8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Vətən müharibəsi şəhidi Emin Nəzərovun həyat yoldaşı Tovuz rayonu Alakol kənd sakini Aysel Nəzərova evinin tikintisinin polis əməkdaşları tərəfindən dayandırılmasından şikayətçidir.
Bu barədə Sozcu.info-ya müraciətində şəhidin həyat yoldaşı özü məlumat verib.
A. Nəzərova bildirir ki, o, 1 ildir iki azyaşlı körpəsi ilə köhnə kolxoz binasında məskunlaşıb:
“Orada öz şəhidimin pulu ilə həmin binanın ərazisinə setka çəkmişdim, daş tökmüşdüm. Bura əvvəldən kolxoz binası, daha sonra məktəb olub. Hazırda kəndimizdə üçmərtəbəli məktəb olduğuna görə, ora yararsız, istifadəsiz idi. Mən də otağının birini düzəldib gedib orada məskunlaşdım. İki azyaşlı uşağımla ora sığındım”.
A. Nəzərova əlavə edir ki, daha sonra binanın həyətində özü üçün ev tikib:
“Orada şərait olmadığından həmin ərazidə şəhidimin qan pulu ilə, qızıllarımı sataraq, kredit götürərək balalarım üçün bir ev tikdim. Mənim işim gedən vaxtı heç bir məmur gəlib mənə nəsə demədi. Evin tikintisi qutarmağa az qalmış polis məmurları töküldülər, əllərində heç bir qərar olmadan mənim işimi dayandırdılar. Mən Tovuz rayon Polis Şöbəsinin rəisi Habil Əmiraslanova dedim ki, mənə dayandırma əmrinin kağızını ver. O isə mənə dedi ki, “mən istəsəm, bu dəqiqə sənin o tikdiyin evi ekskovatora verərəm, uçuraram”.
Şəhidin həyat yoldaşı həmçinin qeyd edir ki, ona ev verilməsi üçün müraciət edib:
“Dedilər Tovuz qeydiyyatısan, rayondan ev veriləcək. Tovuzda da icra başçısı deyir ki, hələ ki burada verməyə torpaq yoxdur”.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Yeniavaz.com-a açıqlama verib:
“Salyan rayonundan olan Vətən Müharibəsi şəhidi Emin Nəzərovun həyat yoldaşı Aysel Nəzərova bir müddət əvvəl anadan olduğu Tovuz rayon Alakol kəndinə qayıdıb və kənd orta məktəbinin həyətində qanunsuz olaraq fərdi yaşayış evi tikmək istəyib. Məsələ ilə bağlı A. Nəzərova ilə Tovuz RPŞ-nin əməkdaşları dəfələrlə profilaktiki söhbət aparıblar. Bildirilib ki, torpqalarımızın bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. Lakin təhsil müəssisənin həyətində yaşayış evinin tikilməsinin qanunsuz olduğunu, bu məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etməsi tövsiyə olunub”.
Tovuz rayonu İcra Hakimiyyətindən isə Yeniavaz.com-a bildirildi ki, A. Nəzərova ev tikməsi üçün ona təklif olunan torpaq sahəsini bəyənməyib və bundan imtina edib.