Prezident İlham Əliyev: Biz öz doğma diyarımıza bağlı olan xalqıq

Prezident İlham Əliyev “Füzuli şəhəri günü”ndə, 17 oktyabrda Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələrinin bir qrupu ilə görüşüb. Görüşdə dövlət başçısı işğaldan azad edilmiş torpaqlarla bağlı önəmli fikirlər səsləndirib. Prezident İlham Əliyev bəyan edib ki, füzulililərin gənc nəslinin də öz doğma torpağına gəlməyə qərar verməsi böyük hadisədir, çünki uşaqlar, yeniyetmələr, gənc nəsil bu torpaqları görməyiblər. Dövlət başçısı bu hadisəni xalqımızın öz doğma diyarına bağlı olması ilə əlaqələndirib. “Biz öz doğma diyarımıza bağlı olan xalqıq”. Prezidentin sözlərində çox böyük həqiqət var. Dünyanın müxtəlif ölkələrində keçirilmiş sosioloji araşdırmalara görə, öz yurdunu tərk edənlərin yalnız 50 faizi 3 ildən sonra öz torpaqlarına qayıdır. Beş il ötdükdən sonra yurdunu tərk edənlərin yalnız 30 faizi öz yurduna qayıtmaq istəyir. On il sonra isə cəmi bir neçə faiz öz yurduna qayıtmaq istəyir. Füzulililər və işğaldan azad olunmuş digər ərazilərin sakinləri təxminən 30 il sonra öz yurdlarına qayıdırlar. Həm də bu qayıdış kütləviliklə müşaiyyət olunur. Ona görə dövlət başçısının fikri çox böyük bir həqiqətin ifadəsidir. Prezident İlham Əliyev bunu Azərbaycan xalqının öz doğma torpağına sevgisinin əbədi olması ilə izah edib. Dövlət başçısı bildirib ki, işğal dövründə bəziləri, xüsusilə xaricdəki bəzi dairələr hesab edirdilər ki, illər keçdikcə Azərbaycan xalqı öz torpaqlarını unudacaq, gənc nəsil, ümumiyyətlə, tam başqa bir tərzdə tərbiyə alacaq. Ancaq o təhlilçilər və eyni zamanda, siyasi müstəvidə olanlar bir şeyi anlaya bilməmişlər ki, Azərbaycan xalqının öz doğma diyarına nə qədər böyük sevgisi var. Dövlət başçısı bildirib ki, məktəb və ailə gənclərin doğma torpaqlarımıza qayıtmağında vacib rol oynayır. O, həmçinin bildirib ki, bizgənclərin  doğma torpaqlarını unutmağına imkan verməməliyikPrezident bildirib ki, Qarabağ mövzusunun silinməsini bizə aşılamaq istəyən bir çox ölkələr, qüvvələr olmasına baxmayaraq buna imkan vermədiklərini bəyan edib. Separatçıların kitabının birdəfəlik bağlandığını qeyd edən Prezident İlham Əliyev bildirib ki, bir çoxları təkrarlayırdılar ki, münaqişənin hərbi həlli yoxdur. “Biz göstərdik ki, var və bu yaxınlarda bir daha göstərdik, bu mövzu bağlandı”.

İşğalı, əzab-əziyyəti heç vaxt unutmamağa çağırıan dövlət başçısı hesab edir ki, gənc nəsil bunu bilməlidir. “Bu gün məktəbdə oxuyan uşaqlar da bunu bilməlidir. Bilməlidir ki, bizim xalqımız hansı çətin sınaqlardan çıxıb, əyilməyib, sınmayıb, özünə inanıb, ordusuna inanıb”. Füzuli azad olunanda bir salamat bina olmadığını qeyd edən dövlət başçısı bunu erməni vandalizminin sübutu olaraq vurğulayıb. İrəvanın siyasətinin Azərbaycan xalqına qarşı etnik təmizləmə aparmaq, insanlara zülm etmək, onlara işgəncə vermək olduğunu bildirib. Baxmayaraq ki, Azərbaycan və erməni xalqı hər zaman yanbayan yaşayıb. “Onlar bizim çörəyimizi yeyiblər, bizim hesabımıza onlar üçün şəhərlər, kəndlər qurulmuşdu və infrastruktur yaradılmışdı. Sovet dövründə bütün bu işlərin hamısı Azərbaycan büdcəsi hesabına görülmüşdür”. 
Prezident İlham Əliyev Böyük Qayıdış Proqramı qəbul olunduğunu və uğurla icra edildiyini bildirərək Proqramın birinci mərhələsinin sonunda - 2026-cı ilin sonunda 22 min insanın Füzuli rayonunda yaşayacağını bildirib. Həmin dövrdə bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq.

Dövlət başçısı bildirib ki, işğaldan azad olunmuş bütün ərazilərdə insanlar rahat yaşamalıdır. “Bütün layihələri icra edərkən, o cümlədən məşğulluq məsələlərinə də böyük diqqət yetirilir. Aidiyyəti dövlət qurumları bu məsələ ilə də bağlı ciddi addımlar atır ki, burada yerləşən insanların məşğulluq imkanları da olsun”. Prezident İlham Əliyev bildirib ki, rahat yaşamaq üçün bütün infrastruktur, şərait var. “Beynəlxalq təşkilatlar bunu çox yüksək qiymətləndirirlər, çünki burada yaşayış üçün ən gözəl şərait yaradılıb, həm binaların daxili quruluşu, həm mənzillərin daxili dizaynı, həm mərtəbəlilik prinsipi, binaların bir-birindən aralı olması, məsafə, hər şey gözlənilib”.
Bütün şəhərlərimizin Füzuli kimi olacağını bildirən dövlət başçısı Azərbaycanda iki dəfə Milli Şəhərsalma Forumu keçirildiyini bildirib. “Ağdamda və Zəngilanda və digər şəhərlərdə bütün layihələrimiz təqdim edilmişdir. Bu gün həm Füzulidə, həm də bütün başqa şəhər və kəndlərimizdə həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarını təsbit edir”. 
Əziz şəhidlərimizin xatirəsinə dərin ehtiramını ifadə edən dövlət başçısı bildirib ki, bu günə görə biz onlara borcluyuq. “Bu, həqiqətdir. Dövlətin nə qədər gücü olsa, nə qədər silahı olsa da, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, Qələbəni əldə edən əsgərdir, zabitdir”. 
Prezident İlham Əliyev bildirib ki, buna görə dəhərbçilərimizin qəhrəmanlığı bizim yaddaşımızdan heç vaxt silinməməlidir. “Bu gün onların ruhu şaddır ki, insanlar öz doğma torpaqlarına qayıdır. Şəhidlərimiz canlarını fəda edərək tarixi Zəfər çalıblar”.

Rəvan Nüsrətli

Suraxanı RİHB-nin Qaraçuxur QİƏD üzrə nümayəndəsi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}