Dəmir yumruq yerindədir, bunu heç kim unutmasın!

Azərbaycan dövləti hər zaman humanist prinsiplərə dəyər vermişdir. Humanizm beynəlxalq hüquqda da yer alır. Azərbaycan Respublikasının Konstitusiyasında, din dövlətdən ayrı olsa da, bizlər müsəlman ölkəsi olaraq,  hər zaman sülhə daha meylli olmuşuq. Bəlkə də elə buna görədir ki, illərlə, əsrlərlə, tarixə nəzər salsaq, müsəlmanın mərhəmətindən, saflığından digərləri istifadə etmişlər...
44 Günlük Vətən Müharibəsi isəbizlərin ali mərhəmətinin hayqırması, səbir kasamızın daşması oldu. Bu müharibənin nəticəsində, bizə məxsus olan  torpaqlar,de-yure bizim olduğu halda, de-fakto da  bizim oldu.
Biz, Azərbaycan xalqı olaraq kiminsə torpağına göz dikməmişik, kimlərinsə torpaqlarını qəsb etməmişik! Bizə aid olanları, müharibə yolu ilə geri almışıq. Həmin bu 44 Günlük Müharibənin nəticəsində 10 noyabr 2020-ci ildə,  mənfur ermənilərlə imzalanmış üç  tərəfli bəyanat, sentyabrın 19-da yenə də onların riyakar olmaqlarının, sözlərinin üzərində dura bilməməyinin göstəricisi oldu. Belə ki, üç ildən sonrakı zaman kəsiyində böyük ehtimal ki, Azərbaycanın Qarabağ bölgəsində ermənilərinkəşfiyyat-diversiya qrupları tərəfindən, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda, terror məqsədi ilə, əvvəlcədən quraşdırılmış minanın partlaması və həmin gün Daxili İşlər Nazirliyinin daxili qoşunlarını daşıyan nəqliyyat vasitəsininminaya düşməsi və hərbi qulluqçularımızın həlak olması və yaralanması, bir daha sübut etdi ki, mənfur xislətli, ermənilər, “dəmir yumruğu” unutmuşlar! Onlara növbəti dəfə “dəmir yumruğun” gücünü göstərmək üçün, Qarabağ iqtisadi rayonunda törədilən təxribatlarının qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərki-silah edilərək, ərazilərimizdən çıxarılması üçün,peşəkar ordumuz tərəfindən, dərhal, lokal xarakterli, anti-terror tədbirlərinə, Prezidentimiz, Ali Baş Komandan, Yenilməz Sərkərdə, İlham Əliyev Cənabları  tərəfindənstart verildi və 24 saat ərzində ordumuz tərəfindən, bu terror əməlləri susduruldu. 
Təbii ki, anti-terror əməliyyatı zamanı, həmişəki kimi, beynəlxalq hüquq normaları pozulmadı, mülki şəxslər qorundu, yalnız legitim hərbi hədəflər ordumuz tərəfindən sıradan çıxarıldı. Bir daha, Ermənistana öz məğlubiyyəti, bizlər tərəfindən sübut olundu!
Bizim hər birimizə məlumdur ki, Azərbaycanın Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cənabları tərəfindən, işğaldan azad olunmuş torpaqlarımızda, geniş miqyaslı abadlıq-quruculuq işləri aparır, yer və yurdlarından didərgin düşmüş soydaşlarımız yenidən öz doğma dədə-baba torpaqlarına qayıdırlar. Böyük qayıdışın başlanğıcında ikən, ermənilərin yenidən baş qaldırması, yeni arzularla elinə, obasına qayıdan soydaşlarımızı təşvişə salmaq planları təbii ki, bizim ordu tərəfindən pozulacaq, susdurulacaqdı və susduruldu da!Onların artıq, heç bir çıxış yolları qalmayıb! Məğlub dövlət olaraq, Azərbaycanın bütün şərtlərini qəbul etməli vəbundan sonrakı dövrdə, öz  millətinin gələcəyi haqqında düşünməlidirlər. Əks halda, Yenilməz Sərkərdəmiz, Ali Baş Komandan İlham Əliyev Cənablarının sözləri ilə desək: ”Müharibənin və qələbənin rəmzi olan dəmir yumruq yerindədir! Bunu heç kim unutmasın!”.

Cəmilə Ağayeva  

Əmircan Bələdiyyəsinin sədri

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}