Azərbaycanın iqtisadi möcüzəsi; Qarabağ və Şərqi Zəngəzur

Tarix boyu Azərbaycan Cənubi Qafqaz regionunda önəmli yer tutmuşdur. Bunun əsas səbəbi ticarət yollarının burdan keçməsidir. Heç kimə sirr deyil ki, iqtisadi inkişafının əsas amili onun ticarətindən asılıdır. Ticarət mərkəzləri isə hər zaman şəhərlər olmuşdur. İstər şimal-cənub, istərsə də şərq-qərb ticarət yolları olsun bunlar hər zaman Azərbaycan ərazisindən keçib. Lakin əfsuslar olsun ki, ölkəmizin uzun zaman sovet əsarətində qalması və qapalı ticarətə məruz qalması bizim iqtisadiyyatımıza ağır zərbələr vurub. Lakin 1991-ci ildə əldə olunan müstəqillik hər şeyi dəyişə bilərdi. Lakin bu zamanda erməni faşistləri Azərbaycanın tarixi bölgəsi olan Qarabağ  və Şərqi Zəngəzur regionlarını işğal etmişdilər. Yeni yaranmış dövlət olsaqda ölkə daxilində qeyri stabil vəziyyətmövcud olan müharibə iqtisadiyyatımızı dərindən sarsıtmış. Məhz bunun nəticəsidir ki, 1991-ci ildən 1994-cü ilə kimi ölkəyə bir dənə də olsun xarici şirkət tərəfindən investisiya qoyulmamışdır. Mövcud iqtisadi çətinliklər ölkədə şəhər həyatının məhv olması ticarətin dağılması ulu öndər Heydər Əliyevin əsas diqqətində oldu.

Diqqət etsək 1994-cü il iki tarixi hadisə ilə ön plana keçdi. İlki Qarabağda atəşkəs imzalandı. İkincisi isə Əsrin müqaviləsi imzalandı. Bu sadə bir məsələ deyildi.. Bəlkə də dünyanın heçbir ölkəsində tarix boyu belə bir an yaşanmayıb ki, müharibə bitən kimi həmin anı ölkəyə xarici şirkətlər dəvət olunsun və investisiyalar qoyulmağa başlansın. Bu cür iqtisadi möcüzəni Heydər Əliyevin siyasi və iqtisadi bilikləri nail oldu. Bunun ardınca Bakıda Məhşur İpək yolu Bəyannaməsi qəbul edildi. Bunun nəticəsində gələcəkdə Çin dövlətinin belə iqtisadi maraqlarına cavab verəcək vahid quru ticarət yolunun təməli atılmış oldu. Bəli, Azərbaycanın bugünkü iqtisadi təməlləri məhz həmin zamanlarda Heydər əliyev tərəfindən qoyulmuşdu. 2003-cü ildə Ölkə rəhbəri seçilmiş İlham Əliyevdə məhz bu siyasətin davamını gətirdi. İlham Əliyevin ticarətin,iqtisadiyyatın inkişafı ilə atdığı addımlar ölkəmizi Cənubi Qafqaz regionunun ən inkişaf etmiş ölkəsi etdi. Dünyanın ən məhşur şirkətləri Azərbaycanla əlaqə qurmağa çalışırdılar.

Əslində xarici şirkətlərin, xarici ölkə vətəndaşlarının Azərbaycana səfərləri həm ticarəthəmdə təbliğat üçün çox gərəkli idi. Bunun əsas səbəbi isə Qarabağ regionunu onlara tanıtmaq və bu bölgənin Azərbaycanın tarixi ayrılmaz torpaqları olmasını göstərmək idi. 2020-ci ildə baş vermiş Zəfər müharibəsi 30 ildə aparılan bu siyasətin nəticəsi oldu. Zəfər müharibəsi dövründə demək olar ki, dünyanın ən məhşur mediya orqanları, şirkətləri, dünya dövlətlərinin çoxu Azərbaycana dəstək oldu. 30 il ərzində aparılmış siyasət öz bəhrəsini verirdi. Erməni faşistləri tərəfindən Azərbaycan dövlətinin üzərinə atılan bütün qara-yaxmalar silinib tarixin tozuna çevrilmişdi.

