Qarabağ münaqişəsi artıq tarixdir

Oktyabr ayının 31-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü keçirilmişdir. Bu görüşdə əsas məqsəd 2020-ci və 2021-ci ildə keçirilən bütün görüşlərin və bu görüşlər nəticəsində əldə edilmiş razılaşmaların yerinə yetirilməsi üçün zəmin yaradaraq təmin etmək idi. Əlbəttə ki, sülh müqaviləsinin bağlanması üçün Azərbaycan tərəfindən atılan addımlar kifayət edər ki, bu proses başa çatsın. Lakin, Ermənistan tərəfinin məntiqsiz təklifləri bu prosesin tezliklə başa çatmasına, sülh müqaviləsinin bağlanmasına maneçilik törədir.

Soçidə keçirilmiş görüşdə masa üstünə 15 bənddən ibarət sənəd qoyulmuşdu. Bu sənədin 3 bəndinə Azərbaycan tərəfindən veta qoyuldu. Bu bəndlərlə Azərbaycan heç vədə razılaşa bilməzdi.          

Möhtərəm Prezident İlham Əliyev Vladimir Putinlə ikitərəfli görüş zamanı bildirmişdi ki, Qarabağ münaqişəsi artıq tarixdir. Azərbaycan Qalib tərəfdir və hal- hazırda hələ ki, həllini tapmayan məsələlər konkretləşməlidir. Tezliklə sülh müqaviləsi bağlanmalı və sərhədlərin demarkasiyasına və delmitasiyasına başlanılmalıdır.  

Ermənistan tərəfinə gəldikdə bütün görüşlərdə şahidi oluruq ki, Nikol Paşinyanın missiyası ancaq şikayət etməkdən ibarət olmuşdur. Həmçinin, Soçi görüşündə olduğu kimi. Ermənistan həmişə bu konteksdən çıxış etmişdir. Bu da sülh müqaviləsinin bağlanması üçün qəti qərara gəlməyə onlara mane olur. Əslində Ermənistan tərəfinin belə mövqe tutması sülh prosesinin uzadılması üçün bir bəhanədir. Onlar bu reallığı dərk etmək istəmirlər ki, sülh müqaviləsinin bağlanması labüddür. Ermənistan tərəfi bunu istəsə də, istəməsə də bu hansı yolla olursa olsun baş verəcək. 

Soçi görüşündə bir məqamda özünü biruzə vermək istədi ki, ölkə başçılarının ədalət naminə biri- birini eşitmək istəkləri nə dərəcədə qənaətbəxşdir. 

Mövcud reallıqlar bunu göstərir ki, hazırda Azərbaycan və Ermənistan arasındakı münaqişəli vəziyyətin aradan qaldırılması baxımından iki yanaşma diqqət çəkir. Bunlar Rusiya və Qərb baxışıdır. Bu baxışların nəticə etibarı ilə sülh müqaviləsinin bağlanması baxımından üst-üstə düşməsi şübhə doğurur. Soçi görüşündə də bu baxış sahiblərinin siyasi gedişlərinin izləri görünürdü. 

Keçirilən bütün görüşlərdə kimlərin hansı və necə mövqe tutmasından, istəyindən asılı olmayaraq Azərbaycan Prezidentinin, Azərbaycan Diplomatiyasının siyasi xətti qəti, dönməz, ədalətli, prinsipial xarakter daşımışdır. Bu özünü Soçidəki görüşdə də, Möhtərəm Prezidentin bəyanatında da öz əksini tapdı. 

Hər bir görüşdə iştirak edən tərəflər Prezidentimizin tutduğu mövqeyi, verdiyi bəyanatlar barədə dərindən düşünməlidirlər. Birdəfəlik başa düşməlidirlər ki, Azərbaycanın mövqeyi qətidir və bu mövqedən irəli gələn reallıqlar qaçılmazdır. Ermənistan və onların havadarları bunu birdəfəlik başa düşməli, sülh prosesini uzatmaqla vaxt qazanmaq yox, öz gələcəkləri naminə vaxt itirirlər. 

 Məşkur Mirzəyev

“Suraxanı maşınqayırma zavodu” ASC-nin hüquq məsləhətçisi 

Sozcu.info                                                     



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}