Azərbaycanda milyonluq şirkətlər arasında mübahisə - Şakir Musayev də məhkəməlik oldu


Beynəlxalq Lizinq" QSC  Musayev Şakir Musa oğlunu və  sədri olduğu “İnter Textile" ASC-ni məhkəməyə verib.

Hurriyyet.az xəbər verir ki,  işə baxan Bakı Apellyasiya Məhkəməsinin hakimi Raqib Qurbanovdur.

İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr və  lizinq müqaviləsi üzrə mübahisələridir. 

Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 1 milyon 260 min AZN olan "Beynəlxalq Lizinq" QSC-nin qanuni təmsilçi Vüqar Bədəlov Şakir oğludur.  O 2018-ci ildə sözügedən QSC-yə rəhbər təyin olunub.

Nizamnamə kapitalı 1 milyon 530 min manat (1530434AZN) olan “İnter Textile" ASC- nin qanuni təmsilçi Musayev Şakir Musa oğludur.

“İnter Textile” ASC  20.12.2000 Dövlət qeydiyyatına alınıb. 

Mətbuatda gedən məlumatlara görə, "Inter Textile”nin Azərbaycan Beynəlxalq Bankının sabiq idarə heyətinin sədri Cahangir Hacıyevin biznes-şəbəkəsinə daxil olub.  ASC-nin idarə heyətinin sədri Şakir Musayev Cahangir Hacıyevin rəhbərlik etdiyi qruplaşmanın üzvü olub.

32gun.az



Oxşar Xəbərlər

Xəbər lenti