Ramiz Mehdiyevin ifşası böyük təmizləmənin başlanğıcıdır -İndi daxildəki xainlərə qarşı mübarizə başlayır!

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin barəsində 278-ci maddə – hakimiyyəti zorla ələ keçirmə və ya zorla saxlama,  274-cü maddə – dövlətə xəyanət və 193-cü maddə – cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma (yuyulma) kimi ağır ittihamlarla cinayət işinin başlaması, barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilməsi təsadüfi deyil. Bu fikirləri “Yeni Sözçü” qəzetinin əməkdaşı ilə söhbət zamanı adının açılanmasını istəməyən ekspert bəyan edib.  

Ekspert bildirir ki, uzun müddət Prezident Administrasiyasının rəhbəri, daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olmuş bir şəxsin vətənə xəyanət və hakimiyyəti zorla ələ keçirmə kimi ağır cinayətlərdə ittiham olunması üçün “daşdan keçən” sübutlar olmasaydı, Prezident İlham Əliyev Ramiz Mehdiyev haqqında belə bir qərar verilməsinə razı olmazdı. Ekspetin sözlərinə görə, Ramiz Mehdiyev haqqında cinayət işinin başlamaıs Qax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Musa Şəkiliyevin istintaqının nəticəsi ola bilər. Ekspert Musa Şəkiliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçməsi ilə bağlı “Yeni Sözçü” qəzetinin internet səhifəsində yayımlanmış “ƏHMƏDZADƏ KLANI” ZƏRƏRSİZLƏŞDİRİLİR? Başlıqlı məqaləni xatırladaraq bildirir ki, bu qüdrətli klanın himayədarının Ramiz Mehdiyev olduğunu bilməyən yoxdur. Eyni zamanda “Əhmədzadə klanı”nın lideri Əhməd Əhmədzadənin Azərbaycanın müstəqilliyinə qarşı olan şəxslərdən biri olduğunu və hazırda Rusiyadan Azərbaycana qarşı bədnam bəyanatların səslənməsini nəzərə alanda Prezident Administrasiyasının keçmiş rəhbərinin haqqındakə vətənə xəyanət və hakimiyyəti zorla ələ keçirmə kimi ağır cinayət ittihamlaarı nələrin baş verdiyinə aydınlıq gətirir. Ekspet hesab edir ki, həbslər davaam edəcək. Çünki, 

Ramiz Mehdiyev nə qədər güclü şəxs olsa da, təkbaşına hakimiyyəti zorla ələ keçirə bilməz. Bunun üçün dövlət aparatında güclü təmsilçilər, böyük pullar, siyasi və media gücü lazımdır. Ekspet xatırladır ki, Prezident İlham Əliyevin siyasi karyerasının ən uğurlu dönəmini keçirməsinə baxmayaraq ona qarşı bəzi qüvvələrin daha da radikallaşması təsadüf ola bilməz. Ekspet qeyd edir ki, uzun illər Azərbaycanın daxili siyasəti, xüsusilə ictimai-siyasi mühit Ramiz Mehdiyev-Əli Həsənov çütlüyü tərəfindən formalaşdırılıb, idarə olunub. Ramiz Mehdiyev-Əli Həsənov çütlüyünün formalışdırıb idarə etdiyi siyasi təşkilatlar, QHT-lər və media strukturları Ramiz Mehdiyevin komandasına aid olan korrupsioner məmurlar tərəfindən maliyyələşdirilib. Ekspet iddia edir ki, istintaq belə halların üzərinə işıq sala, Ramiz Mehdiyevin siyasi təşkilatlar və mediadakı adamları həbs oluna bilər. Ekspet iddia edir ki, əgər bu baş versə Azərbaycan cəmiyyətində böyük bir təmizləmə baş verər, dövlət və cəmiyyət kənar təsirlər qarşısında daha da güclənə bilər. Ekspertin sözlərinə görə, Azərbaycanın və şəxsən Prezident İlham Əliyevin güclü olmasını istəməyən qüvvələr bunun qarşısını almaq üçün əllərindən gələni etməyə çalışacaqlar. Ancaq Azərbaycan cəmiyyəti İkinci Qarabağ Müharibəsi zamanı Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşdiyi kimi, indi də Azərbaycanın yad ünsürlərdən təmizlənməsi üçün  dövlət başçısının ətrafında sıx birləşməlidir.

Arzuman Loğmanoğlu

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti