8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli mətbuata açıqlamasında deyib ki, ölkəmizdə bəzi toyuq kəsim müəssisələri ətin tərkibinə su vuraraq satışa çıxarır. Onun sözlərinə görə, Belarusdan Azərbaycana kənd toyuğu adı altında “halal sertifikatlı” məhsullar gətirilir.Qeyd edək ki, Azərbaycanda keyfiyyətsiz məhsul istehsalı, xəstəliklərin artdığı və orta ömür müddətinin azaldığı bir ərəfədə işbazların istehlakçıları aldatması, onların etimadından sui-istifadə etməsi halları geniş yayılıb. Keyfiyyətsiz məhsul istehsalçıları eyni zamanda bazara baha qiymətə məhsullar təklif edirlər ki, bu da istehlakçılar arasında ciddi etirazlara səbəb olur. Bəzi sahibkarlar dövlət rüsumlarının çox olmasını, marketlər tərəfindən süründürməçiliyə salınmalarını və bu səbəbdən məhsulun maya dəyərinin baha olmasını əsas gətirsələr də, digərləri bunu onların daha çox qazanmaq istəyi ilə əlaqələndirirlər. DİA.AZ xəbər verir ki, Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov AYNA-ya müsahibəsində istehlak bazarının mövzud vəziyyəti və istehalakçılara yaradılan maneələr barədə danışıb.- Azərbaycanda toyuq məhsullarının su vurularaq şişirdilməsi ilə bağlı məlumatlar yayılıb. Doğrudanmı qida rasionumuzda önəmli yer tutan ət və ət məhsulları bazarında istehlakçıların taleyi ilə oynanılır?- İlk növbədə onu bildirmək istəyirəm ki, nə zamana qədər konkret ünvan göstərmədən kimlərisə ittiham edəcəyiksə, heç bir inkişafdan danışmaq olmayacaq. Xüsusən ərzaq sektorunda istehlakçıları aldadan, onların taleyi ilə oynayan, hüquqlarını pozan müəssisələr barədə konkret ünvanlar göstərmək lazımdır. Bu, həm onların törətmiş olduğu cinayətlərin qarşısını alacaq, həm də istehlakçılar hansı şirkətlərin onları aldatdığı barədə müfəssəl məlumatlar əldə edəcəklər. Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədrinə demək istəyərdim ki, qeybət etməyə ehtiyac yoxdur. Əgər onun əlində doğrudan da bununla bağlı faktlar varsa, ictimaiyyətə açıqlasın. Çünki o, bu sahənin problemləri və inkişafı ilə bağlı üzərinə məsuliyyət götürüb.Hələ səkkiz il öncə Azad İstehlakçılar Birliyi olaraq Ukraynadan “halal sertifikatı” ilə Azərbaycana saxta məhsul idxal edildiyi ilə bağlı faktları ictimaiyyətə təqdim etmişdik. Eyni zamanda, rəsmi orqanlara bununla bağlı müraciət etdik. O zaman məlum olmuşdu ki, toyuq ətinin 25 faizini su ilə şişirdiblər. Həmin zaman bunun qarşısını ala bildik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) buna məsul bir qurumdur. Düzdür, bildiyim qədər onlar bu kimi hallara qarşı mübarizə tədbirləri həyata keçirirlər, lakin ictimaiyyətə bu barədə müfəssəl məlumatlar təqdim etmirlər. Nəticədə isə zərbə yenə də istehlakçılara dəyir. Hansı ki, dövlət qurumunun və əlaqədar təşkilatların vəzifəsidir ki, istehlakçıları bu barədə maarifləndirsin.- Təkcə bu sahədə deyil, digər sahələrdə də analoji vəziyyət hökm sürür. Azərbaycan hökuməti hansı addımlar atmalıdır ki, istehlakçıların etimadından sui-istifadə edilməsi hallarına son qoyulsun?- Bu kimi halların qarşısını almaq üçün hökumət mükəmməl istehlakçı siyasəti formalaşdırmalıdır. Bu problemlərin kökünü qanunlarda və qanunvericilikdə axtarmaq lazımdır. 