Mədəniyyətlər yaradan, mədəniyyətlər təzələyən şəhər


Ey dadi bidad danəndə dəhan dərviş d....

Derlər, 

Unudulmuş oxucu,


Sənə 1453-cül idir.

Fateh ordusuyla istanbuldadır. Onun qafasında oyur-oyur oynayan yalnız ayasofiyadır.

Türklərin gəlişindən qorxub gizlənən şəhər əhailisinin təminatını, qorunmasını nəzarəti altına alır. Kimsənin burnu qanamayacağına söz verir. Bizansda olan, bu torpaqlarda yaşayan milliyyətindən və dinindən asılı olmayaraq, hər kəsin öz adət-ənənəsi, inancı üzərində həyatını davam etdirməsinə bir cahan sultanı olaraq imkan yaradır. 

Bu arada Fateh Sultan Məhmədə 2-ci Anastasionun istefasından bəri Patriklik məqamının boş qaldığı bildirir.Fateh otadoks Rumlarını təşkilatlandırır, yeni bir patrikin seçilməsini əmr edir.Kilsənin  başqanları bir araya gələrək  özlərinin inancı çərçivəsində, örf-adətlərinə uyğun olaraq Georqi Kortesios  Skolariası səs çoxluğuyla Patrik seçdilər.Beləcə Ortadosk kilsəsinin istiqlalını elan edərək şərq xristiyanlarının  Roma kilsəsinin əsarətindən qurtuldular.

Fateh möhürüylə Patrikə Bizans İmperatorları tərəfindən veriləndən heç də aşağı olamayan bir fərman verdi. Fermanda deyilirdi: “ ... Kim olursa olsun, heç bir kimsə ona ilişməsin, özü və tabeçiliyindəki papazlar hər cürə ümumi xidmətlərdən uzaq tutulsun, kilsələri, məscidlərə təhvil  verilməyəcəkdir. Evlənmək və dəfn  işləri, sair adət işləri Rum kilsə və adətlərinə görə əvvəllər olduğu kimi həyata keçiriləcəkdir.

Bu fərman sonralar da taxta çıxan hər bir padişah tərəfindən yeniləndi.  İstanbul Patrikliyinin  dövlət içində müstəqil bir camaat, topluluq halında yaşamasına, yerləşməsinə icazə verdi. Patrik saray divanında Millət Başı olaraq hər zaman söz almaq, fikir bildirmək haqqına da sahib idi.


Derlər, 

Unudulmuş oxucu, 

1454-cü ildə Avropada hələ reforumlar həyata keçirilib azınlıq anlayışı ortaya çıxmamışdan qabaq Osmanlılar  öz hakimiyyətləri, idarə üsulları altındakı millətlərə azınlıq  statusunu vermiş, onların bütün haqlarını  tanınmışdılar.

Istanbula daxil olan Fateh Ayasofiya məsələsini çözür. Tarixdə misli görünməmiş bir addım atır. Bu möhtəşəm insanlıq məbədgahının- Ayasofiya kilsəsinin sağından və solundan gecəylə minarələr qaldırır. Bu hazırlıqdan sonra  sübh namazını burda qılır. Beləliklə.  xristian abidəsinin deyil, xristian dünya görüşünün, mədəniyyətinin islam içərisinə rahtlıqla alına biləcəyini və qoruna biləcəyinin mesajını ibadəti, imanı, şəxsiyyəti, taleyi ilə ortaya qoyur. 

Ancaq əsrlərdir xristianların Səlib yürüşlərinin qarşılığı olaraq bu eşqli padişah öc almır,tarixlərə şayan  daha gözəl bir mədəniyyət nümayiş etdirir. Onun bu hərəkəti mənə bir az da “Əsli Və Kərəm” dastanını xatırladır. Bir az da yox, eynən orda baş verən  olayların, hadisələrin bir az da böyük maaştapı, bir az da fərqli boyutları  ” Əsli və Kərəm”  dastanında cərəyan edir. Ümumiyyətlə,  biz xalqımızın dastanları, nağılları vasitəsiylə gələcək nəsillərə, bizlərə verdiyi mesajlar o qədər də anlaşıldığı inancında deyiləm. 


Derlər, 

Unudulmuş oxucu, 

Aradan əsrlər keçir. İstanbul öz sakral içəriyini və özəlliyini məncə, müsəlmanların bu şəhərə daxil olmasıyla da artırıb yaşadır. Bu şəhər dünya şəhərləri içərisində, özəlliklə xristian aləmi üçün vaz keçilməz bir məkandır. Üç mədəniyyətin və dinlərin kəsişdiyi, Avropayla Asiyanın ortasında İlahi bir təsdiq kimi özünün gah minarələrlə, gah insanlarının  dualarıyla, gah Boğazdan keçən gəmilərin tüstüləriylə, gah uçan quşlarıyla, gah da bu şəhər uğrunda şəhid olmuş o gözəl insanların  başı üzərində hələ də dolaşan ruhlarıyla hər an bir göz dağı halına gəlib. İstanbul fatehin səyi nəticəsində xristian dünyasının bu gün dünyaya edəcəklərinin min qat artıq zülmün, iyrəncliyin, oyunbazlığın, kurnazlığın qarşısını alır. Dünya bunun fərqindədir. Anqlo-sakson mədəniyyəti, xristian dünyası İstanbulda böyük güclərin boğazında ilişib qalıb. 

Bu gün yaxşı başa düşüləndir ki, şərqdə baş verənlərin ən böyük etimalı heç də ərəb ölkələri, millətlərin, xalqların məzlum duruma düşməsi, tiranların, diktatorların tərəfindən ölkələrin qara günə düşmsəi deyil! Məqsəd  gün kimi  aydındır: bizə bəxş edilmiş yer kürəsini əllərində istədikləri şəkildə muma döndərmək, oyuncağa çevirmək üçün, nəyin bahasına olur olsun, İstanbula sahib çıxmaq, ona yenidən yiyələnmək  lazımdır! Ancaq bunun olub olmayacağı isə, bu gün sual altındadır. Çünki xristian dünyasının özlərinin gəldiyi qənaətə görə, qurtuluşu, Ayasofiyadan, İstanbuldan keçir!!

Bu gün İstanbul yalnız Türkyə Cümhuriyyətinin ən qədim tarixi mədəniyyət mərkəzi deyil, o dünyanın nəzərindən çəkilməyən, savaşlara, mədəniyyətə rəvac vermiş və yeni savaşlara, mədəniyyətlərə rəvac verəcək  bir məkandır. 

Xanəmir Telmanoğlu

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti