Çevik reaksiya

Diplomat olmasaq da diplomatiyada işlədilən bəzi terminlər barədə məlumatsız da deyilik. Belə terminlərdən biri də “Çevik reaksiyadır”. Bu ad altında yaranmış stiuasiyanı anındaca dəyərləndirmək və müvafiq addım atmaq nəzərdə tutulur. Nə yazıq ki, müstəqillik əldə etdikdən sonra Ermənistanı yönəldənlərin heç birində, hətta xalqın özündə bunu yetərincə görmədik. Cüzi istisnanı onların ilk prezidenti  L.Ter-Petrosyan təşkil edib. Qazandıqları ilk uğurdan eyforiyaya qapılanlara L. Ter-Petrosyan deyirdi ki, çox keçməyəcək Azərbaycan güclənəcək indi itirdiklərini geri alacaq. Ona görə də biz işğal siyasətindən əl çəkməliyik. Məhz belə dediyinə görə onu devirdilər. Amma zaman onun sözlərini təsdiq etdi. 
Qəribə xalqla qonşuluq etmək yazılıb taleyimizə. Bunlar ibrət götürməyi nəticə çıxarmağı bacarmırlar. İrəlidə dediyimiz o “Çevik reaksiya” tələb edir ki, Azərbaycanla dil tapıb mehriban da olmasa sivil qonşuluq münasibətləri yaradılsın. O reaksiya tələb edir ki, qaçılması heç cür mümkün olmayan Zəngəzur dəhlizi açılsın. Anlamırlar ki, bu açılışdan ən çox özləri qazanarlar – zəlil olmuş həyat səviyyələri yüksələr. Əvəzində kor tutduğunu buraxmayan kimi iyrənc siyasətlərini davam etdirirlər. Bu murdar düşüncənin davamı kimi yeni bir şou yarada da biliblər. Nə baş verir? Azərbaycanın öz suveren hüquqlarını bərpa etməsini bunlar özləri üçün fəlakət kimi qəbul edirlər. Bir soruşan yoxdur ki, hansı dövlətin sərhəddinin bircə metri də olsun nəzarətsizdir? Əlbəttə, heç bir dövlətin. Bəs nə üçün Azərbaycanın Laçın dəhlizini bağlaması kiməsə xoş gəlməməlidir. Azərbaycanın Qarabağ İqtisadi rayonunda yaşayan etnik ermənilərin “humanitar fəlakət” lə üz-üzə qalması nə deməkfir? Məna baxımından “humanitar” sözü “insani” deməkdir. Azərbaycan dövləti dəfələrlə deyib və işdə sübut edib ki, öz vətəndaşının, öz insanının bütün problemlərini həll etmək marağında və qüdrətindədir. O da məlumdur ki, Azərbaycan çoxmillətli dövlətdir. Axı nəyə görə həmin millətlərdən birinin müstəsna hüququ olmalıdır? Baxaq görək kim kimi blokadada saxlayır: bizmi onları, yoxsa onlar özləri özlərini? Ağdam – Xankəndi yolundan imtina edənlərin nazı ilə niyə oynanılmalıdır ki? Bunların onsuz da əqrəb xislətli olduqları məlum idi. Yəni əqrəb yeganə heyvandır ki, qəzəbləri özü özünü öldürür. İndi bunlar da özünü izolyasiya ilə bunamı nail olmaq istəyirlər? Təəssüf doğuran budur ki, hələ də bunlara inananlar var. Belə olmasaydı “blokada” humanitar fəlakət şouları BMT-nin gündəliyinə daşınmazdı. Amma qoy olsun, dünya o dünya deyil. Haqq səsimizin heç kimə çatmadığı zaman geridə qalıb. Ölkəmizin informasiya blokadası çoxdan qırılıb. İndi bizim güclü müttəfiqlərimiz, tərəfdaşlarımız var. Güclü müttəfiqlərimiz və tərəfdaşlarımız ona görə var ki, biz özümüz etibarlı tərəfdaşıq. Məhz bunun da sayəsində düşmənin növbəti fırıldaqçı gedişi fiaskoya uğradı. “Kiçik bacı”nın umduqları ürəyində qaldı.

Sonda onu deyək ki, ermənilər ağıllanıb Prezident İlham Əliyevin dediklərinə diqqətlə qulaq assınlar. Onlara bir daha xatırladaq ki, onlar iki yoldan birini seçməlidir: ya mümkün olanı, ya da ən pisini. Əgər bu reaksiya gecikdirilsə, bircə yol qalacaq...

Xəyyam Nəbiyev

Suraxanı rayonu, 270 nömrəli tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}