Xəzər universitetində tələbələrə qoyulan qadağaya görə bufetçi cəzalandırıldı


Xəzər Universitetinin yeməkxanasında yerləşdirilən elan müzakirələrə səbəb olub.

Hurriyyet.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov sosial şəbəkədə foto paylaşıb.

Sözügedən elanda tələbələrə bildirilib ki, kənardan yemək gətirmək qəti qadağandır, əks halda töhmət alacaqlar.

Kamran Əsədov elanın artıq aradan qaldırıldığını və bunu edən bufet rəhbərliyinin cəzalandırıldığını bildirib:

"Dünən axşam saatlarında Xəzər Universitetinin bufetində asılmış xoş olmayan elan artıq aradan qaldırıldı və bunu edən bufet rəhbərliyi cəzalandırılıb.

Bununla bağlı mənimlə universitet əməkdaşı əlaqə saxlayıb bildirdi.

Operativ reaksiyasına görə Xəzər Universitetinə təşəkkür edirəm.

Biz Xəzər Universitetini keyfiyyətli təhsilinə, yeniliklərinə görə tanıyırıq və qəbul edirik.

Ümumiyyətlə, ali məktəbin ciddi nəzarətə ehtiyacı var.

Ümid edirəm ki, dövlət baytarlıq xidməti öz üzərinə düşən vəzifəni yerinə yetirib universitetlərə nəzarəti artıracaq".

Qeyd edək ki, Xəzər Universitetinin rektoru İradə Xəlilovadır.




Oxşar Xəbərlər

Xəbər lenti