Azərbaycanın əldə etdiyi ən böyük uğurlardan biri siyasi sabitlikdir

Bu gün Azərbaycan həm regionda həm də dünyada aparıcı mövqeyə malik, öz mövqeyini qoruya bilən,güclü Liderə sahib dövlətdir. Ancaq nəzərə almalıyıq ki, hazırki nüfuzunu qazanmaq üçün çətin mərhələlər keçmişdir. Dövlət quruculuğu sahəsində Ulu Öndər Heydər Əliyevin başlatdığı inkişaf yolu,  Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilmiş və yeni prespektivlər yaratmışdı. Regionun mürəkkəb geosiyasi vəziyyətini nəzərə alsaq, bu işin necə yüksək peşəkarlıq tələb etdiyinə bir daha şahid ola bilərik. Dövlətçiliyin möhkəmləndirilməsi sahəsində qanunvericilik hakimiyyətinin fəaliyyətini təkmilləşdirmək və sağlam siyasi münasibətlərin bərqərar olunmasına xidmət edən sistemli islahatların aparılması vacib amillərdəndir. 
Qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılmalıdır. Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulmalı, çoxpartiyalı sistemin inkişafı naminə siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcud olmalıdır. Bunun üçün Azərbaycanda bütün addımlar atılır, münbit şərait formalaşdırılır. Ölkədə aparılan sistemli islahatları dərinləşdirmək və Milli Məclisin fəaliyyətini daha təkmil şəkildə təşkil etməklə dünyanın mühüm təkilatları ilə əməkdaşlıq yeni müstəviyə çıxarıla bilər. Azərbaycan bu sahədə mühüm təşkilatlarla əməkdaşlıq etməyə həmişə hazırdı. Milli Məclis çoxpartiyalı məclisdir, bu mənada siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin böyük rolu vardır. Seçkilər zamanı bütün partiyalara eyni rəqabət mühiti yaradılır. Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün bu şərt böyük əhəmiyyətə malikdir. Bu səbəbdən ölkədə aparılan islahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıyır.
Kadr islahatları aparılır yeni düşümcə və yanaşma tərzi formalaşdırılır. İslahatların dərinləşməsi prosesi parlamenti də əhatə edir. Yeni tərkibdə formalaşdırılan Milli Məclis islahatlara yeni təkan verməlidir. Deputatlar qarşısında böyük vəzifələr durur, ilk növbədə, qanunvericilik sahəsində olan məsələlərə daha böyük məsuliyyətlə yanaşılmalıdır. Dövlətin bütün sahələrini əhatə edən qanunlar qəbul edilməli, dünya təcrübəsi nəzərə alınmalıdır. İqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir. Dəyişən reallıqlar yeni mütərəqqi məzmunlu qanunların hazırlanmasını zəruri edir. Milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da geniş olmalıdır. Azərbaycan hakimiyyəti xalqımızın rifahını hər bir məsələdən vacib hesab edir. Ona görə minimum əməkhaqlarının, minimum pensiyaların müntəzəm olaraq qaldırılması böyük iqtisadi mənbə tələb edir. 
Ölkəmizdə şəffaflıqla bağlı gedən proseslər, kölgə iqtisadiyyatına qarşı olan proseslər bizim iqtisadi imkanlarımızı, vergi bazasını genişləndirir, kölgə iqtisadiyyatına qarşı çox ciddi zərbə vurur. Azərbaycanda müstəqil düşüncəli vətənpərvər gənc kadrlar hazırlanmalıdır. Gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi, vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində qanunvericilikdə addımlar atılmalıdır. Gənclər milli ruhda tərbiyə almalıdırlar, xarici təsir altına düşməməlidirlər. Ölkə xaricində anti-Azərbaycan qüvvələri yaratmaq istəyirlər. Bu yol xəyanət yoludur. Bu, iqtidara qarşı deyil, bu, dövlətə qarşı edilən cinayətdir. Avropanın dırnaqarası demokratiya beşiyi sayılan ölkələrdə xalqın, dünyanın gözü qarşısında dinc nümayişçiləri vururlar, əzirlər, gözlərini çıxarırlar, öldürürlər, həbs edirlər. O təşkilatlarda ki, ölkəmizə qarşı, qərəzli bəyanatlar verilir, həmin qurumlarda ölkəmizin mövqeləri gücləndirilməlidir. Onların qarşısında yaxşı olmaq yox, dövlət, xalq qarşısında yaxşı olmaq lazımdır. Bunun üçün hökumət və parlament üzvləri xalqla daha sıx təmasda olmalıdırlar. Bu təcrübə, həm hökumət üzvlərinin məsuliyyətini artıracaq, həm parlamentin rolu artacaq. Dünyəvilik prinsipləri daha geniş bərqərar olmalıdır. Radikalizmə qarşı mübarizə daha geniş aparılmalıdır. Siyasi sabitliyin qorunmasında bütün vətəndaşlar fəal iştirak etməlidir. Təhlükəsizlik və sabitlik dayanıqlı inkişafın zəmanətidir. Türkdilli dövlətlərin əməkdaşlığı istiqamətində Azərbaycan çox önəmli rol oynayır.
Avropa İttifaqı ilə əməkdaşlıq artım dinamika ilə inkişaf edir. Qonşu ölkələrlə sağlam, işgüzar və dostluq əsasında qurulmuş münasibətlər var. Müsəlman aləmində ölkəmizin böyük nüfuzu var. Ölkəmizdə aparılan islahatlar siyasi müstəvidə sağlam əməkdaşlıq mühitinin bərqərar olmasını tələb edir. İslahatların səmərəliliyi naminə siyasi dialoq mühiti dərinləşməlidir. Hakimiyyət nümayəndələri bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirməlidir. Genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Azərbaycanın inkişafı dinamik olaraq davam edir. Bu prosesin davamlılığını təmin etmək  üçün xalq və hakimiyyətin birliyi, bərabərliyi mütləqdir. Bu mənada xalqımız öz ənənəsinə həmişə sadiq qalaraq, Cənab Prezident İlham Əliyevin ətrafında “Dəmir Yumruq” kimi birləşərək ona olan sonsuz dəstəyini nümayiş etdirəcək.
Məcid Rəsulov

Suraxanı rayonu, 140 nömrəli tam orta məkəbin direktoru

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}