Anım günü

Tarix boyu münbit torpaqlarına, təbii sərvətlərinə göz dikən yağı düşmənə qarşı fədakarlıqla sinə gərən xalqımız öz torpaqlarını müdafiə etmişdir. Əsrlər boyu Azərbaycanın tarixi torpaqlarına göz dikən erməni millətçiləri fitnəkar siyasət yeridərək “Dənizdən dənizə Böyük Ermənistan” yaratmaq üçün tarixi torpaqlarımızı işğal etmiş, xalqımıza qarşı soyqırımı siyasəti həyata keçirmişlər. Azərbaycan hər zaman dövlət kimi ədalətin, qanunun tərəfində olmuşdur. Bu səbəbdən də, Qarabağ münaqişəsinin hüquqi yollarla, beynəlxalq vasitəçiliklə həllini uzun illər səbirlə gözləmişdir. Həmin onilliklər insanlarda unutqanlıq, laqeyidlik yaratmadı. Əksinə, torpaqlarımızdan uzaq qalmaq bizləri daha da, birləşdirdi, Vətənə və millətə sevgilə tərbiyyə edilmiş gəncliyimiz yetişdi.
Ermənilər məskunlaşdığı dövrdən Azərbaycan toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış və əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar. Erməni qəsibkarları Rusiya inqilabının yaratdığı şəraitdən istifadə edərək, 1905 – 1907-ci il və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. 1918 – 1920-ci ilərdə isə erməni silahlı quldur dəstələrinin törətdiyi xüsusi qəddarlığı xalqımızın yaddaşında hələ də yaşayır. On minlərlə dinc əhali soyqırıma məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncə verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıldılaraq yerlə yeksan edilmişdir.
Sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrimizi və dinc sakinlərimizi ağır artilleriya atəşinə tutaraq Azərbaycana qarşı irimiqyaslı hərbi təcavüzə başlamışdır..  Azərbaycan öz vətəndaşlarını qorumaq üçün əks-hücum əməliyyatına başlamaq məcburiyyətində qaldı. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının qətnamələrini və beynəlxalq hüququn norma və prinsiplərini icra etmiş, tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etmişdir. 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tamamilə darmadağın olunmuşdur. Vətən müharibəsi Azərbaycanın haqq səsi, ədalətin bərpası, didərgin salınmış insanların dədə-baba torpaqlarına qayıdışı idi.     
Azərbaycan  Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda  gedən  mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir. Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla hərbi cinayətlər törətmişdir. Vətən müharibəsində Silahlı Qüvvələrimizin  3000 nəfərədək hərbi qulluqçusu həlak olmuş, onlarla hərbi qulluqçumuz itkin düşmüş, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirmişdir. İşğal altında olan torpaqlarımız qəhrəman  şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur.
Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş, müqəddəs Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş şəhidlərimizə Allahdan rəhmət qazilərimizə şəfa diləyirik. 
Qurbanəli İslamov

Suraxanı RİHB-nin Hövsan QİƏD üzrə nümayəndəsi, Vətən müharibəsi qazisi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}