YAP Heydər Əliyevin dövlətçilik fəlsəfəsi əsasında yaranıb

Azərbaycan dövlət müstəqilliyini 1991-ci ildə bərpa etməsinə və bir neçə siyasi partiyanın mövcud olmasına baxmayaraq çox çətin beynəlxalq şəraitdə müstəqil dövlətçilik ənəsinə yarada biləcək siyasi təşkilat mövcud deyil. Buna görə də 91 nəfər ziyalı 16 oktaybr 1992-ci ildə Ulu Öndər Heydər Əliyevə Yeni Azərbaycan Partiyasının yaradılması və ona rəhbərlik etmək təşəbbüsü ilə müraciət etdilər. Bu müraciəti doğuran zərərət ondan ibarət idi ki, məhz Heydər Əliyevin dövlətçilik fəlsəfəsi əsaslanan partiya Azərbaycanın müstəqil dövlətçilik ənənələrini yarada bilər. Bu məsuliyyətli addım olmaqla yanaşı həmin dövrdə yeganə doğru qərar idi. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.  

Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yarandı. Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci il tarixində Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Nizamnaməsini və Proqramını qəbul etdi. Konfransda Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Təsis konfransı həmçinin partiyanın Siyasi Şurasını, İdarə Heyətini və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı. Qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksələrək Cənubi Qafqazın ən böyük və nüfuzlu siyasi partiyası oldu.

Ulu Öndər Heydər Əliyevin dövlətçilik fələsəfəsi əsasında yaranan Yeni Azərbaycan Partiyasının siyasi dəyərlərininəsasını qanunauyğun olaraq Heydər Əliyev yolu, Müstəqillik, Azərbaycançılıq, Dövlətçilik, Qanunun aliliyi, Varislik və təkamül, Konstruktiv əməkdaşlıq və dialoq, Sosial ədalət və insan amili, Multikultural cəmiyyət və Demokratik ənənələrin inkişafı təşkil edir.

Böyük siyasi təcrübəsi olan Yeni Azərbaycan Partiyasının 11 strateji hədəfi Ulu Öndər Heydər Əliyev irsinin təbliği və təşviq, Güclü iqtisadiyyat və davamlı inkişaf, İnklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı, Şəffaflığın artırılması, Vətəndaş cəmiyyətinin inkişafı, Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi, Mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması, Vətəndaş həmrəyliyinin təminatı, Milli maraqlar və xarici siyasət, Ordu quruculuğu və İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış təşkil edir. Bu hədəflərinin hər birinin həyata keçirilməsi üçün çox böyük işlər görülüb.

Ulu Öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı İlham Əliyevin ölkəyə rəhbərliyi illərində Azərbaycan daha da sürətlə inkişafa nail olaraq Cənubi Qafqz regionun ən güclü dövlətinə çevrilmişdir.

Yalnız son 20 il ərzində Azərbayanın ümumi daxili məhsul 6,2 milyard ABŞ dollarından 78,7 milyard ABŞ dollarına qədər artıb. Dövlət büdcəsinin xərcləri 30 dəfə artması adambaşına düşən büdcə xərcləri 150 manatdan 3500 manatda yüksəlib. Bu dövrdə minimum əməkhaqqı 38 dəfə, orta aylıq əməkhaqqı 12 dəfə, minimum pensiya 14 dəfə, orta aylıq pensiya 18 dəfə, yaşa görə orta aylıq pensiya 19 dəfə, əlilliyə görə pensiya 14 dəfə, ailə başçısını itirməyə görə pensiya 19 dəfə artıb. Pensiya üzrə ödənilən illik vəsait 30 dəfə artaraq 6 milyard manata çatıb. Son 20 ildə ölkəmizdə dövlət büdcəsinin illik sosial müdafiə xərcləri 20 dəfədən çox artıb.

Son 20 ildə yoxsulluq səviyyəsi 44,7 faizdən 5,5 faizə düşdüyü kimi, orta aylıq əməkhaqqı 77.4 manatdan 839,4 manata yüksəlib. Bu illər ərzində ölkənin xarici ticarət dövriyyəsi 3,8 milyard ABŞ dollarından 52,7 milyard ABŞ dollarına yüksəlib, ixracatın həcmi 2,2 milyard ABŞ dollarından 38,1 milyard ABŞ dollarına çatıb.

Birbaşa xarici borcun həcmi azalaraq hazırda ümumi daxili məhsulun 9,3 faizini təşkil etməsi ilə yanaşı strateji valyuta ehtiyatları 1,4 milyard ABŞ dollarından 66,1 milyard ABŞ dollarına yüksəlib. Dövlət tərəfindən həyata keçirilən dəstək tədbirləri nəticəsində 2003-2022-ci illər ərzində iqtisadi artımın əlavə hərəkətverici qüvvəsi olan qeyr-neft-qaz sənayesində yaradılmış əlavə dəyər real olaraq 4,7 dəfə artıb, nominal həcmi 13,5 dəfə böyüyüb, əhalinin gəlirləri 10,5 dəfə artıb.

Bütün bunlar Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin Azərbaycanın dövlətçilik və idarəetmə siyasətinin əsasını təşkil etməsi sayəsində mümkün olmuşdur.

Rəvan Nüsrətli

Suraxanı RİHB-nin Qaraçuxur QİƏD üzrə nümayəndəsi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}