Şəki şəhər uşaq evində nə baş verir? – AÇIQLAMA + FOTOLAR

Sosial şəbəkələrdə Şəki şəhər qarışıq tipli uşaq evində uşaqların döşəmədə yatmasını əks etdirən fotolar yayılıb.
Sozcu.info xəbər verir ki, sosial şəbəkə istifadəçiləri, Heydər Əliyev fondu tərəfindən tikilən uşaq evinin binasında hər cür şəraitin olmasına baxmayaraq uşaqlara bu şəraitdən istifadə etməyə imkan verilmədiyini iddia ediblər. Qeyd olunub ki, günorta istirahəti üçün qızlar və oğlanlar üçün ayrı-ayrı çarpayılı otaqlar nəzərdə tutulsa da, onlar döşəmədə tatmağa məcbur edilib.
Məsələ ilə bağlı, Şəki şəhər qarışıq tipli uşaq evindən Yeniavaz.com-un sorğusuna cavab olaraq bildirildi ki, sözügedən iddialar tamamilə əsassızdır və sosial şəbəkədə yayılan fotolar uşaq evinin əməkdaşlarından birinin direktor İlhamə Məmmədovaya qarşı  şantaj xarakterli addımıdır. Qeyd olundu ki, məsələ hüquq mühafizə orqanları tərəfindən araşdırılır.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Yeniavaz.com-a bildirib ki, hər iki şəxs aidiyyatı polis şöbəsinə dəvət olunub və izahatları alınıb: “Məsələ ilə bağlı araşdırma aparılır”.



Oxşar Xəbərlər

Xəbər lenti