Ancaq İlham Əliyevin uzaq görənliyi bu müharibə  ilə bitmədi. Bir çoxları ola bilər düşünsün ki, artıq torpaqlarımız azaddır və bununla işimiz bitmişdir. Son 3 ildə aparılan işlər bunun tam əksi olduğunumübarizənin Azərbaycana qarşı 30 ildə törədilən cinayətlərin üzə çıxarılması və bunun bütün dünyaya göstərilməsi ehtiyac olduğunu görsəndi. Məhz bu məsələləri nəzərə alan Ali Baş Komandan İlham Əliyev dayanmadan Qarabağ və Şərqi Zəngəzur bölgələrində beynalxalq tədbirlər keçirir. Səbəb isə çox sadədir: 30 il öncə ermənilərə göz yuman beynalxalq təşkilatlar görsünlər ki nələrə səbəb oldular. Şuşada beynalxalq mediya konfransı, ölkə başçılarının media orqanlarının Qarabağa səfərləri, Xarı bülbül festivalı və ən sonda Zəngilanda keçirilmiş form bu siyasətin davamıdır.

Bugün Qarabağ azaddırancaq demək olar bölgə tam dağınıq vəziyyətdədir. Tarixdə maraqlı hadisələr çoxdu. Bu gün bizi hər yerdə tənqid edən müstəmləkəçi Fransa dövləti birinci dünya müharibəsində Almaniya tərəfindən təzminat almadığına görə Alman torpaqlarına hücum edib təzminat əvəzi tutmuşdu. Bugün isə Azərbaycan bu qədər onun ərazisində dağıntılar törətmiş Ermənistan dövlətindən təzminat gözləmədən öz ərazilərində yeni tikinti işlərinə başlamışdır. Füzuli və Zəngilan şəhərləri bu sıralamada ilk yer tutur. Bu şəhərlər sıfırdan salınaraq XXI əsr şəhəri formasında tam müasir texnologiyalar ilə təmin olunacaq. Məhz bu səbəbdən ölkə büdcəsindən 7 milyard dollar vəsait ayrılmışdır. 8 şəhəryüzlərlə kənd və qəsəbələr yenidən salınacaq və bu bizim öz gücümüzə iqtisadi imkanlarımızın hesabına olacaq. Bu gələcəkdə Azərbaycanda şəhər həyatının inkişafına Qarabağ və Şərqi Zəngəzur bölgəsində məskunlaşacaq insanların rifahı üçün ən vacib məqam hesab olunur.

Gələk başqa qeyd etdiyimiz ticarətə. Şəhər salmalar gələcəkdə bu bölgədə ticarətin inkişafina bunun ardınca isə bu bölgələrə xarici investisiyaların qoyulmasına gətirib çıxaracaq. Əbəs yerə İlham Əliyev cənabları hər çıxışında vurğulamır ki,Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın yeni investisiya ocaqları olacaq. Sonuncu Zəngəzur formunda da məhz bu məsələlər bölgələrin iqtisadi imkanları təbii sərvətləri turizmi ön plana çəkilmişdir.

Diqqət etsəniz işğaldan azad olunmuş ərazilərə ilk növbədə nəqliyyat vasitələri dəmir yolları, hava limanları, avtomobil yolları sürətlə çəkilməkdədir. Çünki yaxın gələcəkdə bu bölgə qərblə şərqi birləşdirəcək ana ticarət yoluna çevriləcək. 
Rza Eyvazlı

Bakı şəhəri, Abil  Səfərov adına 114 nömrəli tam orta məktəbin Tarix müəllimi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}