"Kərkük türkmənlərinin məğlubiyyəti yalnız başlanğacdır " - XAQANİ CƏFƏRLİ


"Güney Azərbaycanda və bütövlükdə İranda yaşayan soydaşlarımız Kərkük türkmənlərinin başına gələnlərdən dərs almalı, nəticə çıxarmalıdır, əks halda..."

"Kərkükdə yerli seçkilər türkmənlər üçün ağır məğlubiyyətlə başa çatdı. Kürdlər seçkinin qalibi oldular. Ankaranın gündəmi isə Fələstindir. Ankaranın gündəminin Fələstin olduğunu bəyan edən Türkiyənin ədliyyə naziri Yılmaz Tuncdur. Belə ki, kuryerlik etməklə ailəsini dolandıran Yunis Əmrənin ölümünə səbəb olan Somalinin prezidenti Həsən Şeyx Mahmudun oğlu Məhəmməd Həsən Şeyx Mahmudun məsuliyyətə cəlb edilməsi ilə bağlı "Fox TV"nin jurnalistinin sualına Ədliyyə naziri Yılmaz Tunc belə cavab verib: "Gündem Filistin arkadaşım"". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli qeyd edib.

Politoloq bildirib ki, HƏMAS-ın hücumuna qarşı İsrailin qisas əməliyyatına başlamasından sonra həqiqətən də Türkiyənin gündəmi Qəzzadır, Fələstindir: "Ankara üçün "Gündem Filistin" olduğu müddətdə türk xalqları uduzmağa məhkumdur. Türklərin bədəvi ərəblərin qurbanı olacağı haqqında xəbərdarlıq etmişdim. Unutmayın, Kərkük türkmənlərinin məğlubiyyəti yalnız başlanğacdır. Güney Azərbaycanda və bütövlükdə İranda yaşayan soydaşlarımız Kərkük türkmənlərinin başına gələnlərdən dərs almalı, nəticə çıxarmalıdır. Əks halda Avarasiyanın sərhədləri yenidən çəkiləndə İranda soydaşlarımızın başına çox fəlakətlər gələcək".

Xaqani Cəfərli əlavə edib ki, Suriyanın təxminən, 40 faizinə nəzarət edən kürdlər İraqda da mövqelərini gücləndirirlər: "Kürd liderləri çox ağıllı hərəkət edirlər. İrqadakı yerli seçkilərdə 102 yaşlı kürdün iştirak etməsi ilə bağlı yayılan foto və məlumat da bunu çox aydın göstərir. Bu foto bir xalqın öz müqəddəratına sahib çıxmasının bariz göstəricisi kimi qəbul edilir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}