ABŞ VƏ RUSİYA GENERALLARI YENİDƏN GÖRÜŞÜR –Bakını bu dəfə Helsinki əvəzləyib

ABŞ VƏ RUSİYA GENERALLARI YENİDƏN GÖRÜŞÜR –Bakını bu dəfə Helsinki əvəzləyib

 

ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Jozef Danford iyunun 8-də Helsinkidə rusiyalı həmkarı Valeri Gerasimovla görüşəcək.

Sozcu.info Azadlıq Radiosuna istinadla xəbər verir ki, ABŞ və Rusiyanın hərbi qurumları ABŞ Birləşmiş Qərargahlar rəisi general Danford və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında nəzərdə tutulmuş bu görüş barədə rəsmi açıqlama yaymayıblar.

Finlandiya Xarici Siyasət İnstitutunun əməkdaşı STT agentliyinə deyib ki, bu görüşdən məqsəd Suriya və Ukraynadakı münaqişələrdə anlaşılmazlıqların qarşısının alınmasıdır.

Xatırladaq ki, ötən aprel ayında Gerasimov NATO Birləşmiş Komandanlığının rəisi Kurtis Skaparrotti ilə Azərbaycan paytaxtı Bakıda görüşmüşdü.



Oxşar Xəbərlər

Xəbər lenti