Azərbaycanda bu ərazilərdə də yanğın başladı


Ağdərə rayonu Talış, Goranboy rayonu Tapqaraqoyunlu kəndləri istiqamətində yanğınlar başlayıb.

Sozcu.info xəbər verir ki, səhər saatlarında başlayan yanğınlar küləyin təsiri ilə geniş əraziyə yayılıb.

Yanğın əsasən quru ot və kolluq ərazidədir.

Hadisə yerinə FHN-nin yanğınsöndürən briqadaları cəlb edilib.

Yanğının geniş əraziyə yayılmasının qarşısı almaq məqsədilə tədbirlər görülür.

Report.az



Oxşar Xəbərlər

Xəbər lenti