Baba Rzayev üçün QANUNLAR MÖVCUDDURMU? - İşçilərin həyatı təhlükə altındadır...

Mingəçevir Regional Elektrik Şəbəkəsinin (REŞ MMC) rəhbərliyi əmək qanunvericiliyini pozaraq öz işçilərini əməyini istismar edir.
Sozcu.info xəbər verir ki, Ovqat.com-a bu barədə qurumun işçiləri məlumat verib
İşİşçilərin bildirdiyinə görə, son zamanlar Mingəçevirdə havanın temperaturu 45 dərəcəni keçir. Əmək Məcəlləsinin 233-cü maddəsinə görə, havanın temperaturu 41 dərəcədən artıq qeydə alındıqda işəgötürən səlahiyyəti daxilində əməyin mühafizəsi ilə bağlı tədbir görməlidir. Yəni el dilində desək, işi dayandırmalı və ya işçilərini kölgədə işlətməlidir. Mingəçevir REŞ MMC-nin rəhbərliyi isə qanunvericiliyin bu tələbinə məhəl qoymur, işçilərindən açıq havada günəşin altında işləməyi tələb edir. Özü də səhər saat 8.00-dən axşam saat 17.00-yə qədər elektikçiləri qızmar günəşin altında dayanmadan çalışmalıdırlar.
İddialara inansaq, 1 həftədən çoxdur ki, Mingəçevirdə temperatur 45 dərəcəni keçir. Hətta bu səbəbdən rayona günvurma halları da qeydə alınıb. Kondisionerli kabinetdə əyləşib sərinliyin keyfini çıxaran REŞ rəhbərliyi isə cəhənnəm odunda qovrulan işçilərinin nə şikayətinə belə qulaq asmaq istəmir.
Mingəçevir REŞ MMC-nin işçiləri bu cəhənnəm əzabının müqabilində cəmi 280 manat maaş alırlar..



Oxşar Xəbərlər

Xəbər lenti