Dövlətimizin qazandığı bütün nailiyyətlərin əsasında dahi Heydər Əliyevin xilaskarlıq missiyası dayanır

1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Ümummilli Lider Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi.
Andiçmə mərasimində  xalqa və dövlətə sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənəsədaqətlə xidmətin əyani nümunəsini yaratdı. Bu həm dəxilaskarlıq missiyası idi.
Heydər Əliyevin adı tarixə böyük xidmətləri ilə yanaşı, ilk növbədə müstəqil Azərbaycanın qurucusu kimi daxil olmuşdur. Onun rəhbərlik etdiyi 30 ildən artıq dövrdə respublikamız üçün sabitliyin möhkəmlənməsi, iqtisadi çiçəklənmə, nüfuzlu beynəlxalq təşkilatlarla, dünya dövlətləri ilə sıx əməkdaşlıq qurulması, əhalinin rifah halının yaxşılaşması,  qısa vaxt ərzində həm hərbi-siyasi, həm dəiqtisadi böhrandan çıxış yollarının tapılması illəri olmuşdur.
Müasirləşən, yeniləşən, demokratikləşən dövlətimizin qazandığı bütün nailiyyətlərin əsasında dahi Heydər Əliyevin xilaskarlıq missiyası dayanır. Qürurla deyirik ki, Ümummilli Lider Heydər Əliyevin xilas etdiyi, inkişaf yoluna çıxardığı Azərbaycan indi Ulu Öndərimizn layiqli davamçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən qüdrətli dövrünü yaşayır, eyni zamanda, dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasında addımlayır.

Ayşən Xankişiyeva

Bakı şəhəri 101 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}