Xaqani Cəfərlinin sözlərinə görə, ABŞ prezidenti Co Bayden bildirib ki, İsrail olmasaydı, onu icad etmək lazım olardı: "İsrailə Ukrayna arasında da artıq əməkdaşlıq başlayıb. Bu isə İrana qarşı geniş koalisiyanın yaranacağı ehtimalını kəskin artırır. Belə bir fikir də var ki, İranın zərərsizləşdirilməsi Rusiya üçün Ukraynadakı hərbi məğlubiyyətdən daha böyük təsirə səbəb olacaq".

Hurriyyet.az



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}