1995-ci ildə qəbul edilmiş “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu artıq köhnəlib və yenilənməyə ehtiyac var. Bu günə qədər həmin qanunda çoxlu dəyişikliklər aparılsa da, bütünlüklə istehlakçıların əleyhinə yönəlib. Qanunvericilik bazası son dərəcə zəifdir, bunu həyata keçirməli olan dövlət qurumları isə faktiki fəaliyyətsizdir. Nəticədə elə bir yerə gəlib çıxmışıq ki, istehlakçıların ərköyün obrazı formalaşdırılıb. Kim necə istəyirsə, istehsal edir və bazara təklif edir.Təsəvvür edin ki, bu gün paytaxtda 20-dən artıq “İvanovka” brendi adı altında dükanlar fəaliyyət göstərir. Onlar açıq şəkildə bəyan edirlər ki, guya məşhur İvanovka kəndində ərsəyə gətirilən aqrar məhsulları satışa çıxarırlar. Əslində isə onların fəaliyyətinin İvanovka kəndi ilə heç bir əlaqəsi yoxdur. Göründüyü kimi, kütləvi şəkildə istehlakçılar aldadılır. Dəfələrlə bu məsələni dövlət orqanları qarşısında qaldırsam da, problem öz həllini tapmayıb. Bu, bir daha göstərir ki, hökumət birtərəfli siyasət yürüdür və nəyin bahasına olursa-olsun, yalnız biznesi dəstəkləmək kursunu götürüb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi də daxil olan şikayərlərə çevik reaksiya vermək iqtidarında deyil.- Bir tərəfdən yerli istehsalın artırılması zərurətindən danışırıq, digər tərəfdən isə bəzi istehsalçılar bazara keyfiyyətsiz və saxta məhsullar təklif edirlər. Yerli istehsalı, eləcə də sağlam məhsul istehsalını təşviq etmək üçün paralel hansı addımlar atılmalıdır?- Şübhəsiz ki, Azərbaycanda yerli istehsal güclənməsə, ərzaq təhlükəsizliyi barədə danışmaq mümkün deyil. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əsasnaməsinə baxsaq, görərik ki, orada əsas hədəf daxili bazarın gücləndirilməsi və xarici bazarlara çıxışla bağlıdır. Yəni, daxili bazarın təhlükəsiz məhsullarla təminatı məsələsi bu əsasnamədə öz əksini tapmayıb. Azərbaycanda keyfiyyətli və mükəmməl standartlara uyğun məhsul istehsal etmək üçün ilk növbədə Standartlaşdırma İnstitutun fəaliyyəti bərpa edilməli və gücləndirilməlidir. Hansı ki, 2021-ci ildə Nazirlər Kabinetinin qərarı ilə təhlükəsizliyi təmin edilən və məcburi sertifikatlaşdırılan məhsulların siyahısı ləğv edilib. Bu, o deməkdir ki, əmtəə bazarında ən təhlükəli məhsulları belə, satışa çıxarmaq çətin olmayacaq.- Son dövrlər qida məhsullarının qiymətində kəskin artım qeydə alınır. Rəsmi açıqlamaya görə, il ərzində ərzaq inflyasiyası 20 faiz civarında olub. Lakin strateji qida məhsulları demək olar ki, hər həftə bahalaşır. Qarşıdakı aylarda istehlak bazarında bizi hansı “sürprizlər” gözləyir?- Azərbaycanda bir dəfə qalxan qiymət bir daha enmir. Hətta bayramlarda və digər alıcılıq qabiliyyətinin yüksək olduğu dövrlərdə artan qiymətlər də sonradan enmir. Dünyada gedən iqtisadi proseslərin də qiymət artımlarına təsiri mövcuddur. Lakin əsas səbəb ölkəmizdə qiymətlərin “karter sövdələşmələri” ilə müəyyən olunması ilə bağlıdır. AİB olaraq bu il meyvə-tərəvəz bazarını təhlil edən zaman bu qənaətə gəldik. Aparıcı istehsalçılar arasında razılıq əldə edilir ki, misal üçün, gilası bu qiymətə satışa çıxaracağıq. Bəzən belə suallar da eşidirik ki, nəyə görə kəndli öz məhsulunu normal qiymətlərlə bazara çıxara bilmir. Çünki onun məhsulu rəqabətə davamlı deyil. Saxlanma şəraiti yoxdur, tez xarab olur. Bu sahədə mövcud olan inhisarçılar isə bütün imtiyazlara malikdirlər. Prezident İlham Əliyev dəfələrlə bununla bağlı xəbərdarlıq etsə də, buna məhəl qoyulmur. Nə qədər ki, “Kooperasiya haqqında” Azərbaycan Respublikasının qanunu işləmir, nə qədər ki, kəndlilər kooperasiyalarda birləşmir, digər sahələrdə olduğu kimi, kənd təsərrüfatı sektorunda da qiymət artımları davam edəcək.