8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycanla Avropa ölkələri arasında əlaqələr son bir ildə çox dərinləşib. Avropa ölkələri münasibətlərdə Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Serbiya Respublikası ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq Azərbaycanın xarici siyasətinin önəmli istiqamətlərindən biridir. Serbiya ilə münasibətlər xüsusi önəm daşıyır.Cənab Prezident İlham Əliyevin 21 dekabr tarixində Belqrad şəhərinə səfəri Azərbaycanla Serbiya arasında münasibətlərin yüksək səviyyədə olduğunu bir daha təsdiq etdi. Qeyd edək dövlət başçımızın bu səfəri Azərbaycanla Serbiya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünün qeyd olunduğu vaxta təsadüf edirdi. Ötən 25 il ərzində ölkələrimiz arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatıb.Cari ilin yanvar-oktyabr aylarında, əvvəlki ilin müvafiq dövrünə nisbətən ticarət dövriyyəsi 28 faizə yaxın artması da bunu göstərir. Eyni zamanda bunu da Serbiya-Azərbaycan iqtisadi əlaqələrinin uzunmüddətli perspektivinin təməli də hesab etmək olar. Belqradda Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşündən sonra cənab Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanatda yer alan fikirlər də bunu təsdiq edir. İkitərəfli əlaqələrin sürətlə inkişaf edəcəyi və qəbul edilmiş qərarlar vaxt itirmədən icra olunacağı ilə bağlı cənab Prezident İlham Əliyevin nikbinliyi iki ölkə arasında sürətlə inkişaf edən əlaqələrə əsaslanır. Eyni zamanda Azərbaycan və Serbiya rəhbərliyi arasında çox yaxın və qarşılıqlı etimada dayanan münasibətlər də siyasi və iqtisadi proseslərin inkişafına təkan verir.Serbiya Prezidenti Aleksandar Vuçiç də bu məqama toxunaraq qeyd edib, Prezident İlham Əliyevin iştirakı olmasaydı, bizim hər birimiz üçün qaz, eləcə də elektrik enerjisi təchizatının şaxələndirilməsinə ümid etmək asan olmazdı. “Azərbaycan və onun Müzəffər Lideri artıq bir ümid yerinə çevrilib”.Cənab Prezident İlham Əliyev qeyd edib ki, beynəlxalq hüququn norma və prinsipləri bütün ölkələr üçün əsas olmalıdır. “Beynəlxalq hüquq sahəsində dünyada müşahidə olunan ikili standartların təzahürləri çox narahat edicidir”. Ölkələrimizin hər zaman bir-birinə ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini və bu siyasətin dəyişməz olaraq qalacağını vurğulayan cənab Prezident bununla həm də Azərbaycanın tam müstəqil siyasət yürütdüyünü nümayiş etdirib.Son zamanlar dünya ticarətinin önəmli məsələsinə çevrilən nəqliyyat-logistika sahəsində iki ölkənin böyük potensialı olduğunu qeyd edən dövlət başçısı Azərbaycan və Serbiya ərazilərindən beynəlxalq nəqliyyat dəhlizlərini keçdiyini bildirərək burada uzlaşma və bağlantının yaradılması üçün bizim müvafiq qurumlar fəal işləməli olduğunu bəyan edib.Azərbaycanla Serbiya arasında əməkdaşlığın önəmli sahələrdən biri də energetika sektorudur. Son vaxtlar bu sahə daha böyük əhəmiyyət kəsb edir. Azərbaycanın təbii resursları artıq müxtəlif istiqamətlər üzrə ixrac edilir. Buraya Avropa qitəsində, o cümlədən Serbiyaya qonşu olan ölkələr də daxildir. Cənab Prezident İlham Əliyev qeyd edib ki, həm təbii qaz, həm elektrik enerjisi ilə bağlı əməkdaşlıq üçün imkanlar var. Qarşıdan gələn ilə Azərbaycan Serbiyaya elektrik enerjisi ixrac edilməsi üçün əməli addımlar atacaqdır.Dövlət başçısı qeyd edib ki, Azərbaycanın elektrik enerjisinin Avropaya çatdırılması üçün müvafiq saziş imzalanıb. “Qara dənizin dibi ilə çəkiləcək kabel Azərbaycanı bu sahədə də Avropa üçün önəmli təchizatçı kimi təsdiqləyəcək”.Dünyada təhlükəsizlik məsələlərinin daha önə çıxdığı bir zamanda müdafiə sənayesi sahəsi də perspektiv əməkdaşlıq istiqamətlərindən biridir. Cənab Prezident İlham Əliyev qeyd edib ki, bu sahədə də hər iki ölkədə potensial var və bu potensialın birləşdirilməsi üçün praktiki addımların atılması da gözlənilir.Cənab Prezident İlham Əliyevin serbiyalı həmkarı Aleksandar Vuçiç ilə təkbətək görüşündən sonra mətbuata verdiyi bəyanatda yer alan fikirlərə əsaslanıb birmənalı olaraq söyləmək olar ki, Serbiya-Azərbaycan əlaqələri daima yüksələn xətlə inkişaf edəcək. Çünki ikitərəfli əlaqələr dostluq və qarşılıqlı anlaşma üzərində qurulmuşdur.Rəvan NüsrətliSuraxanı RİHB-nin Qaraçuxur QİƏD üzrə nümayəndəsi
Sozcu.info