Xalq hər zaman ona sadiq olan hakimiyyətin arxasındadır!

2023-cü il dövlət başçımız tərəfindən Azərbaycanda Heydər Əliyev ili olması ilə əlaqədar sərəncam imzalandı. Eyni zamanda, bu il bir neçə tarixi hadisələrlə iki qat tarixə düşdü. Həsrətində olanniskili və dərdi otuz il öncəki kimi ağrıdan Xocalı həsrəti bitən il oldu. Yenilməz sərkərdə Ali Baş Komandan və onun müzəffər ordusu sayəsində növbəti zəfər uğuruna imza atıldı. Stepana yox deyərək, Xankəndi öz tarixi keçmişinə qayıtdı!
Tarixə nəzər salsaq, 15 oktyabr 2023-cü il, Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan bayrağı qaldırılıbsa da, eyni zamanda 20 il öncə, bu günlər Azərbaycanın tarixinə 4-cü prezident kimi düşən İlham Heydər oğlu Əliyev Cənablarının hakimiyyətə gəlişindən 20 il ötür. 
20 il bundan əvvəl xalqın dəstəyi ilə prezident seçilmiş İlham Əliyev Cənabları, dövlətin ali qanunu olan Konstitusiyaya  və müqəddəs kitabımız olan Qurani-Kərimə and içərək, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağına, Azərbaycan xalqının yaşatdığı ənənələrə sadiq qalacağına, milli adət-ənənələrimizi qoruyacağına və xalqa ləyaqətlə xidmət edəcəyinə söz verdi.
20 il öncə, Prezident seçilərkən, hər bir vətəndaşın prezidenti olacağına əminliklə söz verən, İlham Əliyev Cənabları, ata vəsiyyətinə əməl edən, həm də ləyaqətli Azərbaycan oğludur! Bu gün Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında, məscidlərdə azan səsləri eşidilir. Erməni vandalları tərəfindən, dağıdılmış dini ocaqlarımız yenidən bərpa olunur. Qarabağa yenidən yeni ruh və yeni can gəlir. 15 oktyabr, 2023-cü ildə Xankəndi şəhərinin mərkəzi meydanında, Azərbaycan bayrağı qaldırıldı. Bu bayraq havada dalğalanaraq, ətrafa uğur və qələbə təcəssümü aşılayır. Keçən əsrdə Xankəndində,  Azərbaycan dövlətinin büdcəsi ilə tikilmiş inzibati binanın zirvəsində Azərbaycan gerbi, haqq etmiş yerini nəhayət ki tuta bildi!
Son 20 ilə nəzər salsaq, İlham Əliyev Cənablarının fəaliyyətində  ilkin addımları, Azərbaycan dövlətinin iqtisadiyyatını gücləndirmək, eyni zamanda ordunu canlandırmaq və dünya ölkələri ilə, sülh və əmin-amanlıq şəraitində, əməkdaşlıq etməklə başlamışdır. Dövlət başçımızın daxili və xarici siyasəti hər zaman möhkəm və özünəməxsus olmuşdur.  Heç təsadüfi deyil ki, dövlətimizin mövqeyi, atdığı addımlar, bütün dünya ölkələri tərəfindən dəyərləndirilir və maraqla qarşılanır. 
44 gün ərzində, 30 il işğal altında olmuş, torpaqlarını, erməni vandallarından geri ala bilən, düşməni kapitulyasiya aktına imza atmağa məcbur edən, yenilməz Sərkərdəmiz, 23 saat davam edən anti-terror əməliyyatında, bir daha düşməni alçaldaraq məğlub etdivə ona məğlub xalq olmağını sübut etdi! 
Biz hər birimiz, Unlu Öndər Heydər Əliyev Cənablarının, Azərbaycan şeirini deyərək sonda kövrəldiyini və eyni zamanda, qürurla, “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” deməsinin şahidi olmuşuq. Belə bir atanın, məlum məsələdir ki, övladı da özü kimi mərd və vətənpərvər olmalıdır. 
Bu gün biz, hər birimiz Ulu Öndər kimi, “Mən Azərbaycanlıyam” deyərək, fəxr edirik! Bu fəxarəti bizə yaşadan, Heydər Əliyev Cənablarının siyasi varisi, İlham Əliyev Cənablarının bizə, itirdiklərimizin geri qaytarması, hər bir Azərbaycanlının ləyaqətinin təmizlənməsi və eyni zamanda, tarixi keçmişimizə olan hörmət və ehtiramıdır. Çünki, torpağı, düşmən tapdağı altında olan millət, heç vaxt ləyaqətdən danışa bilməzdi!  Bu gün biz qürurluyuq !  Eyni zamanda da, çox kövrəlirik. Səbəblərimiz müxtəlifdir. Cıdır düzündə, içib rəqs edən “yan”lar, tanklarını, Bakılıları təhdid edərək, Bakıya gətirəcəklərinə, burada çay içəcəklərinə söz verən ünsürlər, əslində, düşündükləri hərəkətləri ilə bizi millət olaraq, alçaltmağa çalışırdılar. “Qarabağ Ermənistandır, nöqtə” deyən Paşinyan bir gün, “Qarabağ Azərbaycandır!” “nidasının”, “dəmir yumruqla” başına çırpılacağını düşünmürdü. Bizlər sükutla, susqun dolu baxışlarla, öz rəhbərimizin əmrini gözləyərək, sanki Xocalıda yurd-yuvasız qalan narahat ruhların hayqırtısınıeşidirdik...
Bu gün, Prezidentimin Xankəndindən olan çıxışına dəfələrlə baxaraq, gözlərimdən yaş axır! Bu göz yaşlarım sevinc, minnətdarlıq hisslərindən irəli gəlir. Eyni zamanda, bu torpaqlar uğrunda, şəhid olanları yad edib, onları qürurla anırıq. Prezidentimizin çıxışında, “Bu gün Xankəndinin mərkəzindəyik. Azərbaycan gerbi, Azərbaycan bayrağı altındayıq ! ” sözləri nə qədər də möhtəşım səslənir! 
İlham Əliyev Cənablarının çıxışında vurğuladığı, erməni tanklarının Bakı şəhərində ”Qənimətlər  parkı”nda olması, özlərinin istintaq təcridxanasında çay içməsi və bütün bunların, həmin bu millətə, televiziya vasitəsi ilə, Dövlətimizin Başçısı tərəfindən, cavab olaraq deyilməsi və əməl edilməsi bir daha sübut olundu ki, bizim Prezident iyirmi il öncə, xalqına verdiyi bütün sözlərə sadiqdir! 
Ali qanun olan Konstitusiyamızın 1.1 ci maddəsində deyilir: “Azərbaycan Respublikasında  dövlət hakimiyyətinin  yeganə mənbəyi  Azərbaycan  xalqıdır”
Mən isə düşünürəm,  xalq hər zaman ona sadiq olan hakimiyyətin arxasındadır! 

Cəmilə Ağayeva

Əmircan Bələdiyyəsinin sədri

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}