Prezident İlham Əliyevin uzaqgörənliyi ölkəmizi su itkisindən azad edəcək

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrin əsasməqsədi ölkəmizin sürətli inkişafını əmin etməkinsanların rifahhalını yaxşılaşdırmaqəsasən bölgələrdə yaşayan insanlarınməşğulluğu üçün daha əlverişli şərait yaratmaqdır. Son illərdəAzərbaycanda həyata keçirilən layihələr ölkəmizi tamamilə yeni birsəviyyəyə qaldırmışdır. Dəmir yollarıelektrik enerjisisukəmərləriiçməli su, o cümlədən suvarma ilə bağlı olan layihələrbuna bariz misaldır.
1958-ci ildə istifadəyə verilən və ölkənin ikinci ən böyük kanalı olan torpaq məcralı Yuxarı Şirvan suvarma kanalı başlanğıcını Mingəçevir  su anbarından götürür. Yuxarı Şirvan kanalı Şirvan düzündə yerləşən Yevlax, Ağdaş, Göyçay, Zərdab, Ucar, Kürdəmir, İsmayıllı və Ağsu rayonlarının 112 min hektardan çox əkin sahəsini suvarma və yaşayış məntəqələrini məişət suyu ilə təmin edir. Uzunluğu 122 kilometr olan kanalın 65 ildən artıq fasiləsiz istismar edilməsi, illik su itkilərinin kəskin artması və qurğuların qəzalı vəziyyətə düşərək işləmə qabiliyyətini itirməsi nəticəsində həmin ərazidə yerləşən torpaqların meliorativ vəziyyəti pisləşmişdir. Bunun nəticəsində mövcud əkin sahələrinin  suvarma suyu ilə təminatında çatışmamazlıq yaranmış, suya tələbat daha da artmışdır. 
Bu məqsədlə həmin bölgədə yerləşən mövcud təsərrüfatların su təminatının yaxşılaşdırılması, su ehtiyatlarından daha səmərəli istidadə olunması, magistral kanalın suburaxma qabiliyyətinin yüksəldilməsi məqsədi ilə Prezident İlham Əliyev cari ilin aprel ayının 8-də Şirvan suvarma kanalının yenidən qurulması haqqında sərəncam imzalamışdır. Sərəncama əsasən Yuxarı Şirvan suvarma kanalının adı dəyişdirilərək  Şirvan suvarma kanalı adlandırılıb.
Prezident İlham Əliyev yenidən qurulucaq Şirvan suvarma kanalının təməlini qoyub.  Kanalın müasir tələblər səviyyəsində yenidən qurulması və tikintisi su  ehtiyatlarından daha səmərəli istifadəyə, yaşayış məntəqələrinin məişət su təminatının yaxşılaşdırılmasına, 230 min hektar torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsinə, həmçinin 110 min hektardan çox istifadədə olan əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına və əkinə yararlı torpaqların  istifadəsinə, su itkisinin qarşısının alınmasına imkan yaradacaq.
Əlixan Əliyev
Suraxanı RİHB-nın Əmircan QİƏD üzrə nümayəndəsi
Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}