"İranın nüvə obyektlərinə, hərbi bazalarına zərbə endirilməsinin şahidi olacağıq" - XAQANİ CƏFƏRLİ


Ukraynadan sonra daha bir çoğrafiyada İranın Şahed-136 dronu ilə əzələ nümayiş etdirməsi Tehrana qarşı güc tətbiqini zərurətə çevirib"

"İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenet Aviv Koxavi Pentaqon və Ağ Evdə keçirdiyi görüşlərdə İrana qarşı fəaliyyət planın hazırlanmasını sürətləndirməyə çağırıb. Aviv Koxavi Vaşinqtonda ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan, Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi Uilyam Börns, ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli ilə görüşlər keçirib. Aviv Koxavi ABŞ Mərkəzi Komandanlığının (United States Central Command) Florida ştatının Tampa şəhərindəki qərargahında general Erik Kurilla ilə görüşü isə daha işgüzar görüş hesab olunur. ABŞ Mərkəzi Komandanlığının əməliyyat sahəsi Yaxın Şərq daxil olmaqla Misirdən Əfqanistana kimi çoğrafiyanı əhatə edir". Hurriyyet.az-ın məlumatına görə, bunu politoloq Xaqani Cəfərli qeyd edib.

Politoloq bildirib ki, Vaşinqtonda keçirilən görüşlərin əsas mövzusu İranın nüvə proqramı olub: "General Aviv Koxavi sanksiyalara baxmayaraq, İranın nüvə proqramını inkişaf etdirdiyinə diqqət çəkib və Tehranın nüvə silahına malik olmasının qarşısını almaq üçün tələsməyə çağırıb. Ağ Ev rəsmiləri Aviv Koxavini əmin ediblər ki, ABŞ prezidenti İranın nüvə silahı əldə etməsinə imkan verməmək öhdəliyinə sadiqdir. ABŞ Mərkəzi Komandanlığı yəhudi əsili miyader İdan Oferin şirkətinə məxsus "Pacific Zircon" tankerinə qarşı noyabrın 15-də Oman körfəzində edilən hücumun arxasında İranın dayandığını təsdiq edən faktları İsrailə təqdim edilib. İran ordusu "Pacific Zircon" tankerinə Şahed-136 dronu ilə zərbə endirib. ABŞ ordusunun Bəhreyndəki bazasının laboratoriyasında dronun toplanmış fraqmentləri, partlayıcı maddələrin qalıqlarının analizi ilə sübut edilib ki, tankerə həqiqətən Şahed-136 dronu ilə zərbə endirilib".

Xaqani Cəfərli hesab edir ki, Ukraynadan sonra daha bir çoğrafiyada İranın Şahed-136 dronu ilə əzələ nümayiş etdirməsi Tehrana qarşı güc tətbiqini zərurətə çevirib"Proseslər İranın hərbi gücünün dağıdılması istiqamətinə gedir. İrandakı etirazlar bu vəzifənin həyata keçirilməsi üçün çox əlverişli şərait yaradıb. İranın nüvə proqarmının və Tehranın təcavüzkar davranışının qarşısının alınmasında israrlı olanlar bu əlverişli şəraiti əldən qaçırmamaqda təkid edirlər. Tehran yaxın zamanlara siyasətində ciddi dəyişiklik etməsə və Avropanın müqaviməti zəifləsə yaxın zamanlarda İranın nüvə obyektlərinə, eləcə də hərbi bazalarına zərbə endirilməsinin şahidi olacağıq".


Hurriyyet.az




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}