Azərbaycan-Avropa münasibətləri yeni mərhələdə

Prezident İlham Əliyevin Macarıstana rəsmi səfərini Azərbaycan-Avropa münasibətlərinə yeni mərhələnin rəsmiləşdirilməsi, təsdqilənməsi kimi dəyərləndirmək olar. Avropa İttifaqının və NATO-nun üzvü olan Macarıstanla münasibətlər Azərbaycan-Avropa əlaqələri çərçivəsində qiymətləndirilməlidir. Macarıstan paytaxtında ən yüksək səviyyədə səsləndirilən bəyanat və açıqlamalar isə bird aha təsdiq edir ki, Azərbaycan-Avropa İttifaqı münasibəti bərabər hüquqlu əməkdaşlığa çevrilib.

Prezident İlham Əliyev Macarıstana rəsmi səfərinin yekunları ilə bağlı paytaxt Budapeştdən mətbuata verdiyi açqılamada bir sıra diqqətçəkici fikirlər sələndirib. Dövlət başçısı bildirib ki, Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də təmsil olunduqları beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi də bir-birinə əsirgəməyəcəklər. “Azərbaycan və Macarıstan arasında olan dostluq əlaqələri həm ölkələrimiz üçün, həm Avrasiya qitəsi üçün çox böyük önəm daşıyır. Strateji tərəfdaşlığa dair imzalanmış sənədlər onu göstərir ki, həqiqətən Macarıstan və Azərbaycan dost ölkələrdir”. 

Prezident İlham Əliyev iki il bundan əvvəl icra edilən, uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycanın Avropa İttifaqı məkanına öz təbii qaz resurslarını çatdırdğını qeyd edərək önəmli perspektivlər olduğuna diqqət çəkib. “Keçən il Avropa Komissiyası ilə imzalanmış sənədə əsasən, Azərbaycan qaz təchizatını iki dəfə, bəlkə ondan da çox artırmağı planlaşdırır. Bunun üçün resurslar da var, siyasi iradə də var və tərəfdaşlarımızla təmaslar da var”. 

Bu prespektivlər isə vaxtilə tarixə qovuşmuş sayılan NABUKKO layihəsinin yenidən canlandırmaq imkanı yaradıb. “Artıq interkonnektorlar vasitəsilə Azərbaycan qazı Bolqarıstana, ondan sonra Rumıniyaya, ondan sonra Macarıstana və Macarıstandan sonra digər Avropa ölkələrinə çatdırılacaqdır. Macarıstan təkcə Azərbaycan qazının istehlakçısı deyil, eyni zamanda, Azərbaycan qazını digər Avropa ölkələrinə tranzit edən ölkə kimi fəaliyyət göstərəcək”. 

Azərbaycanı etibarlı tərəfdaş olduğunu, bunun Avropa Komissiyasının rəhbərliyi tərəfindən vurğulandığını qeyd edən Prezident İlham Əliyev enerji təhlükəsizliyi məsələləri bugünkü dünyada xüsusi əhəmiyyət daşıdığını bildirib. “Azərbaycanın zəngin neft-qaz resursları imkan verir ki, uzun illər bundan sonra - təbii qazla bağlı ən azı yüz il bundan sonra Avropa üçün etibarlı tərəfdaş olsun”.

Daha sonra dövlət başçısı Azərbaycanın böyük yaşıl enerji potensialına malik olmasının ölkəmzin  önəmini daha da artırdığını qeyd edib. “Yaşıl enerji ilə bağlı olan və artıq icra olunan layihələr bizi Avropa üçün daha da yaxın edəcək. Keçən ay imzalanmış sazişə əsasən, Azərbaycan yaşıl enerjisini Avropaya çatdıracaq. Bakıda fevralın 3-də keçiriləcək toplantıda ilkin addımı atacağıq və beləliklə, Avropa qitəsinin enerji təhlükəsizliyi daha dolğun və əhatəli şəkildə təmin ediləcəkdir”. 

Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkə olmasına baxmayaraq Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilə biləcəyini qeyd edən Prezident İlham Əliyev nəqliyyat sahəsində əməkdaşlığa dair çox böyük planların da mövcud olduğunu qeyd edib. “Dəmir yolları vasitəsilə artıq Macarıstandan Azərbaycana, Azərbaycandan Macarıstana yüklərin ötürülməsinə başlamışıq. Bu layihənin də böyük potensialı var. Çünki Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycan ərazisindən keçən yüklərin həcmi kəskin artmışdır. Təkcə keçən il tranzit yüklərin həcmi 75 faiz artmışdır. Azərbaycanda mövcud müasir nəqliyyat infrastrukturu - istər tankerlər, gəmilər olsun, istər böyük dəniz ticarəti limanı olsun, dəmir yolları olsun, bunlar hamısı müasirdir və bütün lazımi tələblərə cavab verir”. 

Macar şirkətlərinin azad edilmiş Qarabağ və Zəngəzur torpaqlarında da fəaliyyət göstərəcəyini bildirən dövlət başçısı konkret layihələrin müzakirəsinə başlacaq tarixlə bağlı dəqiq zaman kəsiyini qeyd edən Prezident İlham Əliyev şəhərsalma istiqamətində Macarıstanın çox böyük təcrübəsinin olduğunu və iki dövlətin birgə işləyəcəyini vurğulayıb. 

Macarıstanın Baş naziri Viktor Orban isə Prezident İlham Əliyevin liderliyinin önəmini diqqət çəkərək deyib:  “Mən son on ildə Prezident Əliyevdən o qədər çox şey öyrənmişəm ki, olduqca mürəkkəb mühitdə ölkəyə necə yaxşı rəhbərlik etmək lazımdır. Əfsuslar olsun ki, onun bütün bildiklərini öyrənə bilmədim. Çünki biz radikal tərəfə meylliyik və o daha mülayim baxışları ilə tanınan siyasi xadimdir. Mən ondan beynəlxalq arenada mülayim şəkildə necə daha da uğurlu olmağı öyrənməliyəm”.

Rəvan Nüsrətli

Suraxanı RİHB-nin Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti