"Moskva informasiya və dezinformasiya siyasətini gücləndirib" - XAQANİ CƏFƏRLİ


"Əgər cəmiyyət Moskvanın informasiya və dezinformasiya siyasətinin təsirinə düşməsə, onu ifşa eləsə "Gerasimov doktorinası" heç bir halda uğur qazana bilməz"

"Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Ukrayadakı işğalçı ordunun rəhbəri təyin edilməsindən sonra Moskva informasiya və dezinformasiya siyasətini gücləndirib". Sozcu.infixəbər verir ki, bunu politoloq Xaqani Cəfərli bildirib.

Bunun təsadüfi olmadığını vurğulayan politoloqun sözlərinə görə, "Gerasimov doktorinası" adı verilən yeni hibrid müharibədə informasiya və dezinformasiya önəmli rol oynayır: ""Gerasimov doktorinası"nda "Beşinci kolon"un fəallaşmasına da xüsusi önəm verilir. Son zamanlar sosial şəbəkələrin Azərbaycan seqmentində Rusiyayönümlü qüvvələrin fəallaşmasının səbəbi də budur".

Xaqani Cəfərli əlavə edib ki, "Gerasimov doktorinası"nın yeganə zəif cəhəti var: "Əgər cəmiyyət Moskvanın informasiya və dezinformasiya siyasətinin təsirinə düşməsə, onu ifşa eləsə "Gerasimov doktorinası" heç bir halda uğur qazana bilməz".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}