Azərbaycan ədalətli sülh sazişi istəyir

Qədim bir yunan ifadəsi var: “Ədalətli insan haqsızlıq etməyən deyil, ədalətsiz olmaq imkanı olduğu halda ədalətsiz olmaq istəməyən biridir”. Bu deyim Azərbaycan dövlətinin son 3 ildəki fəaliyyətini çox gözəl ifadə edir. Bəlkə də Azərbaycanın əleyhdarları dövlətimizin Qarabağ münaqişəsi ilə bağlı son 30 ildə aparmış olduğu sülhsevər və ədalətli siyasətini düşmənlərimizin güclü, arxalı olması ilə əlaqələndirirdilər, amma 44 günlük Vətən müharibəsindən qalib çıxan Azərbaycanın yenə də öz ədalətli, sülhsevər siyasətini davam etdirməsi vlətimizin həqiqi sülhsevərliyindən xəbər verir.
Cənab Prezident İlham Əliyev oktyabrın 11-i  tarixində MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçıları ilə görüşü zamanı görüş iştirakçılarını 19-20 sentyabr tarixlərində keçirilmiş antiterror əməliyyatının səbəbləri, nəticəsi, bölgədə yaranmış son vəziyyətlə bağlı məlumatlandırıb, regionumuzda təhlükəsizliyin möhkəmlənməsi və sülhə nail olunması üçün imkanlarından danışıb, eləcə də keçmiş SSRİ məkanında təhlükəsizlik və əmin-amanlıq üçün xüsusi xidmət orqanları arasında əməkdaşlığın vacibliyini qeyd edib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tarixi faktlara, sənədlərə istinadən ermənilərin əsrlər boyu dünyaya yaydıqları tarixi yalanları tənqid edib, erməni saxtakarlığı və simasızlığının yenə də davam etdiyini vurğulayıb. Belə ki, erməni havadarları bəzi Qərb informasiya vasitələrində İkinci Qarabağ müharibəsi zamanı ermənilərin Gəncədə və Bərdədə  mülki əhalini hədəf alması kadrlarını yayaraq bu mülki əhalinin ermənilər olması fikrinin səsləndirməsi görünməmiş saxtakarlıq, həyasızlıq nümunəsidir. Halbuki Azərbaycan həm işğal müddətində, həm İkinci Qarabağ müharibəsində, həm də antiterror tədbirləri zamanı bütün humanitar normalara riayət edib. Beynəlxalq ekspertlər, o cümlədən  BMT missiyası Azərbaycanın bütün humanitar normalara əməl etdiyini təsdiq edib.
Eyni zamanda cənab Prezident müxtəlif ölkələrin və beynəlxalq təşkilatların vasitəçilk təkliflərini dəyərləndirdiyini, dövlətimizin Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına, sülh sazişi  üzərində işi davam etdirməyə hazır olduğunu, birtərəfli və qərəzli mövqe tutan ölkələrin  vasitəçilik təkliflərinin isə qəbuledilməz olduğunu vurğulayıb. Ermənistan rəhbərliyinin Bişkek görüşünə bəhanə ilə gəlməməsi onların sülh prosesini uzatmaq niyyətindən xəbər verir. Amma sülh sazişi bu gün daha çox Ermənistana lazımdır ki, regiondakı inteqrasiya proseslərindən kənarda qalmasın.Yəqin ki, Ermənistan rəhbərliyi  konstruktiv mövqe nümayiş etdirib, regionda uzunmüddətli, ədalətli sülhün bərqərar olması prosesinə yardımçı olacaq.
Ceyran Novruzova
Bakı şəhəri, Abil  Səfərov adına 114 nömrəli tam orta məktəbin direktoru

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}