GÖZLƏRƏ NUR BƏXŞ EDƏN NURLU İNSAN

Hər bir millətin tarixində fəxr olunası elə şəxslər var ki, onların xalq qarşısında xidmətləri əvəzolunmazdır. Azərbaycan xalqı üçün də belə şəxslərdən biri humanist insan, görkəmli ictimai xadim, oftalmoloq-alim Zərifə xanım Əliyevadır.
Zərifə Əliyeva üçün insan, vətəndaş və alim anlayışları bölünməz bir vəhdət təşkil edirdi. Çünki onun həyatı Azərbaycan tarixinin digər görkəmli şəxsiyyətləri Əziz Əliyev və Heydər Əliyevlə sıx bağlı olmuşdur.
Zərifə xanım özünün işıqlı və humanist peşəsi, yenilikçi və faydalı fəaliyyəti ilə minlərlə insana xoşbəxtlik bəxş etmişdir. O, Azərbaycan Oftolmologiya məktəbinin yaradıcılarından biri idi.
Zərifə Əliyeva, 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndindəgörkəmli elm və dövlət xadimi Əziz Əliyevin ailəsindədünyaya göz açmışdır. Zərifə xanım orta məktəbi bitirdikdən sonra 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-proflaktika fakultəsinə daxil olur və oranı 1947-ci ildə oranı əla qiymətlərlə bitirir.
Sıravi həkimlikdən akademikliyə qədər yüksəlmiş Zərifəxanım oftolmologiya elminin inkişafına dəyərli töhfələr verib, bu sahə üzrə yüksək ixtisaslı kadrlar yetişdirilməsinə böyük əmək sərf edib. Zərifə xanım “Həkim insanlara günəş qədər lazımdır” deyərək bu peşəni uca tutmuşdur.
Həmin dövrdə Azərbaycanda bir sıra göz xəstəlikləri geniş yayılmışdı, traxoma deyilən bəla tüğyan edirdi. Zərifəxanım Əliyeva məhz belə bir vaxtda Moskvadan Bakıya qayıdır və Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi çalışmağa başlayır. O, traxoma xəstəliyinin geniş yayıldığı rayonlara gedir, xəstəlik ocaqlarını aşkarlayır, həkimlərə mühazirələr oxuyur, əhali arasında söhbətlər aparırdı. Tezliklə Zərifə xanım bu sahədə uğurlu nəticələrə nail oldu. Tədqiqatlarının yekunu olaraq 1959-cu ildə bu mövzuda namizədlik dissertasiyasını uğurla müdafiəetdi. Onun təklif etdiyi müalicə metodu ilə respublikada traxoma bir xəstəlik kim ləğv olundu.
Zərifə xanım bir sıra dərs vəsaiti və monoqrafiyaların da müəllifi olub. Onların arasında “Kəskin virus konyuktivitləri”, “Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görməsinirinin xəstəlikləri, kataraktalar”, “Qlaukoma və gözün hipertenziyası”, “Görmə orqanının zədələnməsi” və başqa əsərləri tibb ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmışdı. Dünya oftolmologiya elminin tanınmış simaları Zərifə xanım Əliyeva haqqında həmişə yüksək fikirdə olublar.
Bir-birindən dəyərli 150-dən çox elmi əsərin, 10 monoqrafiyanın və dərs vəsaitlərinin müəllifi olan ZərifəƏliyevanın açdığı yol ildən-ilə genişlənir, zəngin irsi, pedaqoji fəaliyyəti dönə-dönə araşdırılır, öyrənilir və neçə-neçətədqiqat əsərinin mövzusuna çevrilir.
Bütün bu elmi fəaliyyəti ilə yanaşı Zərifə xanım, eyni zamanda, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı olmuşdur. Enişli-yoxuşlu ömür yollarını birgə addımladığı Ümummilli lider Heydər Əliyevin bu sözləri məhz Zərifə xanım şəxsiyyətini tərənnüm edir.
“Deyirlər, xoşbəxtlik nisbi anlayışdır və dünyada tam xoşbəxt olan insan yoxdur. Amma Tanrı tərəfindən seçilmiş elə şəxslər də var ki, sağlığında insanların rəğbətini, sevgisini qazanan, bu dünya ilə vidalaşandan sonra isə tarixdə özünəəbədi şərəfli ad qoyan xoşbəxt insanlardan olur.”
Prezident İlham Əliyev də Zərifə xanım Əliyevanı dərin ehtiramla xatırlayaraq demişdir, “Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur”. 
Zərifə xanımın keçdiyi dərin, mənalı və şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Məhz yüksək insani keyfiyyətlərinə görə Zərifə xanım hər kəs tərəfindən sevilir və əziz xatirəsi dərin ehtiramla yad edilir.

 

Hacıbala Abdullayev

281 nömrəli tam orta məktəbin tarix müəllimi 

Sozcu.info

 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}