28-04-2026, 12:14
22-04-2026, 13:21
17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
Gəncə Ağır Cinayətlər Məhkəməsində Ağdam rayonu, Dördyol qəsəbə-2 uşaq bağçasının rüşvətalmada təqsirləndirilən sabiq müdiri Kəmalə Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə K.Quliyeva 4 il 6 ay azadlıqdan məhrum edilib.
Qeyd edək ki, K.Quliyeva əvvəllər də oğurluğa görə məhkum edilib və ona Xətai Rayon Məhkəməsinin hökmü ilə 1 il 2 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
İttihama görə, K.Quliyeva tələbə yoldaşı və rəfiqəsi olan Dilguşə İmanovadan onun həyat yoldaşını işə düzəltmək məqsədilə 2 min 300 manat rüşvət alıb. Daha sonra verdiyi sözə əməl etmədiyi üçün D.İmanovanın həyat yoldaşı bu barədə hüquq-mühafizə orqanlarına şikayət edib.
Teref.az