Prezident İlham Əliyev cari ilin 10 aprel tarixində Qazaxıstan Respublikasına rəsmi səfər etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasına rəsmi səfəri aprelin 10-da başa çatıb.

Azərbaycan  Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri, Astanada iki ölkənin liderləri arasında aparılan danışıqlar və Azərbaycan–Qazaxıstan münasibətlərinin inkişafı perspektivləri bu ölkənin mediasının diqqət mərkəzindədir.

Azərbaycan Prezidentini hazırkı səfəri Qazaxıstanla Azərbaycan arasında münasibətləri yeni səviyyəyə qaldıracaq.

Qazaxıstan Prezident Administrasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım–Jomart Tokayev aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə təşkil olunmuş mətbuat konfransında çıxışı zamanı deyib. Bu gün biz kiçik və geniş tərkibdə substantiv danışıqlar apardıq. Ticarət – iqtisadiyyat, nəqliyyat –tranzit, enerji sahələrində əlaqələrin inkişafı məsələsini müzakirə etdik.

mçinin, mədəni-humanitar əlaqələrin dərinləşdirilməsi ilə bağlı bir sıra razılaşmalar əldə etdik. İnanıram ki, bu səfərin nəticələri Qazaxıstanla Azərbaycan arasında münasibətləri yeni səviyyəyə qaldıracaq.”

Bir çox media orqanları Azərbaycan Prezidenti İlham Əliyev Və Qazaxıstan Prezidenti Kasım- Jomart Tokayevin iştirakı ilə aprelin 10 - da Astananın mərkəzində Heydər Əliyev küçəsinin təntənəli açılışından bəhs ediblər. Bu əlamətdar hadisə Azərbaycan xalqının böyük oğluna ehtiramın daha bir örnəyidir.

“Kazaxstanskaya  pravda ” qəzeti yazıb ki, Qazaxıstan Prezidenti Astana və Bakı arasında müasir, möhkəm və harmonik qarşılıqlı münasibətlərin strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişaf etdiyini bəyan edib. Kasım-Jomart Tokayev öz atasının quruculuq işlərinin layiqincə davam etdirən və ölkəsinin inamlı addımlarla tərəqqi yolunda irəli aparan İlham Əliyevin güclü liderliyini yüksək qiymətləndirib.

Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana son səfəri və imzalanan mühüm sənədlər iki ölkə arasında əlaqələrin inkişafına, münasibətlərin səviyyəsinin yüksəlməsinə və əməkdaşlığın dərinləşdirilməsinə mühüm töhfə kimi qiymətləndirilir. Azərbaycan- Qazaxıstan münasibətlərinin perspektivi olduqca genişdir və yeni üfüqlər açılmaqdadır.

Rəsmiyyə Hüseynova 

Suraxanı rayonu, 318 saylı tam orta məktəbin direktor müavini

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}